Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi
Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi
Yaradılması müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu [ndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən zamana nəzər saldıqda, keçən müddət ərzində əldə olunmuş nailiyyətləri dəyərləndirdikdə bu dövrün zəngin bir dövr olduğu görünür. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürdüyü, iqtisadi böhran, eyni zamanda, doğma yurd yuvalarımızın işğala məruz qaldığı bir vaxtda xalqın yaşadığı çətinliklərə biganə qala bilməyən Ulu Öndərin həyata keçirdiyi bütün sahələri əhatə edən siyasi kurs həm ölkənin, həm də partiyanın inkişafında yeni mərhələ açdı. Qazanılan nailiyyətlər Azərbaycanın milli gücünün artmasını sürətləndirdi.
Bu gün ölkədə Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvə yoxdur. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında partiya dövlətimizin inkişafına yeni töhfələr verməkdədir. Sevindirici, qürurverici haldır ki, partiya bu gün yubileyini qalib ölkənin zəfər çalan partiyası kimi qeyd edir. 44 günlük Vətən müharibəsində qazanılan zəfər partiyanın nüfuzunu daha da yüksəltdi. Məhz bu Böyük Qələbə Ali Baş Komandanın sözünə, vədinə sadiq qalan dövlət lideri, partiya rəhbəri imicini qazanmasının bütün sahələrdə təsdiqləməsinin reallığıdır.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmləndi
Tarixi faktlar da təsdiqləyir ki, müharibədən çıxmış ölkə, lap qalib də olsa belə, uzun illər müharibənin tör-töküntülərini bərpa etməklə, dəymiş ziyanı aradan qaldırmaqla, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqla məşğul olur və bunları tənzimləmək üçün yollar axtarır. Bundan ötrü mütləq həmin ölkə güclü iqtisadi resurslara, ən başlıcası isə uzaqğörən liderə malik olmalıdır. Bunlar da Azərbaycanda var. Vətən müharibəsində qazandığımız tarixi Qələbədən bir həftə sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa-quruculuq işlərinə başlanıldı. Bu gün həmin işlər geniş vüsət alıb. Azərbaycan Respublikasının müstəqil və milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu sayəsində dünyanın digər aparıcı beynəlxalq təşkilatları və güc mərkəzləri ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edib. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərən amillər sırasında ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin önəmini xüsusi qeyd edə bilərik. Ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycana böyük inamın ifadəsi olaraq öz tədbirlərini məhz ölkəmizdə keçirmək istəyirlər. Respublikamız isə bu etimadı bir qayda olaraq yüksək səviyyədə doğruldur və ev sahibliyini üzərinə götürdüyü beynəlxalq tədbirlərdə özünün yüksək standartlarını tətbiq edir. 2019-cu ildə Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünü xüsusi qeyd edə bilərik. Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib. 2019-cu ildə Bakıda Dünya dini liderlərinin Zirvə Görüşünün keçirilməsi də əlamətdar hadisədir. Artıq tarixə dönən 2019-cu ildə paytaxtımız həmçinin sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi edib. Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Zirvə Görüşündə təşkilata sədrlik növbəti üç il üçün Azərbaycana təhvil verilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aişə Hacızadə.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır
Ümummilli Lider Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır.
Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. İlk növbədə, yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi.
Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranması isə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli idi. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə əməkdaşlığın inkişafına həmişə böyük əhəmiyyət vermişdir. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri olmuşdur. Məhz onun səyləri ilə bu əlaqələr dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ümummilli Lider Heydər Əliyevin Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir Azərbaycanın xarici siyasətində Rusiyanın rolunu və yerini son dərəcə aydın müəyyən edir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə
Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi
Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürəgəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin rəhbəri seçilməsinin müasir tariximizin bu həqiqəti Azərbaycanın indiki əzəmətli inkişafı fonunda daha aydın, daha bariz şəkildə qavranılmaqdadır.
Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı qəbul etdiyi həqiqətlərdəndir. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə əlaqədardır. Tariximizin Ümummilli Lider Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməyə müyəssər olmuşdur. Həmin dövrdə ölkənin inkişafı sadəcə prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə kimi özünü bürüzə vermişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin bir vaxtlar söylədiyi “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı bu günümüzün reallığı olmaqla yanaşı, onun uzaqgörənliyinin real təsdiqidir. Həqiqətən də bu gün Azərbaycan tarixinin ən qüdrətli dövləti kimi dünyaya səs salır.
Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevə əmanət edib. Ulu Öndər dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Prezident cənab İlham Əliyev həqiqətən də bu gün yaşadığımız ölkəni dahi liderin görmək istədiyi Azərbaycana çevirib. Bunun səbəbi isə möhtərəm Prezidentin 19 il ərzində Ulu Öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla reallaşdırmasıdır. Bütün bunlar isə Ulu Öndərin ideyalarının yaşadığını, daim Azərbaycana uğur gətirdiyini təsdiqləyir.
İki ildir ki, Azərbaycan xalqı Vətən müharibəsindəki böyük Zəfərin sevincini, qürurunu yaşamaqdadır. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı ilə işğal olunmuş və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağı silah gücünə düşməndən azad etdi. Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan hadisə – Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi baş verdi. İki əsrlik münaqişəni, 30 illik müharibəni həm hərbi, həm də diplomatik yolla həll edən Ali Baş Komandan Azərbaycan xalqının qəlbində özünün əbədiyaşar heykəlini ucaltdı. Əlbəttə ki, Vətən müharibəsində qazanılan Zəfər Ümummilli Lider Heydər Əliyev siyasətinin nəticəsidir desək, yanılmarıq. Çunki müharibənin başa çatdığı gün müqəddəs ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini söyləyən dövlət başçısı cənab İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müasir inkişaf konsepsiyasının ən böyük uğurudur. Ulu Öndər vaxtı ilə dediyi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun” fikirlərini reallığa çevirən Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev həqiqətən də uzaqgörən, Ümummilli Liderimizin əbədiyaşar ruhunu da şad etdi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov
Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizə Böyük Qələbə zəfərini yazdı. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və Qarabağdakı bir çox yaşayış məntəqələri hərbi yolla azad edildi, erməni ordusu darmadağın edildi. Təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya – Azərbaycan – Ermənistan birgə Bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Eyni zamanda, Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla, bir güllə atmadan, bir şəhid vermədən Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə nail olmaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Beləliklə, sentyabrın 27-dən başlayaraq dekabrın 1-nə qədər davam edən bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Ərazi bütövlüyümüzün təmin edilməsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, zəfər uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü. Şanlı ordumuzun şücaəti ilə 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli, müzəffər Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi. Bu qələbə Aprel, Günnüt, Tovuz zəfərlərinin məntiqi davamı, Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı son illərdə həyata keçirilən hərbi siyasətin döyüş meydanında təcəssümü idi. PUA-sız, topsuz, mərmisiz, Azərbaycan əsgərlərinin igidliyi, mərdliyi ilə Şuşanın azadlığı əməliyyatı isə bu zəfərin kulminasiyası nöqtəsi kimi İkinci Qarabağ müharibəsi tarixinin şərəfli bir səhifəsinə çevrildi.
Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəklədi, onminlərlə Vətən övladı könüllü şəkildə döyüşlərə qoşuldu. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdi. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident cənab İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözlədi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Komandanımıza, əzmkar Ordumuza dərin minnətdarlıq ifadə olundu. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Vətən müharibəsindəki möhtəşəm Qələbə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Xalq Prezidentimizin, Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 10 milyon tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər, zabit oldu. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı dilimizin ən əziz kəlməsi oldu. Ali Baş Komandanımızın söylədiyi kimi, məhz birlik, əzm, iradə – güc böyük Qələbəmizi reallaşdırdı.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub
27 sentyabrda başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində 2-ci Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabrda şanlı qalibiyyətlə bitən Vətən Müharibəmiz, 30 ilə yaxın qəlblərdə kök salmış Qarabağ acısına və yanğısına bir məlhəm oldu. Biz, artıq qürurla deyirik ki, o torpaqlar yenidən öz sahiblərinə geri dönüb.
Bununla da biz bütün dünyaya Azərbaycan ordusunun rəşadətini, cəsurluğunu, vətənpərvərliyini, məğlubedilməzliyini sübut etdik. Onların cəsarəti və döyüş meydanında göstərdikləri şücaət nəticəsində Azərbaycan bu gün qalib ölkədir.
Biz bu gün qalib xalq kimi yaşayırıq. Azərbaycanın bu gün qalib ölkə kimi başı dikdir. Elə bir tarix yazdıq ki, əsrlər keçsədə bu yaddaşımızdan silinməyəcək. Biz bu Qələbəni cənab Prezidentimizin və güclü Ordumuzun gücü ilə qazandıq. Hansı ki Prezidentimizin Dəmir yumruq sözləri gənclərimizdə böyük ruh yüksəkliyi yaradaraq, ölkəmizə qələbə gətirdi. Azərbaycan xalqı bu zəfəri 30 ildir ki gözləyirdi. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, və xalq tərəfinən qürurla qarşılandı.
Cənab Prezidentimiz və Rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoyaraq doğma el obalarımıza torpaqlarımıza bizi qovuşdurdu. Doğma el obamızı dağıdan, daşı daş üstə qoymayan, xalqımıza zülm edən Ermənistana döyüş meydanında layiqli cəzanı verdik. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbə regionda yeni reallıqlar yaratdı. İşğaldan azad olunan bölgələrdə bərpa və quruculuğ işləri uğurla davam etdirilir. Cənab Prezidentimizin qətiyyəti və yenilməz sərkərdə əzmi ilə Rəşadətli ordumuzun gücü və xalqın birliyinə söykənərək düşməni necə məğlub etdisə, yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. Biz hər birimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin necə geniş və əhatəli şəkildə vüsət almasının şahidi oluruq.
Ölkəmiz hər zaman sülhün tərəfdarı olub. 30 il müddətində Azərbaycan nə qədər haqsızlıqlar görsə də, yenə də diplomatiyanı, danışıqları üstün tutub. Bu bir daha ölkə başçımızın humanistliyini və onun bir Lider kimi haqq və ədalətin tərəfində olduğunu göstərir. Eyni zamanda bir daha öz qətiyyətli mövqeyini ortaya qoymuş oldu.
Dünya təcrübəsi də göstərir ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti məhz belə keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Məqsədyönlü təmkin, hər addımın hesablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çevikliyi, dövlətin və xalqın potensialının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi Tarixi Zəfər üçün zəmin yaratdı. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.
Dünya Azərbaycanlıları qalib ölkənin məğrur vətəndaşları olduqları üçün bir daha Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə minnətdardırlar.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəlliməsi Bəhriyyə Rəhimova
Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi
Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Respublikada hakimiyyətə ikinci dəfə qayıtdığı dövrdə ölkədə yaranmış böhranlı vəziyyət bir tərəfdən də torpaqlarımızın işğal altına düşməsi səbəbindən ağırlaşırdı. Yalnız Ulu Öndərin hakimiyyətə gəlişindən sonra işğalın dərinləşməsinin qarşısı alındı. Ulu Öndər Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və məqsədyönlü fəaliyyəti ölkəni yaranmış çətin vəziyyətdən şərəflə çıxardı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması ilə Ulu Öndərin ən böyük vəsiyyətinə əməl edildi. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilib. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib.
Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Ulu Öndərin ən layiqli davamçısı, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. Hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bizi müqəddəs hədəfimizə addım-addım yaxınlaşdırdı. Xalq-İqtidart-Ordu birliyinə nail olundu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 günə tarixi ədalət bərpa olundu, düşmən torpaqlarımızdan qovuldu. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq. Həmin gün Müzəffər Ali Baş Komandanımız Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi. Şəhidlər xiyabanında dövlətimizin başçısı Azərbaycan xalqına Şuşa müjdəsini verdi. Bununla Ulu Öndərin ən vacib vəsiyyəti də yerinə yetirildi.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
Güclü ordu quruculuğu
Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələndə ordumuz pərakəndə hərbi dəstələrdən ibarət idi. Bu dəstələr isə ayrı-ayrı şəxslərin tabeliyində idi. Ulu Öndər Heydər Əliyev ordumuzu vahid komandanlığa tabe olan nizami ordu şəklində yenidən formalaşdırmalı oldu. Bu proses isə cəbhədə erməni işğalçılarına qarşı amansız mübarizə şəraitində gedirdi. Prosesi uğurla başa çatdırmaq, ordumuzun qələbə imkanlarını artırmaq üçün Ulu Öndər, ilk növbədə, cəbhədə atəşkəsə nail oldu. Ermənistanla atəşkəs haqqında razılaşmadan sonra ordu quruculuğu sahəsində inamlı və ardıcıl addımlar atıldı. Sonradan bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həllinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu. Son nəticədə Azərbaycanın Silahlı Qüvvələri Vətən müharibəsində şanlı Qələbə qazandı. Müharibə dövründə Prezident cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti üzə çıxdı. O, müzəffər Ali Baş Komandan kimi hər cür müasir silahlara malik ordumuzu qələbədən-qələbəyə apardı. İşğal altındakı rayon və kəndlərimiz bir-birinin ardınca azad edildi. Dövlət başçısı isə mütəmadi olaraq ordumuzun artan uğurları haqqında respublika ictimaiyyətinə məlumatlar çatdırdı. Bu minvalla yüksək döyüş və qələbə ruhunda olan ordumuz Qarabağın böyük hissəsini azad etdi. Bu isə ölkə başçısının məğlub Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etməsi ilə nəticələndi. Azərbaycan Ordusu 44 gün ərzində özünün tarixi missiyasını uğurla reallaşdırdı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu yolda şəhidlərimiz oldu. İgid oğullarımız Vətən uğrunda canlarını fəda etməkdən çəkinmədilər. Hər bir gənc əsgərimiz özünün rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi ilə böyük bir tarix yazdı. Hazırda Azərbaycan ordusu regionun ən güclü ordusu kimi tanınır. Azərbaycan xalqı özünün müzəffər ordusu ilə haqlı olaraq fəxr edir. Prezident cənab İlham Əliyev hərbçilərlə görüşlərində Silahlı Qüvvələrimizin bundan sonra da ən müasir silahlarla təchiz olunacağını, dünyanın ən güclü orduları sırasında yer alacağını bəyan edib.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir
1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Ulu Öndər Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi. Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Müstəqil dövlət quruculuğumuzun bütün sahələrində olduğu kimi uğurla həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub, adını müasir tariximizə qızıl hərflərlə yazdırıb. Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin edib. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Şanlı Ordumuzun dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyatı dillərə dastan oldu.
Bütün haqsızlıqlara, ikili standartlarla yanaşmaya baxmayaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan ordusunun qüdrəti ilə haqq-ədalət öz yerini tapdı. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Dövlətimiz bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Bu gün dünya ictimaiyyəti Şanlı Azərbaycan Ordusunun, regionun ən güclü ordusunun gücünə, qüdrətinə şahidlik edir. Bu gün hər bir Azərbaycan vətəndaşı böyük Zəfəri bizə yaşadan qalib ordumuzla fəxr edir. Çünki bu müzəffər ordu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova
Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi
Azərbaycanda əhalinin 91 faizini azərbaycanlılar, qalan hissəsini isə digər xalqlar təşkil edir. Azərbaycanda müxtəlif xalqların mehriban şəraitdə yaşaması yurdumuzun multikultural ölkə olduğunun bariz nümunəsidir. Etnik qruplar bütün bölgələrdə kompakt şəkildə yaşayırlar. Hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır. Azərbaycanda qədimdən məskunlaşan ləzgi, tat, talış, udi, avar, xınalıq və digər çoxsaylı etnik qruplar dövlətin qayğı və himayəsini daim öz üzərlərində hiss edirlər. Bunu azsaylı xalqların orta məktəblərdə öz ana dillərində təhsil almaları dövlət tərəfindən təmin olunmasında açıq-aydın görmək mümkündür.
Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi qiymətləndirir.
Hər nə qədər başqa xalqlar olaraq adlandırılsalar belə, 44 günlük müharibə dövründə Ali Baş Komandanımızın da dediyi kimi, “Dəmir Yumruq” olaraq birləşib torpaqlarımız uğrunda vuruşdular. Çünki bura onların da vətənidir. Vətən müharibəsində bütün xalqların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Vətən müharibəsində işğalçını bəlkə də Azərbaycan Ordusunun güc-qüdrətindən, döyüş ruhundan daha çox xalqımızın bu monolit birliyi, sarsılmazlığı qorxudurdu, narahat edirdi.
Ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazanmaqla yağının bu çirkin niyyətinin əsassızlığını sübuta yetirdi, bundan sonra heç bir xarici qüvvənin siyasi sabitliyi, qardaşlığı poza bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli
Güclü ordu quruculuğu
Dövlətin güclü olması ordusunun güclü olmasından xəbər verir. 104 il əvvəl milli ordu quruculuğu siyasətinin əsasının qoyulması Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamaqla yanaşı, həmçinin xalqa göstərilən ən böyük xidmətlərdən biri sayılır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunması və inkişaf etdirilməsi sonradan müstəqil Azərbaycanda nizami ordunun yaranmasına təkan olub. Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasət uğurları təmin edib.
1994-cü ilin əvvəlində Ulu Öndərin sərkərdəliyi ilə keçirilən Horadiz əməliyyatı Ermənistan üzərində qələbə ilə nəticələndi və nəticədə uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə başa çatdırıldı, hərbi xidmətin hüquqi bazası və orduya çağırış təkmilləşdirildi, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Beləliklə, 26 İyun – Silahlı Qüvvələr Günü bayram olaraq rəsmi dövlət statusu qazanıb.
Ümummilli Liderimiz Heydər Əliyevin güclü ordumuz bu günümüzdə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən peşəkarlıqla, uğurla davam etdirilir. Prezidentimiz ardıcıl və sistemli islahatlar həyata keçirərək ordu quruculuğuna xüsusi diqqət edir. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin başlıca istiqamətlərindəndir.
Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli
Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi
Bildiyimiz kimi, Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin Vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə, keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. Kimi müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir. Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni, normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir.
Ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazanmaqla yağının bu çirkin niyyətinin əsassızlığını sübuta yetirdi, bundan sonra heç bir xarici qüvvənin siyasi sabitliyi, qardaşlığı poza bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi zamanı bütün xalqların nümayəndələri son damla qanına qədər döyüşürdülər. Onlar öz doğma Vətənləri uğrunda döyüşürdülər. Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir.
Ulu Öndər Heydər Əliyevi Azərbaycanda multikulturalizmin banisi kimi dəyərləndirən ekspertlər hesab edir ki, onun rəhbərliyi dövründə yaradılan sağlam mühit dinlər, xalqlar, cəmiyyətlər arasında sabitlik, dostluq, birlik toxumu səpib. Ulu Öndər Heydər Əliyevin bütün xalqlara, dinlərə eyni gözlə yanaşması sayəsində ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi sülh, əminamanlıq içərisində yaşayır.
Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli
1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu
Hər bir xalqın milli inkişaf yolunu müəyyənləşdirərək onu dünya miqyasında tanıdan, layiqli mövqelərə çıxaran məhz dahi şəxsiyyətlərdir. Bəşəriyyətin təkamül və inkişaf mərhələləri bu mülahizənin həqiqiliyini tam təsdiqləməklə yanaşı, böyük dühaların, siyasət ustadlarının öz xalqlarının taleyində oynadıqları müstəsna rolu bütün qabarıqlığı ilə üzə çıxarır. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 34 ilini xalqının nicatına həsr etmiş Ulu Öndər Heydər Əliyev də məhz belə liderlərdən olmaqla müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır.
İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbər gəlməsindən sonrakı mərhələdə yaranmışdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdir. Ulu Öndər 1993-cü ilin iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Ulu Öndər Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübuta yetirmiş inkişaf kursunun tətbiqinə nail olmuşdur.
1995-ci ildə xalqın azad iradəsi əsasında Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstitusiyasının qəbuluna nail olan Ümummilli Lider sonrakı mərhələdə dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir.
Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş Prezident cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur.
Ulu Öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlət başçısı cənab İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız ən qısa vaxtda dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova