22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu

10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu

44 gün davam edən İkinci Qarabağ müharibəsinə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın qəbul olunmasından iki il ötür.

Bu Bəyanatın imzalanması ümumxalq birliyin bariz nümunəsidir. 10 noyabr Bəyannaməsi status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır. Ali baş komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal etmiş bütün torpaqlarımızdan qeyri-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini tədqim etməyə məcbur olmuşdur.

Münaqişənin həlli üçün uzun illər hüquqi və siyasi müstəvidə mübarizə aparılmış, bu istiqamətdə haqlı olduğumuzu isbat edən dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbuluna nail olunmuşdur.

Lakin, bütün bunlara baxmayaraq Ermənistan tərəfi ona edilən tələblərin heç birini yerinə yetirməmişdir. Əksinə mütəmadi olaraq təxribatlar törətməklə qeyri-qanuni əməllərini davam etdirmişlər.

Azərbaycan öz suverenliyi, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəni dəf etmək üçün zəruri tədbirlər görmüş, əks əməliyyat həyata keçirərək  Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarını, Şuşa şəhərini, eləcə də 300-dən çox qəsəbə və kəndi azad edərək düşməni sülhə məcbur etmişdir.

10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidenti, Ermənistan baş naziri, Rusiya Federasiyası Prezidentinin birgə bəyanatı nəticəsində  Ermənistan- Azərbaycan arasında olan silahlı münaqişəyə son qoyulmuşdur. Bütün hərbi əməliyyatlar dayandırılmış və Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan işğaldan  azad  edilmişdir.

Bu bəyanat bizim illərlə apardığımız haqq işimizin qələbəsi, ədalətin təntənəsi oldu.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın