22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil

Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil

Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil

Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilir. Eyni zamanda, əhalimizin artması və iqtisadi inkişaf ilə əlaqədar daxili enerji istehlakı da artmaqdadır. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” resursları, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində hazırlanan konsepsiya və baş plan, o cümlədən bu ərazilərdə reallaşacaq enerji layihələri, su, külək və günəş enerjisi üzrə tikilməsi və ya bərpası nəzərdə tutulan stansiyalar, eləcə də ümumilikdə müvafiq sahəyə xarici sərmayələrin cəlb edilib. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var.

Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldiyindən, adları çəkilən iqtisadi rayonların bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqamətidir. Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə, bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın