21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır

Hazırda “yaşıl enerji”yə sürətli transformasiya dünyanın əsas trendlərindən birinə çevrilib, desək, yanılmarıq. Xüsusilə dəyişən və gərginləşən geosiyasi reallıqlar enerji keçidinin aktuallığını artırıb. Qlobal səviyyədə bu sahədə qarşıya qoyulan hədəflər kifayət qədər böyükdür. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya yönəldiləcək. Proqnozlara görə, alternativ mənbələrdən enerji istehsalı qarşıdakı illərdə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizinin bərpaolunan enerji mənbələrinin payına düşəcəyi ehtimal edilir. Günəş və külək enerjisinin daha çox artımı gözlənilir.

Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalında hələlik dünya liderliyi Çinə məxsusdur. Bu ölkə son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə artımın 40 faizi Çinin payına düşəcək. Çini fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, bu ölkə enerji transformasiyasında yeni texnologiyaların  tətbiqini daim diqqət mərkəzində saxlayır. O cümlədən bu ölkədə günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən günəş stansiyalarının əsas işçi elementinin hazırlanması üçün yüksək səmərəliliyə malik texnologiyalar hazırlanaraq uğurla tətbiq edilir. Belə fotoelementlər əsasında yaradılan stansiyaların tutduğu ərazi 1 MVt üçün 2 hektar təşkil edir. Dünyanın inkişaf etmiş ölkələrində fotoelementlərin sahə tutumlarının azaldılması istiqamətində geniş elmi tədqiqat işləri aparılır. Qeyd edək ki, Çin il ərzində 1 kv.metr yer səthinə düşən günəş enerjisinin miqdarına görə dünya üzrə ən yüksək göstəricilərdən birinə malikdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın