22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan tarixinə bizim şanlı zəfərimiz kimi yazılmışdır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu zəfərin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Prezident cənab  İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu.

​Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Silahlı qüvvələrin modernləşdirilməsi ölkə başçısının dövlət siyasətinin strateji istiqamətlərindən biridir. Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb. Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Müdafiə Sənayesi Nazirliyinin istehsal sahələrində 400-dən çox müdafiə təyinatlı məhsulların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır.

​Dövlətin diqqət mərkəzində olan vacib məsələlərdən biri də hərbi qulluqçuların sosial müdafiəsi və mənzil problemləridir ki, bu sahəyə də böyük diqqət göstərilir. Bugünə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses hal-hazırda da davam etdirilir. Eyni zamanda, istər işğaldan azad olunan Qarabağda, istərsə də digər regionlarda müasir standartlara cavab verən hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır.

​Bu gün hər bir Azərbaycan vətəndaşı böyük Zəfəri bizə yaşadan qalib ordumuzla fəxr edir. Çünki bu müzəffər ordu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.

Zərdab İsaqbağı kənd tam orta məktəbin hərbi rəhbəri- Paşayev Şöhrət

 

 Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.

Kəlbəcər rayonu qədim türk torpağıdır.Azərbaycanın qədim tarixə malik bir ölkə , azərbaycanlıların qədim xalq olduğunu sübut edən diyarlarımızdan biridir. Kəlbəcər sözünün toponiminin mənası qədim türk dilində (Kevliçer) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir.Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.Kəlbəcərdə türk tayfalarının adını daşıyan toponimlər hələ də mövcuddur.Kəlbəcər ərazisində 30 min ildən artıq tarixi olan qədim yaşayış məntəqələri,6min il yaşı olan qaya təsvirləri, çapşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.Burada Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın,Vll əsrdə isə İslamın yayıldığı dövrlərə aid daş abidə nümunələri vardır.Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər rayonu nəinki qədimliyi , həmçinin təbiətinin,iqliminin gözəlliyi ilə adamı cəzb edirdi. 1993 -cü il aprelin 2 -də ermənilərin işğalı nəticəsində Kəlbəcər rayonunun maddi və mənəvi sərvətləri ermənilər tərəfindən dağıdılmış,təbiətinə ağır ziyan vurulmuşdur.Kəlbəcərlilər öz doğma yurd-yuvalarından didərgin düşmüş ,27 il torpaq həsrəti çəkmişlər.

Nəhayət, güclü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin sonunda işğal altında olan torpaqlarımızı azad etdi .10 noyabr 2020-ci il tarixli Üçtərəfli sazişə əsasən Kəlbəcər rayonu 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da ,Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır.Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir.Ərazini tərk edən ermənilər evləri ilə yanaşı ,meşələri də yandırmışdır.

Nəhayət, 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Və artıq biz 2 ildir ki, öz əsrarəngiz təbiəti, qədim tarixi ilə seçilən Kəlbəcərimizə qovuşmuşuq!

Zərdab rayon  Çallı kənd tam orta məktəbin müəllimi- Vahidli Aydan

 

Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur.Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan yaşayış məskənləri,6 min il yaşı olan qaya təsvirləri,çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.Buradaki daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin,xiristianlığın VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərə İnzibati rayon statusunun verilməsi 1930- cu ilə təsadüf olunur.İşğala qədər rayonun əhalisi 53,478 nəfər təşkil edirdi.Rayonun ərazisi 3054 kv.km.təşkil edir.Rayonda 1 şəhər,1 qəsəbə,145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.1993-cü il 2 aprel tarixində Ermənistan respublikası silahlı qüvvələri tərəfindən işğal edilib.İşğal zamanı 511 dinc sakin öldürülüb,321 adam əsir götürülüb və itkin düşüb.İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi,97 məktəb, 9 uşaq baxçası,116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş,dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Rəsmi İrəvanın hərbi cinayəti.BMT-nin və ATƏT -in prinsiplərinə zidd olaraq 1999- cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşmasına başlanılmışdır.

10 noyabr 2020- ci il tarixli Üçtərəfli Bəyənata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir.Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyənata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi Kəmalə Məmişova

 

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Silahlı Qüvvələrimizin möhtəşəm Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra da respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin daha etibarlı müdafiəsi, qorunması, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Dövlət Başçısı cənab İlham Əliyev Ordunun daha gücləndirilməsi, daha müasir hərbi texnika ilə təchizatı məsələsinə olduqca həssaslıqla yanaşır. Bunu hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlərin ayrılması, ölkənin müdafiə sənayesinin qurulması, ordunun ən müasir silahlarla təchiz edilməsi, həmçinin ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələrinin günbəgün genişləndirilməsi fonunda çox aydın görmək mümkündür. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır. Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarında dünyada güc amilinin ön planda olması və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsinə də toxunub.  Hətta dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Beynəlxalq hüquq həmişə Azərbaycan tərəfində olub. Azərbaycan bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.

Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Bu mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Hər bir azərbaycanlı əmindir ki, xalqımız, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tarixi uğurlar qazanacaq,

Zərdab rayon Salahlı kənd tam orta məktəbin direktor əvəzi- Rəşad İsmayılov

 

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir

 Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı möhtəşəm qələbə ilə nəticələndi. Uğurlarımızın başlıca səbəbi Prezidentimiz cənab  İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.

Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sürsat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Kəlbəcərdə komando qüvvələrinin ikinci hərbi hissəsinin açılışı ordumuzun gücünün nümayişidir. Bu onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazibütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

İkinci Qarabağ müharibəsindən sonra digər sahələrlə yanaşı, ordu quruculuğunda da mühüm islahatlar həyata keçirilir. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Şanlı Ordumuzun maddi-texniki bazası dinamik sürətlə inkişaf etdirilir, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi üçün böyük səylər göstərilir. Yeni hərbi hissələr yaradılır, hərbi şəhərciklər inşa edilir, hərbi qulluqçuların sosial müdafiəsi, nümunəvi xidməti üçün hər cür şərait yaradılır.
Müharibədən sonra işğaldan azad edilən bölgələrdə dislokasiya olunan hərbi hissələr düşmən təxribatlarının qarşısını vaxtında və qətiyyətlə alaraq xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

Zərdab rayon Şəftəhal kənd tam orta məktəbin direktoru-Sədiyar Xəlilov

 

Kəlbəcər rayonunun yeni inkişaf dövrü.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir.İşğal zamanı 511 dinc sakin öldürülüb,321 nəfər əsir götürülüb və itkin düşüb.İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışdır.İşğal nəticəsində onlarla tarixi -mədəniyyət abidəsi,97 məktəb,9 uşaq bağçası,116 kitabxana,43 klub,42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi,9 xəstəxana,75 tibbi məntəqə,23 ambulatoriya,9 aptek, yüzlərlə inzibati bina dağıdılıb, milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir.Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Bu gün Azərbaycan hökuməti azad olunmuş ərazilərdə sürətli bərpa işləri həyata keçirir. Xüsusilə qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir . Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı. Toğanalı -Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var.Göyğöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu 81 kilometr təşkil edir.Avtomabil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.Ən çətin relyefə malik olan Kəlbəcər dağlarında elektrik xətləri çəkilmişdir.”Kəlbəcər -1″ Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur.110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir. Kəlbəcər rayonu bərpa və yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatına daha yaxından töhfə vermək imkanlarına malik olacaq. Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması rayonun növbəti dövrdə strateji əhəmiyyətini daha da artırır.

Zərdab rayon Burunlu kənd ümumi orta məktəbin direktor əvəzi-Usubova Fəridə

 

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atmadan Azərbaycana təhvil verildi.

44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. Belə ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kaputilyasiyaya imza atdı. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmək və torpaq qəsb etmək məqsədi güdmədiyini bildirirdi.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də mənfur düşmənlər tərəfindən işğal olunmuşdur. Kəlbəcər rayonunun işğalı nəticəsində 53340 nəfər öz dədə- baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 şəxs əsir götürülüb və itkin düşmüş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabalığa çevrilib. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 5 müxtəlif yerlərinə təxliyə edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından qovulmuş, tarixi abidələrə, təbiətə böyük ziyan vurulmuşdur.

27 noyabr 2020-ci il… Bu günü Azərbaycan xalqı 27 il gözləmişdir. Kəlbəcər rayonu işğaldan azad olundu.Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bütün bunlar göstərir ki, Azərbaycan döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalibdir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin təsdiqidir. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 882 saylı qətnaməsini, ümumilikdə isə bütün qətnamələri faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.Müharibə bir daha göstərdi ki, kim kimdir. Kəlbəcər bizimdir!. Qarabağ Azərbaycandır!.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya

 

 Kəlbəcər rayonunun yeni inkişaf dövrü.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcər rayonu təbii enerji potensialına malikdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmişdir. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Kəlbəcər rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.

Zərdab rayon  Körpükənd kənd tam orta məktəbin müəllimi – Məhəmmədli Əsmər  

 

Kəlbəcər rayonunun yeni inkişaf dövrü.

Vətən müharibəsində şanlı Ordumuzun qazandığı tarixi Zəfər nəticəsində imzalanmış 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir.

Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonlarından biridir. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonunun sənaye əhəmiyyətli ehtiyatları çoxdur. Rayon ərazisində qızıl, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malikdir.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə “sarı metal”ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması fonunda Azərbaycan üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə olunması ilə daha da artacaqdır.

Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Rayon ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

Kəlbəcər rayonu turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandallığı tarixi abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar heç zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarıdır.

Dövlət başçısı İlham Əliyev işğaldan azad bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, yenidən qurulması və gələcək inkişafı üçün öz lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazisində böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Torpaqlarımızın azadlığı kimi, bu işlər də qısa zamanda uğurla öz həllini tapacaq.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin  müəllimi- Həsənli Turanə.

 

Kəlbəcərin təbii enerji potensialı.

Azərbaycanın ən dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərlik etdiyi rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. İmzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.

Məlumat üçün bildiririk ki, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında düşmən tərəfindən işğal edilmişdi. Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi.

Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Həmçinin relyefi dağlıq olan Kəlbəcər rayonu təbii ehtiyatlarının zənginliyi baxımından da xüsusi olaraq fərqlənir.

İşğaldan öncə sovet dönəmində Dağlıq Qarabağ və ətraf ərazilərin enerji potensialı olduqca yüksək olub. Belə ki, bu illərdə Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 meqavat/amper olan 20 yarımstansiya mövcud olub. Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə də zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Bundan əlavə olaraq qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərimizdə, o, cümlədən Kəlbəcərdə geotermal enerji potensialı mövcuddur. Statistik məlumatlara görə Kəlbəcər rayonu ərazisində 3093 kubmetr/gün termal su ehtiyatları vardır.

Təssüf hissi ilə qeyd etməliyik ki, işğal altında olduğu 27 il ərzində Kəlbəcər rayonu da digər işğal altında olan ərazilərimiz kimi erməni vandalizminin qurbanına çevrildi. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Lakin sevindirici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri sübut edir ki, biz bu torpaqların sahibləriyik.

Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin direktoru-Qabil Məmmədov

 

Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur.

İşğala qədər Kəlbəcər rayonunun  əhalisi 53478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu 1 güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olunub. Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra yeni inkişaf dövrünü yaşayır. Burada quruculuq-abadlıq işləri görülür.  Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

 Zərdab rayon  Xasa kənd ümumi orta məktəbin direktoru- Qasımova Marusa

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın