21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub

Uzun illər mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri Qubadlı şəhəri və Qubadlı rayonudur. Ötən əsrlərdə (1915, 1918, 1920) Qubadlı dəfələrlə Ermənistan işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə çətinlik və əzablara baxmayaraq, hər dəfə erməni qoşunları torpağımızdan qovulmuşdur. 1988-ci ildən başlayaraq, Ermənistan və Dağlıq Qarabağla  sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hucumlar başlamış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etmişdir. Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. İşğal nəticəsində 30 mindən çox Qubadlı sakini yurd-yuvasından didərgin düşmüş , respublikanın iki şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşmışlar. Qadın və uşaqlar daxil, çoxlu sakinlər öldürülmüş, əsir götürülmüş, bir çoxlarından bu günə qədər heç bir məlumat yoxdur. Ermənilər Qubadlıda 205 mədəni – məişət obyektini, 12 tarixi abidəni, 5000-dən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini yandıraraq talan etmişdilər. Şükürlər olsun ki, haqq savaşımızda Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bir çox rayon, şəhər, kəndlərimiz daxil olmaqla, 25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu və şəhəri düşmən işğalından azad olundu. Öldürülən, əsir götürülən insanların, uzun illərdir həsrət acısından gözləri qan ağlayan məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın