Layiqli həyat şəraiti
Layiqli həyat şəraiti
Vətən müharibəsində apardığı haqq işi uğrunda mübarizə nəticəsində xalqımız tarixi bir qələbəyə imza atdı. Mənfur qonşularımz tərəfindən 30 ilə yaxın işğal altında qalan dədə-baba torpaqlarımız düşmən tapdağından azad olundu. Kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz yadelli əsarətindən qurtularaq öz əzəli sahiblərinə qovuşdu. İşğal müddətində düşmən bu torpaqlardakı bütün infrastrukturu dağıdıb, bütün şəhərlərimiz demək olar ki, yerlə yeksan edilmiş, maddi-mədəni abidələrimiz təhqir olunmuş, milli- mənəvi dəyərlərimizin göstəricisi olan tikintilər xarabazarlığa çevrilmişdir. Bütün bunlar bir daha düşmənin necə vandal, vəhşi bir xalq olduğunun göstəricisidir.
Lakin dövlət başçısının xüsusi tapşırıq və sərəncamlarına əsasən işğaldan azad olunmuş bütün torpaqlarımızda geniş miqyaslı quruculuq, abadlıq işlərinə start verilmişdir. Artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız vətəndaşların öz doğma yurd-yuvalarına qayıtması üçün müəyyən edilmiş Dövlət proqramını uğurla həyata keçirir.Bu baxımdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri artıq bu ərazilərdə böyük inkişafın təməllərinin atılmasının göstəricisidir. Regionda mühüm potensiala sahib olan bu ərazilərin iqtisadi inkişafının təmin edilməsi gələcək iqtisadi layihələrin reallaşmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz çıxışlarında bəyan etmişdir ki,” İşğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəlməsi, ən müasir sosial- mədəni infrastukturun qurulması, kommunikasiya və nəqliyyat dəhlizinin bərpası üçün dövlət tərəfindən ən qısa müddətdə kompleks tədbirlər həyata keçiriləcəkdir.
Zərdab rayon Şəftəhal kənd tam orta məktəbinin direktoru-Sədiyar Xəlilov
Tarixi Sərəncam.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Tarixi Sərəncamla təsdiq olunmuş Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan işğaldan azad edilmiş bütün ərazilər təşkil edir. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən mövcud Qlobal trendlər nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır.
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.
Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı prioritet vəzifələr müəyyən olunmuşdur: Yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi; Ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması; Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi; İşğaldan azad edilmiş ərazilərdə su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası; Bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması; Yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması; Qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması, onların əlçatanlığının təmin edilməsi; İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması; İnsan kapitalının inkişaf etdirilməsi; Sosial dəstək mexanizmlərinin geniş tətbiqi; İşğaldan azad edilmiş rayonlarının iqtisadi ixtisaslaşdırılması; İşğaldan azad olunmuş ərazilərin sənaye potensialının gücləndirilməsi; Kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması; Yüksəkixtisaslı mütəxəssislərin, daxili və xarici investorların cəlb edilməsi üçün həvəsləndirmə və güzəştlər nəzərdə tutulan sadələşdirilmiş iqtisadi modellərin tətbiqi, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi; Özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl sektor tərəfdaşlığının təşviqi; Müxtəlif turizm növlərinin inkişafının dəstəklənməsi; Bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyinin təmin olunması.
Artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-quruculuq işlərinə başlanmış, çoxsaylı layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köşkünlər öz doğma ata-baba yurdlarına qayıdacaqlar.
Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin direktoru-Qabil Məmmədov
Layiqli şərait.
Ölkəmizdə icra edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrin mərhələli, eyni zamanda hərtərəfli davamlı inkişafını təmin etmişdir. İcra edilən dövlət proqramları nəticəsində regionların yol, elektirk, qaz, su infrastrukturu tamamilə yenidən qurulmuş, müasir dövrün tələblərinə cavab verən təhsil və səhiyyə müəssisələri tikilərək istifadəyə verilmişdir. Bir sözlə, əhalinin layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində böyük işlər görülmüşdür. İnfrastruktur layihələri davamlı olaraq icra edilir və ölkəmizin hər bir bölgəsini əhatə edir. Regionlarda həyata keçirilən layihələrdə sahibkarlar da fəal iştirak edir, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün ölkəmizdə sahibkarların fəaliyyət göstərməsi üçün münbit şərait və geniş imkanlar yaradılmışdır. Ölkə başçısı cənab İlham Əliyev hər zaman öz çıxışlarında da qeyd edir ki, davamlı inkişaf və iqtisadiyyatımızın güclənməsi üçün sahibkarlara lazımi şərait yaradılmalı, dövlət tərəfindən müvafiq dəstək verilməlidir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi yeni layihələrin icrası, eyni zamanda əlavə iş yerlərinin yaradılması ilə nəticələnir.Görülən işlərdə isə şəffaflığın təmin olunması dövlətimizin əsas məqsədlərindəndir. Bununla bağlı Prezident cənab İlham Əliyev hər zaman dövlət qrumları və məmurlara xüsusi tapşırıqlar verir. Sosial ədalət, ümumilikdə ədalət prinsiplərinin təmin olunması Azərbaycan dövlətinin əsas məqsədlərindəndir. Bəzən bu prinsipləri, ən əsası da qanunları pozaraq səlahiyyətlərini aşan bəzi məmurların isə məsuliyyətə cəlb edilməsi bir daha təsdiq edir ki, Azərbaycanda keç kim qanundan üstün ola bilməz.
