“Poliqon” Strateji İntellekt Oyunu üzrə Zəfər Kubokunun final oyunu keçirildi-FOTO
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi tərəfindən keçirilən Poliqon” Strateji İntellekt Oyunu üzrə Zəfər Kubokunun seçim turlarında ən çox bal toplayan 6 komanda 08 dekabr 2022-ci il tarixində keçirilən final oyununda qalibiyyət uğrunda mübarizə apardılar.
Qanunla.Az xəbər verir ki, gərgin və bir o qədərdə maraqlı keçən final oyununda Yarməmmədbağı kənd tam orta məktəbin “Viktoriya – 1 ” komandası ən yüksək bal toplayaraq “Poliqon SİO” üzrə Zəfər Kubokunun sahibi oldu. şəhər 1 saylı məktəb liseyin “Qartal – 2” komandası ikinci və Hüseynxanlı kənd tam orta məktəbin “Qartal – 1” komandası üçüncü yeri bölüşdülər.
Poliqonçular adından komandalarımızı təbrik edirik.
Məlumat üçün bildiririk ki, “Poliqon” Strateji İntellekt Oyunu gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, onların strategiya qurmaq bacarığının artırılması və intellektual inkişafına dəstək olmaq məqsədlərini daşıyan milli intellektual oyundur. Oyunun keçirilməsində məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, xüsusi ilə, Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazandığımız zəfər tariximizin gənclər arasında təbliğ etmək, Azərbaycan dilində intellektual oyunlar üzrə turnirlərdə gənclərin ictimai fəallığını təmin etmək, həmçinin regionlarda fəaliyyət göstərən intellektual oyunlar üzrə klublara dəstək verməkdir.
Oyun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın