Laçın-Xankəndi yolunda hər hansı bir blokadadan söhbət gedə bilməz
Laçın-Xankəndi yolunda hər hansı bir blokadadan söhbət gedə bilməz
Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı, yerüstü sərvətlərini barbarcasına talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib. Bu şirkətlər həm Ermənistana, həm də digər xarici ölkələrə məxsusdur. 30 illik işğal dövründə Ermənistanın və ona havadarlıq ölkələrin çox sayda şirkətıəri tərəfindən Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Azərbaycan Baş Prokurorluğunun hələ 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən “Vallex Group”, “Base Metals”, ACP, Lerna Metalurgiayi İnstitute, “Teghout” və digər şirkətlər, o cümlədən, Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak ediblər. Bu səbəbdən Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə və həmin ərazilərmizdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmamasına etiraz olaraq 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayaraq bu günüdək Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların dinc etiraz nümayişləri davam edir.
Beynəlxalq Qızıl Xaç Komitəsi bu dövr ərzində Laçın yolunda aidiyyəti qurumların hər biri ilə razılaşdırılaraq neytral humanitar vasitəçi kimi əməliyyatlar həyata keçirir. “Tərəflərlə apardığımız bu açıq və şəffaf dialoq ehtiyacı olan insanların köməyinə yetişməyimizə imkan verir”. Beynəlxalq Qızıl Xaç Komitəsinin bu açqlama bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün Laçın yolunda heç bir məhdudiyyət yoxdur. Xarici media aksiya həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda davam edir. Bildirilir ki, sülhməramlılara məxsus nəqliyyat vasitələrinin aksiya ərazisindən heç bir maneə olmadan hərəkət etmələri aksiyanın məramını bir daha açıq-aşkar göstərir. Azərbaycanlı ekofəallar ilk gündən olduğu kimi, humanist prinsiplərə sadiqdirlər. Ekoetirazçılar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirirlər ki, tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Ermənistan mətbuatında yayılan və etirazçıların, guya, Laçın–Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşıdır.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri