22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu

Mingəçevir şəhəri Azərbaycanın əsas elektroenergetika mərkəzidir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası ölkəmizin elektrik enerjisinə olan ehtiyacının böyük bir hissəsini ödəyir. Bu stansiyanın təməli 1976-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.2400 meqavat gücündə olan bu stansiya, hətta müstəqilliyimizin ən ağır illərində belə ölkəmizi elektrik enerjisi ilə təmin etmişdir. Həmin illərdən bəri elektrik stansiyasında çoxlu bərpa-yenidənqurma işləri görülmüşdür. Xüsusən müharibə şəraitində yaşayan bir ölkə kimi, rəqib ölkələrinin Mingəçevir Su Elektrik Stansiyasınun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu bilmələrini nəzərə alaraq ən əsası elektrik stansiyası təhlükəsizlik sisteminə diqqət yetirilmişdir. Mingəçevir Su Elektrik Stansiyasında təhlükəsizliyin təmin edilməsi strateji məsələ kimi daim diqqətdə saxlanılır, anbarın kənar müdaxilələrdən qorunması üçün müasir avadanlıqlardan istifadə edilərək mükəmməl təhlükəsizlik sistemi qurulmuşdur. Bu su anbarının inşasında mövcud təhlükələr nəzərə alınıb. Azərbaycan bu gün istənilən istiqamətdə potensial təcavüzkara ciddi zərər vurmağa qadir olan kifayət qədər mükəmməl hava hücumundan müdafiə sisteminə malikdir. Ermənistan tərəfinin ehtimal olunan müharibə zamanı Mingəçevir su anbarına zərbə endirilməsi ilə bağlı səsləndirdiyi bəyanatlar isə əslində boş sözlərdən başqa bir şey deyildi. Çünki Ermənistan dövləti bilirdi ki, əks-təqdirdə Azərbaycan dövləti onların istənilən daxili obyektlərini yerlə-yeksan etmək gücünə malikdir.

Ancaq İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlub olan Ermənistan hökuməti bunun əvəzini çirkin əməlləri ilə çıxmaq istəyirdi. Ölkə daxilinə uzaqmənzilli raketlər ataraq bir çox evlərin dağıdılmasına, neçə – neçə günahsız dinc əhalinin həlak olmasına səbəb oldu. Hətta dəfələrlə uzaqmənzilli raketlər ilə Mingəçevir Su Elektrik stansiyasını hədəfə almışlar, lakin bu raketlərin çoxu havadan müdafiə qurğuları vasitəsilə məhv edilmiş, bir neçəsi isə hədəfə dəyməmişdir.

Ermənistan Azərbaycan dövlətinin hərtərəfli gücünə şahid oldu. Və dövlətimiz yalnız və yalnız inkişafa doğru addımlar atır.

Aydan Vahidli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın