22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır

XIX əsrdən başlayaraq Cənubi Qafqaza köçürülüb məskunlaşdırılan ermənilərin dünyanın heç bir yerində nə daimi vətəni, nə də dövlət quruluşu olmamışdır. XX əsrin əvvəllərində öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqları hesabına özlərinə ilk dəfə dövlət quran ermənilər bir müddət sonra bu ərazilərə sonradan köçürüldüklərini nəinki inkar etdilər, üstəlik, bu torpaqların qədim sakinləri olduqları haqda iddialar irəli sürməyə başladılar. Erməni millətçiləri əsrin əvvəllərindən başlayaraq qarşıya qoyduqları məkrli planı həyata keçirmək üçün indiki Ermənistan ərazisi sayılan Qərbi Azərbaycan torpaqlarından azərbaycanlı və digər müsəlman əhalini son nəfərinədək məcburi surətdə qovdular. Bu məqsədlə onlar Qarabağda yaşayan erməni millətindən olan sakinlərin guya türk-müsəlman əhalisi tərəfindən sıxışdırıldığını əsas gətirərək, saxta tələblərə, separatçılıq, təxribat və terrorçuluq əməllərinə əl atdılar. Onların bu planlarının ideya müəllifləri isə erməni siyasətçiləri və tarixçiləri idi. Burada erməni tarixçi və siyasətçiləri əsassız olaraq Sumqayıt hadisələrini və onun Azərbaycanda ermənilərə qarşı milli, dini, etnik zəmində qəsdən törədildiyini bəhanə gətirirlər. Halbuki, ermənilər təkcə Sumqayıtda deyil, həmçinin, say çoxluğu ilə paytaxt Bakı şəhərində, eləcə də Azərbaycanın demək olar ki, bütün böyük şəhərlərində yaşayırdılar. Əgər ermənlərə qarşı Azərbaycanda milli-etnik zəmində hər hansı qırğın, qətliam planlaşdırılsaydı, bu, təkcə Sumqayıtda deyil, bütün ölkə ərazisində həyata keçirilərdi, necə ki, bunu ermənilər öz dövlətlərində azərbaycanlılara qarşı dəfələrlə etmişlər. Guya öz müqəddəratlarını təyin edən ermənilər azərbaycanlıların sıx yaşadıqları kənd və şəhərləri silah yolu ilə ələ keçirdilər, sakinlərin bir hissəsi qətl edildi, digər hissəsi isə qırğınlardan canlarını qurtarmaq üçün öz doğma və əzəli yurdlarını tərk etməyə məcbur oldular. Hələ müharibənin ilk illərində ermənilər Xocalı soyqırımını törətdilər. Uşaq, qadın, qocaya baxmadan dinc əhalini vəhşicəsinə qətl etdilər. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində xalqımız, ordumuz, əsgərlərimiz, Ali Baş Komandanımız Ulu Öndərin arzularını gerçəkləşdirdi. Bu müharibədə ermənilər toplum olaraq öz mənfur üzlərini görsətdilər. Ermənilər qeyri-insan,  barbar, vəhşi, şəhərləri, kəndləri, məktəbləri, xəstəxanaları, meşələri, bağları-bağçaları viran edən bir toplum olduqlarını dünyaya bəyan etdilər.

Qarabağda artıq quruculuq dövrüdür. Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur. Azərbaycan cəmi bir neçə ayda miqyası çox böyük olan işlər görüb. İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların doğma torpaqlarına qaytarılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Azərbaycan bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlətdir. Bütün bu quruculuq işləri Şərqi Zəngəzur bölgəsinin və oranın əhalisinin sosial-iqtisadi rifahı üçün münbit şərait yaradır. Qarabağ erməniləri bunu anlamalıdılar ki, müstəqil Azərbaycanın tərkibində yaşamaq onların gələcək həyatları üçün daha perspektivlidir. Eyni zamanda, onların Azərbaycanın yaratdığı yeni reallıqla barışmaqdan başqa yolları yoxdur. Bu fikirləri ölkə başçısı İlham Əliyev öz nitqində dəfələrlə qeyd etmişdir: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur! Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən. Mən də demişəm, bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək”. Həqiqətən də, Qarabağda yaşayan erməni əhali Azərbaycanın ərazi bütövlüyünə hörmət etməklə, Azərbaycan qanunlarına tabe olmaqla Azərbaycanın tərkibində digər xalqlar kimi yaşamaq şansları var.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın