21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində keçirilib-FOTO

Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində keçirilib-FOTO

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Mingəçevir şəhərində görüşü baş tutub.

Qanunla.Az xəbər verir ki,tədbirdə ilk olaraq Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev çıxış edərək aksiyanın məqsəd və məramı haqqında ətraflı məlumat verib. Ardınca KOBİA nümayəndəsi mikrofon önünə keçərək sahibkarların üzləşdiyi problemlərin həlli istiqamətində yardım göstərməyə hazır olduqlarını vurğulayıb. Aksiyada sahibkarlarla yanaşı, sakinlər də müraciətlərini ünvanlayıblar. Sahibkarlar debitor borcun araşdırılmasını sakinlər isə fərdi yaşayış evləri ilə yanaşı, xeyir-şər evinin qazlaşdırılmasını istəyiblər.

Görüşdə səslənən təklif və problemlər yerindəcə aydınlaşdırılaraq müvafiq qərarların verilməsi üçün aidiyyəti üzrə yönləndirilib.

image-96f08801-f564-47b0-a7a4-22cb1528a0adimage-0b78d895-2ace-420f-a236-a3e2b2e24bd6image-fd622bf2-1671-447e-842f-a8261562e463image-01c1767a-c230-4780-946a-6ebd3290543eimage-4ed64737-69a5-436d-9ea6-311895febe90

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın