22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xalq 15 oktyabr seçkilərində İlham Əliyevə səs verməklə Heydər Əliyev yoluna olan sevgi və sadiqliyini nümayiş etdirdi

Xalq 15 oktyabr seçkilərində İlham Əliyevə səs verməklə Heydər Əliyev yoluna olan sevgi və sadiqliyini nümayiş etdirdi

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 19 il bundan öncə prezident kimi fəaliyyətə başlması milli tariximizdə ən mühüm hadisələrədn biridir. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Göründüyü kimi, ümummilli lider bu müraciətində İlham Əliyevə siaysi lider kimi inandığını bildirir, onun yarımçıq planları uğurla başa çatdıracağına əminliyini ifadə edirdi. Hansı ki, proseslərin sonrakı inkişafı Heydər Əliyevin hər zaman olduğu kimi bu dəfə də öz zənnində yanılmadığını göstərdi. İlham Əliyev nəinki Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının güclənməsi, ordusunun inkişafı istqiamətində mühüm addımlar atdı. O, 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanmaqla işğaldakı torpaqlarımızı azad etdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bu tarixi zəfər bir daha Heydər Əliyevin nə qədər uzaqgörən olduğunu, Prezident İlham Əliyevin isə həm bir sərkərdə, həm də diplomat kimi nə qədər yüksək peşəkarlığa malik olduğunu göstərdi”.

Həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi, vətəndaşlarımızın Heydər Əliyev siyasi kursuna olan inamını ortaya qoydu.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın