Lerikin 4 kəndini birləşdirən eyni müraciət “Açıq mikrofon”da ünvanlandı-FOTO
Lerikin 4 kəndini birləşdirən eyni müraciət “Açıq mikrofon”da ünvanlandı.
Qanunla.Az xəbər verir ki, “Səyyar qəbul otağı” həftənin ilk iş günü Lerik rayonunda sakinlərin ixtiyarında olub. Aksiyada 20-yə yaxın müraciət ünvanlanıb. Bunlardan 15-i eyni xarakter daşıyıb. Daha dəqiq desək, Brkandul, Girdəsər, Nuda və Şivlə sakinləri yaşadıqları kəndlərin qazlaşdırılmasını xahiş ediblər. Bundan başqa Həbulla Vəliyev müraciətində qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Görüşdə səsləndirilən hər bir müraciət Lənkaran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb.
Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın