Azəriqazın “Açıq mikrofon” aksiyası bu həftəlik missiyasını Naftalan şəhərində yekunlaşdırdı.
Qanunla.Az xəbər verir ki, “Açıq mikrofon” aksiyası bu dəfə Naftalan sakinlərinin müraciətlərinin qeydə alınması üçün qurulub. Aksiyaya Goranboy rayonu, Qızılhacılı kəndindən qatılan Şakir İbrahimov, Famil Məmmədov, Qəzənfər Xəlilov və Sevda Əliyeva yeni yaşayış massivində küçə qaz xətlərinin mövcud olmamasını bildiriblər. Bu səbəbdən adıçəkilən yaşayış massivinin qazlaşdırılmasını xahiş ediblər. “Səyyar qəbul otağı”nda ümumilikdə 11 müraciət səsləndirilib. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.