İsmayıllı rayonunda növbəti maarifləndirici görüş keçirilib
Xatırladaq ki, sağlam təbiət sağlam gənclik məqsədli bu layihələr Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “OPTİMİST” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin dəstəyi ilə həyata keçirir.
İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzındə baş tutan tədbirdə ətraf mühüti çirkləndirən əsas faktorlardan biri olan plastik qablaşdırma tulantıları məsələsi ön plana çıxarılıb.
Layihə rəhbəri Habil Niftalı Azərbaycanda ekoloji mühitin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışaraq bildirib ki, son illər, plastik tulantıların təbiətə zərər vurması artmaqdadır.
“1960-ci ildə bərk məişət tulantıların tərkibində plastık tulantıların miqdarı bir faiz idi. Lakin bu göstərici hal-hazirda 12 faizdən çoxdur. Belə ki, dünyada plastık tulantıların yalnız 20 faiz təkrar emal olunur. Hər il ətraf mühitə 150 tondan çox plastik tulantı atılır. Eyni zamanda hər il milyonlarla dəniz canlısı plastik tulantılar səbəbindən tələf olur. İnsanlarda xüsusui ilə də yeni yetmə və gənclər arasında bu mövzuda marifləndirmə tədbirlərin aparılması onlarda ekoloji şüurun və tərbiyyənin formalaşdırılması günümüzün ən vacib tələblərindəndir.