Yüksək vəzifələrə yeni təyinat alan məmurlara da bu haqda ciddi xəbərdarlıqlar edilir, onlara öz fəaliyyətlərini qanunlar çərçivəsində qurmaq tapşırığı verilir. Aparılan kadr islahatlarının da məqsədi məhz şəffaflığı təmin etmək, bununla da daha sürətli inkişafa nail olmaqdır. Ölkəmiz Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra həyatın hər bir sahəsində yeni mərhələyə qədəm qoyub. Odur ki, cəmiyyətimiz üçün yeni tələb və çağırışlar yaranıb. Hər bir dövlət qrumu, eləcə də dövlət məmuru, həmçinin hər bir vətəndaş öz fəaliyyətini cəmiyyətimiz üçün aktual olan məsələlərə uyğun qurmalıdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlət qrumları və məmurlara verdiyi ən əsas tapşırıqlardan biri də məhz şəhid ailələri və müharibə əlillərinə hər zaman xüsusi diqqət-qayğının göstərilməsi ilə bağlıdır. Şəhid ailələrinə, müharibə əlillərinə göstərilən xüsusi diqqət və qayğıda ölkə başçısının fəaliyyəti bir nümunədir. Şəhid ailələri və müharibə əlillərinin məişət problemləri ölkə başçımızın xüsusi diqqəti sayəsində dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə mənzillər, fərdi evlər, minlərlə minik avtomobilləri verilir. Bu proses davamlı xarakter daşıyır. Həmçinin Prezident cənab İlham Əliyev tərəfindən rayon icra orqanlarının nümayəndələri qarşısında da bu kateqoriyadan olan insanlara biganə qalmamaq, əksinə, daim onların yaşayışı ilə maraqlanmaq kimi vəzifələr qoyulub.Ümumiyyətlə, ölkəmizin və xalqımızın tərəqqisi naminə yorulmadan çalışan Prezident cənab İlham Əliyevin əsas amalı odur ki, cəmiyyətimizdə heç bir ədalətsizlik, heç bir narahatedici problem olmasın, ləyaqətlə yaşayan müzəffər xalqımız bundan sonra da əmin-amanlıq şəraitində yaşasın.
Zərdab rayon Körpükənd kənd tam orta məktəbin müəllimi – Röya Əlisurətli.
Ərazilərin bərpası və yenidən qurulması prosesinin institusional əsasları.
Qarabağ işğal altında olduğu dövrdə bu bölgədə maddi mədəniyyət abidələrimiz erməni vandalizminin qurbanı olub. Düşmən bütün yaşayış məntəqələrimizi yer üzündən silib, infrastrukturu dağıdıb, müqəddəs məkanları təhqir edibBu gün Qarabağın dirçəlməsi, qaynar həyata qayıtması üçün çox böyük layihələr sürətlə gerçəkləşdirilir.Qısa müddət ərzində Şuşanın əsl tarixi simasının bərpası yönündə genişmiqyaslı işlər görülüb. Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsi kimi diqqət çəkib. Bütün bunlarla yanaşı, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinə başlanılıb.
Abadlıq-quruculuq layihələri Şərqi Zəngəzurda da sürətlə icra edilir. Burada, ilk növbədə, infrastruktur işlərinə, yol-nəqliyyat tədbirlərinə xüsusi önəm verilir.yenidən qurulmasıdır.Ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin tərkib hissəsidir.
Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin–Qubadlı–Laçın avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa olunur.
Zərdab Rayon Şəftəhal kənd tam orta məktəbin müəllimi -Xəlilova Fatimə
Ərazilərin bərpası və yenidən qurulması prosesinin institusional əsasları
Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.
İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdışın” təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılmışdır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin təhlükəsizliyin təmin olunması məsələsidir. Bura ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi daxildir.
Bölgədə yeni reallıqlar yaradan Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa planları kifayət qədər genişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilən ərazilərə hər səfəri yeniliklərlə müşahidə olunur. Yeni-yeni obyektlərin təməli qoyulur, tikinti-quruculuq işləri yüksək sürətlə davam etdirilir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan onun rəhbərliyi ilə böyük qələbələr və inkişaf yolu keçdi, Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı, torpaqlarımız düşmən işğalından azad olundu. Bu gün isə Qarabağda böyük sürətlə bərpa və yenidənqurma işləri aparılır, ən yüksək standartlar səviyyəsində regionun gələcəyi qurulur. Yaxın gələcəkdə biz Qarabağı cənnətə çevirəcəyik və bu torpaqlarda əbədi yaşayacağıq.
Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi -Çinarə Fərəcova
Yaşıl enerji zonası
Qarabağ “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”də öz əksini tapmışdır. Həmçinin, ölkə başçımız cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmasını qərara almışdır.
Məlum olduğu kimi, Qarabağın bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür.Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.
Qarabağda eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.Yenidən cənnətə çevirəcəyimiz Qarabağa, doğma yurd-yuvasına qayıdan insanların çırağı əvvəlkindən də gur yanacaq. Prezidentimizin dediyi kimi, biz burada əbədi yaşayacağıq: “Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru- Məkkə Həmidova
Təhlükəsizliyin təmin olunması.
İşğal edilmiş ərazilərdə infrasturukturun qurulması, yeni logistik layihələrin həyata keçrilməsi üçün ilk öncə həmin ərazilərin tam təhlükəsizliyini təmin etmək lazımdır. Azərbaycan dövləti Vətən müharibəsindəki zəfərdən sonra dərhal azad olunmuş torpaqlarda minaların zərərsizləşdirilməsinə başlamışdır. Ermənistan dövləti Azərbaycan torpaqlarının hər bir qarışını işğal altında saxladığı müddətdə piyada əleyhinə, hərbi texnikalar əleyhinə partlayıcı qurğularla minalamışdır. Cenevrə konvensiyasına görə bu bəşəri bir cinayət sayılsa da, Ermənistan tərəfi bu məkrli addımı bu gün də davam etdirməkdədir.
Müasir dövrdə torpaqların partlayıcı qurğulardan təmizlənməsi prosesi insanlar və xüsusi texnikalar vasitəsi ilə həyata keçirilir. Bunun üçün çox yüksək məbləğdə vəsait tələb olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, “Azad edilmiş torpaqların minalardan tam təmizlənməsi üçün iyirimi beş milyard manat məbləğ vəsait lazım olcaqdır”.
Azərbaycan ərazilərində məskunlaşmanı təmin etmək üçün sürətli şəkildə minaların, partlamamış hərbi sursatların təmizlənməsi işi davam etməkdədir. Bu günə kimi 805 mindən çox mina, partlamamış hərbi sursatlar aşkar edilmiş və sıradan çıxarılmışdır. Son iki ildə azad edilmiş ərazilərdə 50 mindən çox partlayıcı hərbi texnika zərərsizləşdirilmişdir. Məhz bu sahədə görülən işlərin nəticəsi olaraq Azərbaycan dövləti qısa zamanda Zəngilan rayonu ərazisində məskunlaşmanı təmin etmişdir. Hazırda Zəngilan rayonunun Ağalı kəndində ən müasir tələblərə əsaslanan yaşayış kompleksləri inşa edilmişdir. Məcburi köçkünlərin daha tez doğma torpaqlarında məskunlaşmasını təmin etmək üçün xarici dövlətlərdən xüsusi mina təmizləyən texnikalar alınmışdır. Azərbaycana bu işdə Türkiyə dövləti də dəstək nümayiş etdirir.
Piyada əleyhinə minaların quraşdırılması beynəlxalq cinayət olsa da, Ermənistan tərəfi bu çirikin əməlindən çəkinmir, basdırdıqları partlayıcı qurğuların xəritəsini Azərbaycan dövlətinə təqdim etməkdən yayınır. Azərbayacan dövləti qarşılıqlı əsrlərin dəyişdirilməsi qaydasında bəzi ərazilərin mina xəritəsini əldə etsə də, bu bütün əraziləri tam əhatə etmir. Qarabağda məcburi köçkünlərin məskunlaşması üçün torpaqların mütləq təhlükəsiz olması, minalardan tam təmizlənməsi lazımdır. Bu proses müəyyən zaman itkisinə səbəb olsa da son anda Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun olacaqdır.
Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Məmmədov Eşqin
İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya sənədi hazırlanmışdır.
Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır.
Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.
İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin müəllimi- Həsənli Turanə.
Tarixi sərəncam.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021- ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030; sosial-iqtisadi inkişafa dair.Milli Prioritetlər” təsdiq edilmişdir.Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022- ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş”Azərbaycan Respublikasının 2022-2026- cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” nda əks olunmuş”İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022- ci il tarixli 3587 nömrəli Sərəncamı ilə”Azərbaycan Respublikasının işğalından azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Birinci dərəcəli zəruri infrastrukturun yaradılması.İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması.İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.
Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması.
44 günlük Vətən müharibəsini şanlı qələbə ilə sona çatdıran Azərbaycanın gündəliyinin mərkəzində hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanır. Vəhşi düşmən üç onillik ərzində nəzarəti altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Lakin erməni vandalizminin, dağıntıların miqyası böyük olsa da, Azərbaycan Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. İşğaldan azad edilən ərazilərimiz barədə məlumat verən dövlətimizin başçısı “Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq”, – deyə vurğulayıb.
Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.
İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir. Azərbaycan bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa etmək niyyətindədir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə ilk yaşayış məntəqələrinin bərpasına başlanılması ilə bağlı tədbirlər keçirilib.
Zərdab rayon Xasa Kənd ümumi orta məktəbin direktoru Qasımova Marusa.