21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Tarixi ənənələrə söykənən əməkdaşlıq

Tarixi ənənələrə söykənən əməkdaşlıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Baş nazir İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərin məqsədi  iki ölkə arasında diplomatik münasibətlərin və ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına töhfə verməkdir.

Azərbaycan Respublikasının Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Qonşu Gürcüstan ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi Azərbaycan üçün hər zaman prioritet olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il noyabr ayının 18-də qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Geosiyasi, iqtisadi və humanitar xarakterli ortaq cəhətlərə malik olan iki dövlət, xalqlar arasında mehriban və səmimi münasibətlər qurmağa nail olublar. Azərbaycan-Gürcüstan münasibətləri əsrlər boyu yaxın qonşuluq, dostluq münasibətləri olmuş, indi isə artıq strateji əməkdaşlıq, tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə Azərbaycan və Gürcüstan həmişə eyni mövqedən çıxış edib, bir-birini dəstəkləyib.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın