Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən təhsil prossesinin inkişafının izlənilməsi istiqamətində görüş keçirilib – FOTO
27 aprel 2022-ci il tarixində 295 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi yanında İctimai Şuranın heyəti tərəfindən təhsil prossesinin inkişafının izlənilməsi istiqamətində görüş həyata keçirilib. Görüş zamanı İctimai Şuranın sədri Günel Səfərova, İctimai Şuranın üzvü Pərvanə Məmmədova və Tədqiqat və innovasiya sektorunun müdiri Vüsalə Əliyeva iştirak etmişdir.
Qafqazaz.com xəbər verir ki, görüşün əsas məqsədi məktəbin şagird kollektivi və onların dərs prosseslərinin gedişatı ilə yaxından tanış olmaq, həmçinin məktəbdə həyata keçirilən “Xan Akademiyası Azərbayanca”layihəsinin mövcud təhsil prossesinin inkişafına olan təsirini yaxından izləmək olmuşdur.
Görüş iştirakçıları bilavasitə “Xan AkademiyasıAzərbaycanca” onlayn platforması əsasında həyata keçirilən dərs prossesini izləmiş, 100-dən çox ölkədə tətbiq edilən və həmçinin Azərbaycanda həyata keçirilən genişmiqyaslı təhsilin əldə edilməsinə imkan yaradan bu layihənin şagirdlər tərəfindən praktiki tətbiqi ilə tanış olmuşlar. Şagirdlərlə aparılan söhbət zamanı onların onlayn platformada yerləşdirilmiş dərsliklərə, videolara və mülahizələrə olan maraqları və həmçinin bu kimi innovativ təhsil layihəsinin şagirdlər üzərindəki müsbət nəticələri aydın duyulmuşdur.
Daha sonra görüşün təəssüratları lahiyənin müsbət cəhətləri və perspektivləri dəyirmi masa ətrafında müzakirəyə cəlb olunub. Başda 295 nömrəli məktəbin direktoru Dilarə Cəbrayılova olmaqla, İctimai Şuranın iştirakçı heyəti və məktəbin bir sıra müəllim və şagird kollektivinin də iştirak etdiyi bu müzakirədə 70-dən çox dilə tərcümə olunan bu layihənin Azərbaycan dilinə də tərcümə edilməsi və məktəblərdə tətbiq edilməsi prossesinin təhsilimizin inkişafına olan müsbət təsirləri diqqət mərkəzində saxlanılıb.
Məktəbin direktoru Dilarə Cəbrəyılova çıxışı zamanı qeyd edib ki, “Xan Akademiyası Azərbaycanca” onlayn öyrənmə platforması məktəbdə həyata keçirildiyi ilk gündən şagirdlərin marağına səbəb olub. O həmçinin vurğulayıb ki, həftədə iki dəfə həyata keçirilməsinə baxmayaraq bu layihə şagirdlərdə öyrənmənin yeni üsuluna olan marağını artırmaqla bərabər, onların məktəbə olan davamiyyətlərinə də öz təsirini göstərməyi bacarıb. Qısa zaman çərçivəsində məktəbin müəllim və şagird kollektivi tərəfindən maraqla qarşılanan və daha keyfiyyətli biliyin əldə edilməsini təmin edən bu layihənin öz məktəblərində tətbiq edilməsi ilə şagirdlərin fəaliyyətində izlədikləri inkişafı önə sürən Dilarə xanım çıxışını son olaraq bu cümlə ilə bitirmişdir: “Ağıllı cihazlar vasitəsi ilə riyazi biliklərin əldə edilib və möhkəmlənməsini təmin edən bu layihənin şagirdlərdə doğurduğu müsbət nəticəni nəzərə alaraq yaxın gələcəkdə bir sıra digər fənlərin də bu layihə çərçivəsində tətbiqinin təhsilə verəcəyi töhfələri öncədən duymaq mümkündür.”