Regional əhəmiyyətə malik olan əməkdaşlıq
Prezident cənab İlham Əliyevin 24 oktyabr 2022-ci il tarixdə Gürcüstan respublikasına işgüzar səfəri zamanı qeyd etdiyi kimi Azərbaycanla Gürcüstan arasında olan əməkdaşlıq iki ölkə üçün deyil bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq dərin ənənələr üzərində qurulub. Bu gün bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində həmdə ikitərəfli formatda iki ölkə daim bir birini dəstəkləyiblər. Azərbaycan Gürcüstan arasında ticarət dövriyyəsi günü gündən artmaqdadır. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsinin bir milyard dollara yaxınlaşması iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Bundan başqa Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artmışdır ki, buda bu sahədə aparılmış uğurlu əməkdaşlığın nəticəsidir. Ümumilikdə bu gün Azərbaycanın istər qonşu istərsədə dünya dövlətləri ilə qurduğu iqtisadi və siyasi əlaqələrin uğurlu inkişafı ölkə başçısı cənab İlham Əliyevin apardığı balansı, uzaqgörən siyasətin bariz nəticəsidir.
Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini – Əvəz Soltanov