21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir

Xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Dahi lider Heydər Əliyev bilirdi ki, liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki, ölkəmizə uzun müddət dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Məhz ona özü qədər inandığını və Azərbaycanın gələcəyinə böyük ümidlər bəslədiyinin nəticəsləri bu gün bütün dünya görür.  Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezidentliyin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Prezident cənab İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

19 illik fəaliyyəti dövründə Prezident cənab İlham Əliyevi dəstəkləyən Azərbaycan xalqı yenə də dərin inam, güvən və səmimi sevgi ilə öz Liderini dəstəkləyir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

Ölkəmizin beynəlxalq nüfuzunu artıran “Cənub Qaz Dəhlizi”

Avropanın, o cümlədən dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın reallaşdırdığı iri layihələr ölkəmiz tərəfindən müəyyənləşdirilmiş enerji siyasətinin səmərəli nəticəsini bir daha təsdiqləyir. Bu istiqamətdə görülən işlər artıq ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunu artırmaqdadır. Cənub Qaz Dəhlizi layihəsi də bu qəbildəndir. Belə ki, layihə bu gün Avropanın üzləşdiyi qaz böhranının aradan qaldırılmasında əsas pay sahibi kimi çıxış etməklə ölkəmizin bu sahədə rolunu daha da artırır. Layihənin icrası, həmçinin iştirakçı dövlətlər arasında əməkdaşlığın inkişafına və regionda təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı, həmçinin dünyanın bir sıra aparıcı şirkətlərinin və maliyyə qurumlarının qatılması layihəyə durmadan artan marağı və onun genişlənməkdə olan miqyasını göstərir. Həmçinin səslənən fikirlər, irəli sürülən təkliflər bir daha təsdiqləyir ki, bütün sahələrdə, o cümlədən enerji təhlükəsizliyi məsələsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdədir. Dövlətimizin başçısı cənab İlham Əliyev də çıxışında bu məsələyə xüsusi diqqət yetirdi. Ölkəmiz ixrac prosesinə başladığı vaxtdan bu günədək təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib.

“Cənub Qaz Dəhlizi dünyanın ən nəhəng layihələrindən biridir. Kəmərin çox ağır mürəkkəb relyeflərdən – hündür dağlardan, dəniz çökəkliyindən keçməsinə baxmayaraq, boru xətti yüksək keyfiyyəti ilə beynəlxalq standartlara tam cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan üzərinə düşən vəzifələri vaxtında və çevik şəkildə icra etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib

Prezident cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri və üzərinə götürdüyü öhdəlikləri əhatəli şəkildə yerinə yetirən dünya tarixinin nadir liderlərindən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 19 ildə Azərbaycanda bütün istiqamətlərdə sürətli inkişafa nail olunub, ölkədə tam sabitlik, əmin-amanlıq bərqərar olub, əhalinin sosial vəziyyəti daha da yaxşılaşıb, həyata keçirilmiş düzgün və dəqiq islahatlarla ölkənin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq nüfuzu artıb. Bu gün ölkəmizin yerləşdiyi coğrafi regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövrünün ən böyük enerji layihəsi olan Ümummilli Lider Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ölkəmizin Avrasiya məkanında mövqeyini xeyli artırıb, Azərbaycanı Cənubi Qafqazın liderinə çevirib. Bu layihə ölkəmizlə yanaşı, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də xeyli əhəmiyyətlidir. Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rolu durmadan artmaqdadır.

Ölkəmizin tranzit əhəmiyyətini artıran nəqliyyat infrastrukturu Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib və bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yollar yenidən qurulub, paytaxtda və yerlərdə hava limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikilib. Bu istiqamətdə görülən işlər ölkəmizin tranzit imkanlarını daha da gücləndirib.

Azərbaycanın nailiyyətlərinin beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirildiyini Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında ölkəmiz dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha da irəliləyərək ən islahatçı 20 ölkə sırasına qalxıb. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata geçirilən səmərəli iqtisadi islahatlar nəticəsində son 19 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artıb, əlverişli sərmayə mühiti yaradılıb.

Azərbaycanın Zəfər yoluna nəzər salsaq Ali Baş Komandan cənab İlham Əliyev qalib Ordu və mübariz gənc nəsil formalaşdıraraq “dəmir yumruq” əməliyyatı ilə cəmi 44 gün ərzində düşməni diz çökdürdü. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident cənab İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif təxribatları ilə qarşılaşan xalqımız böyük qələbə ilə müzəffər oldu. Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu təsdiqlədi. Ümummilli lider Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 19 ildir ki, şərəf və ləyaqətlə davam etdirən Prezident cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan daha parlaq gələcəyə doğru inamla addımlayır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hasil Bağırov

 

Dövlət siyasətinin müasir modeli

Prezident cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edib. Yəni, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Beləliklə, radikalizmi, siyasi şantaj və ekstremizmi siyasi sistemimizdən çıxardı. Azərbaycan Prezidenti cənab İlham Əliyev siyasi sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi.

Dövlətimizin başçısı beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu.

Siyasi lider islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.

Prezident cənab İlham Əliyev neft kapitalını intellektual kapitala çevirək şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və Azərbaycanın gələcək inkişafını təmin etdi.

Prezident cənab İlham Əliyev Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail oldu. Bu strateji qərar ilə türk dünyasını dəmir kəmərlə bir-birinə bağlamaqla onların iqtisadi birliyini təmin etdi. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad raylarla bağlamış oldu.

Dövlətimizin başçısı XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı. Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü.

Ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən asılılığına son qoydu. Azərbaycanı kosmik sənaye ölkəsinə çevirdi. Qısacası Prezident cənab İlham Əliyev xalqımızı tarixi inkişaf mərhələsində keyfiyyətcə yeni eraya çıxarmağı bacardı.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb

15 oktyabr 2003-cü il  tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsidir.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində iştirak etmiş seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verdi. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına sadiqliyini nümayiş etdirdi. Azərbaycan xalqı seçki məntəqələrinə gələrək İlham Əliyevi Prezident seçməklə öncə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verdi, Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Möhtərəm Prezidentimiz, Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin dayanıqlı inkişafı üçün əsaslı addımlar atdı. Onun siyasi fəlsəfəsinin əsasında müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, eləcədə vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident cənab İlham Əliyevin yuxarıda qeyd etdiyimiz siyasətinin nəticəsi idi ki, Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını onun hakimiyyətdə olduğu dövrdə daim artmışdır. Prezident cənab İlham Əliyev seçki kampaniyalarında xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirməklə yanaşı hər zaman ölkənin gələcək prioritet istiqamətlərini müəyyənləşdirdi. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz 44 günlük Vətən müharibəsi nəticəsində bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu gün cənab İlham Əliyev bir lider kimi, ölkədə milli-mənəvi dəyərləri təmin edən, cəmiyyətdə müsbət əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən əsas qüvvədir. Məhz onun bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafa, xalqımızı firavan həyata, ölkəni 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpasına qovuşdurmaq idi. Əslində məqsədyönlü surətdə aparılan siyasət, hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin uğurudur.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı

Ölkəmizin çoxəsrlik tarixinin nadir hadisələrindən sayılan tarixi Zəfər, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində, Qarabağ savaşında qazanılan qələbə ən şanlı səhifələrimizdəndir. Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın 30 illik işğalına cəmi 44 gün ərzində son qoyması, ədalətli müharibə apararaq torpaqlarımızı geri qaytarması, eyni zamanda xalqımızın ədalətli mübarizəsinin təntənəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu.  Bu Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq.

44 gün ərzində ölkəmizdə tamamilə yeni, fərqli bir sosial-psixloloji vəziyyət yaranmışdı. Prezidentin xalqa hər müraciəti, ya xarici kütləvi informasiya vasitələrinə müsahibəsi xoş həyəcanla izlənirdi. Ali Baş Komandanın hər bir qələbə müjdəsi ordumuzun əsl qəhrəmanlıq şücaətlərindən xəbər verməklə, eyni zamanda bütün xalqı inamlı qələbə ruhuna kökləyirdi. Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Tarixi ədaləti bərpa edən Azərbaycanın “Böyük Qayıdış” proqramı bu ənənəni bu gün də uğurla davam etdirilməsidir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 16.11.2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.  Bu Proqram dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkatdır və məhz buna görə də öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq əhəmiyyətli hadisədir. “Böyük Qayıdış”, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikası, 30 il işğal altında qalmış və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilmiş ərazilərin yenidən qurulması və həmin xarabalıqların üzərində yeni həyatın bərqərar edilməsi, işğaldan azad edilən ərazilərin istifadəyə verilməsi, həmin ərazilərdə çoxsaylı kəndlərin, şəhərlərin, tikililərin, yolların, körpülərin salınması, abadlaşdırma işlərinin aparılması deməkdir. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin dediyi kimi, “Qarabağı cənnətə cevirəcəyik”.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

Dövlət siyasətinin müasir modeli

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Belə liderlər insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsiyyətlərdir. Ulu Öndər, dahi siyasətçi Heydər Əliyevin siyasət və idarəçilik məktəbindən faydalanan, zəngin təcrübə, idarəçilik məharəti qazanan, peşəkar dövlət adamı kimi yetişən prezident cənab İlham Əliyev məhz belə liderlərdəndir. Onun məqsədyönlü və qətiyyətli dövlət idarəçiliyi sayəsində bu gün böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik Azərbaycan dövləti formalaşmışdır. Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev xalq tərəfindən ona bəslənilən ümidləri doğruldaraq, xalqın maraq və mənafelərinə cavab verən qətiyyətli qərarlara və uğurlara imza ataraq ciddi bir siyasətçi kimi sübut etdi. Dövlətçilik və Azərbaycançılıq ideologiyasının layiqli davamçısı olduğunu təsdiqlədi. Prezident cənab İlham Əliyev həm də xalqının xilaskar Ali Baş Komandanı, möhtəşəm qələbəyə, şanlı tariximizə öz imzasını atan qalib sərkərdədir.

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir.

Prezident cənab İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ilə bağlı müəyyənləşdirdiyi və həyata keçirilən siyasət öz uğurlu nəticələrini verməkdədir. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktyoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.

Prezident cənab İlham Əliyevin ən mühüm xidmətlərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasının həyata keçirilməsidir. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, sosial-iqtisadi islahatlar və digər sistemli hədəflərin reallaşmasına şərait yaratdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqının qarşısında ən böyük xidməti bilavasitə onun rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 Gün davam edən Vətən Müharibəsində ələdə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür

Hər  zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Prezidentimiz hər zaman xalqın yanındadır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi daim xalqının yanında olmaqdan ibarət olub. Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan möhtəşəm milli və siyasi həmrəylik, yaşadığımız qələbənin ən böyük ideoloji əsasıdır. Mütəmadi olaraq hamımızı birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
Prezident cənab İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident cənab İlham Əliyev “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirir. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin səmimi xarakterindən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi də, müharibədə qalibiyyətimiz də məhz milli birliyin nəticəsidir. İşğaldan azad olunmuş bölgələrdə öz qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını coşqu ilə nümayiş etdirdi. Bu, həm də onu göstərir ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə mübarizə aparan Prezident cənab İlham Əliyev öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə, ən ağır vəziyyətlərdə öz xalqının yanında olan Prezident hər bir işdə xalqın dəstəyinə arxalanır, ona güvənir.
Bizim qalib və qüdrətli Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın güclü suveren dövlət kimi mövcudluğunun və hər yeni gündə öncəkindən daha güclü olmasının,ayaqüstündə həmişə möhkəm və qürurlu durmasının müzəffər təminatçısıdır!

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin müəllimi Asim Xəlilov

 

İşğaldan azad olmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Xalqımız öz torpaqlarını erməni işğalından azad etdi. Lakin azad edilmiş torpaqlarımız erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində talan edilmiş, dağıdılmış, demək olar ki, yer üzündən silinmişdir. Bu torpaqlara yenidən həyat vermək, qurub-yaratmaq, bərpa etmək elə qələbənin özü qədər çətindir.  Belə ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan minlərlə kvadratkilometrdən çox ərazidə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sektorları ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi sozün əsl mənasında böyük güc, böyük potensial tələb edir. İşğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini  tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən yaratmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür. Prezident cənab İlham Əliyevin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni faşistləri tərəfindən, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaq. Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra onların dayanıqlı məskunlaşmasını təmin etmək, bu əraziləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün artıq genişmiqyaslı işlərə başlanılıb. Azərbaycan  Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan  tarixi qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərdi.  Bu gün  işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə  bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və müasir  nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyətini yüksək səviyyədə təmin edəcək. Azərbaycanın dilbər guşəsi Qarabağda yeni müasir şəhərlər, kəndlər salınacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri yaradılacaq. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın