22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası

Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası

Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası

 İşğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin könüllü, təhlükəsiz şəraitdə qayıdışını təmin etmək üçün cənab Prezidentimizin tapşırığı ilə bütün lazımi tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlərdən biri kimi indiyədək 66 ailə – 326 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Bu baxımdan qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası çox düzgün planlaşdırılıb.

2022-ci ilin 13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində düşmənlə sərhədlərin tam təhlükəsizliyinin təmin olunması əsasdır. Bu proses cənab Prezident İlham Əliyevin dediyi kimi, planlı şəkildə həyata keçirilməlidir. Lakin özünə siyasətçi adlandıran bəzi qaraqguruhçular bu strategiyanı tənqidi üçün populist çıxışlar edir. Amma reallıq budur ki, dövlətin mövqeyi daha məntiqli və təhlükəsiz gələcəyə hesablanmış addımdır. Eyni zamanda, bugünlərdə baş verən hadisələr göstərir ki, o zonalar təhlükəlidir və azğın düşmən istənilən vaxt hücum edə bilər, atəş açar, kütləvi qırğınlar ola bilər. Ona görə də cənab Prezidentimizin irəli sürdüyü təkliflər günün reallıqlarına hesablanıb. Gələcəyə hesablanıb ki, insanlar tədricən həmin ərazilərə qayıtmalıdırlar. Həmin yerlərdə infrastruktur, iş şəraiti yaradılmalıdır ki, vətəndaşlar orada çalışa, normal yaşaya bilsin. Hazırda məskunlaşmanın aparıldığı Ağalı kəndi müəyyən qaydaya salınıb, “Ağıllı kənd” layihəsi həyata keçirilib. Orada artıq 66 ailə məskunlaşıb. Həmin kəndin məktəbi, xəstəxanası, ictimai-iaşə obyekti var. Eləcə də orada iş yerləri yaradılıb ki, müəllimlər gedib məktəblərdə, başqa sahənin adamları da digər sahələrdə çalışacaqlar.

 

Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın