02.04.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Tikinti materiallarının satışı mağazasında yanğınla bağlı “Azəriqaz” İB-dən açıqlama

Tikinti materiallarının satışı mağazasında yanğınla bağlı “Azəriqaz” İB-dən açıqlama

Bu gün – 9 yanvar tarixində paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib.

Qanunla.Az xəbər verir ki, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər. Hal-hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır. Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür. Həmçinin Departament rəisi qeyd edib ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın