Bu rayonlarda qaz təchizatında məcburi fasilələr yaranacaq
Bu gün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.
Bu barədə Azəriqaz-İB tərəfindən Qanunla.Az-a məlumat verilib.
Havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib. Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə “Azəriqaz” İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın