22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamla noyabrın 10-nun Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsinin rəsmiləşdirilməsi hər birimizin ürəyindən xəbər verdi. Bir daha “Qarabağ Azərbaycandır!” söylədik, qalib ölkənin vətəndaşları olmağımızın qürurunu yaşadıq. Bizə bu əvəzsiz duyğuları bəxş edən müzəffər Ali Baş Komandanımıza minnətdarıq.

Müstəqillik tariximizin ­yaradıcısı olan unudulmaz dahi şəxsiyyət Heydər Əliyev bir zaman böyük uzaqgörənliklə demişdi: “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Bu gün həmin gündür! Bu gün Azərbaycan Günəş kimi bizim daha xoşbəxt sabahlarımıza işıq saçır, nur çiləyir! Hamımız bir nəfər kimi, yaxın günlərdə Bakının Azadlıq Meydanında keçiriləcək Böyük Qələbə paradını gözləyirik. Qəhrəman əsgər və zabitlərimizin meydandan nizami keçidini, modern hərbi texnikamızın nümayişini, başlar üzərində bəxtəvərcəsinə dalğalanan bayraqlarımızı hansı fəxarət hissi ilə izləyəcəyimiz bəri başdan gün kimi aydındır.

Ulu öndər 2003-cü ildə verdiyi xeyir-duası ilə Azərbaycanın sürətlə inkişaf edərək dünya çapında layiqli yerini tutacağına, işğal altındakı torpaqlarımızın düşməndən azad olunacağına möhkəm əminlik ifadə etmişdi. Çox keçmədi ki, ümummilli liderin fikirləri öz təsdiqini tapdı, yüksək inam, ali etimad özünü doğrultdu. 17 il əvvəl yekdilliklə Prezident seçilmiş cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz ilbəil möhkəmləndi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafına nail olundu, mədəni yüksəlişi təmin edildi, hərbi qüdrətimiz daha da artdı. Beynəlxalq birlik Azərbaycanın güclü mövqeyi ilə hesablaşmağa başladı. Bütün bunların məntiqi nəticəsi olaraq, işğalçılıq niyyətindən əl çəkməyən, ardıcıl şəkildə sülh danışıqlarını pozan, təmas xəttində təxribatlar törədən Ermənistan döyüş meydanında layiqli cavabını aldı. Ordumuzun 44 günlük zəfər yürüşü noyabrın 10-da özünün zirvə məqamına yetişdi. Təcavüzkar Ermənistan rəhbərliyinin ­kapitulyasiya xarakterli məlum bəyanata imza atması ilə torpaqlarımız da azad olundu, “Qarabağ münaqişəsi” deyimi də birdəfəlik arxivlərə gömüldü.

Beləcə, tarixi zəfər turu Azərbaycanın tarixində yeni və silinməz səhifələr açdı. Möhtərəm Prezidentimizin müharibə siyasəti ilə əlaqədar müəyyən etdiyi düzgün strateji xətt qələbənin təmin olunmasına öz töhfələrini verdi. Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistan tərəfdən sözsüz və birmənalı şəkildə qəbul olundu. Altı həftəlik Vətən müharibəsində Ali Baş Komandanımızın polad qətiyyəti, heyrətamiz dərəcədə düzgün hərbi-siyasi gedişləri, bəyanat və müsahibələri, rayon, şəhər və kəndlərimiz bir-bir alındıqca xalqa etdiyi müjdə dolu müraciətləri bizi elə hey göylərə qanadlandırdı. İgid Vətən oğullarımızın cəbhə xəttində göstərdikləri ölçüyəgəlməz hünərlər sanki bir kino lenti kimi gözlərimiz önündə canlandı. Dünya qalib Azəbaycan Ordusunun dəyanəti ilə məğlub Ermənistan ordusunun miskin durumunu müqayisə belə edə bilmədi. Bədxahlarımız da hərbi qüdrətimizi, yenilməzliyimizi etiraf etməli oldular.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın