21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sabirabad sakinləri “Açıq mikrofon”a danışdılar-FOTO

Sabirabad sakinləri “Açıq mikrofon”a danışdılar-FOTO

SOCAR “Azəriqaz” İB-nin Salyan RQİİ-nin rəhbər şəxsləri bu dəfə Sabirabad sakinlərinin müraciətlərini dinləyərək qeydə alıblar. Söhbət Sabirabadda keçirilən “Açıq mikrofon” aksiyasından gedir. 20-yə yaxın müraciətin ünvanlandığı görüşdə müxtəlif yönümlü məsələlər ətrafında müzakirələr aparılıb.

Qanunla.Az xəbər verir ki, “Səyyar qəbul otağı”nda səslənən müraciətlərə gəlincə bunlar qaz sayğacının yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və fərdi yaşayış evlərinin qazlaşdırılması kimi məsələlərə aid olub. Sonuncu istəklə bağlı müraciət ünvanlayanlara məlumat verilib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə qaz xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

image-af848814-cde9-4b3d-88b3-d516510cc685image-1bd30c85-9379-4542-9955-aba8350d7073image-45460870-5885-42dd-8ccd-f860c194484bimage-66fcd536-1c84-4961-bbda-02d60dc12984

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın