Azərbaycan münaqişəni özü həll edib
Ölkə başçısı cənab İlham Əliyev 14 oktyabr 2022-ci il tarixdə Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında qeyd etdiyi kimi Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnəməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququnun olmasını nəzərdə tutan BMT Nizamnəməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. Münaqişənin Azərbaycanın qələbəsi ilə bitməsini şərtləndirən amillərdən ölkə Başçısı Ali Baş komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi, rəşadətli vətənpərvər Azərbaycan ordusu və Azərbaycanın güclü iqtisadiyyata və güclü orduya malik olması olmuşdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə dünyanın ən güclü orduları sırasında yer aldı. Ordunun yeni və müasir silahlarla təmin edilməsi və peşəkar kadrların hazırlanması 44 gün ərzində düşmənin 30 il işğal altında saxladıqları və istehkamlar qurduqları torpaqlardan qovulması ilə başa çatdı. Ölkə başçısının apardığı uğurlu və balanslı daxili və xarici siyasət münaqişə dövründə Azərbaycanın ədalətli mövqeyini Beynəlxalq aləm tərəfindən dəstəkləməsinə səbəb olmuşdur.
Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov