Nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil
Nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil
Fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində ölkə başçımız bir daha bildirdi ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. “Sərhədlərdə həm sərhəd keçid məntəqələri, həm də gömrük yoxlama məntəqələri yaradılır. Söhbət Laçın yolundan gedirsə, əgər burada da nəzarət-buraxılış məntəqəsi yaradlrasa, buradan Xankəndiyə kimin gəlib-getdiyini və Azərbaycanın milli maraqlarına zidd, düşmənçilik xarakteri daşıyan hərəkətlərin baş verməsini bir növ filtirləmək, yəni təmizləmək olacaq. Bu, çox vacibdir. Və zənnimcə, Azərbaycan buna nail ola biləcək. Ermənistan bunu müqavimətlə qarşılayır. Müxtəlif əsası olmayan fikirlər söyləyir. Ermənilər deyirdilər ki, əgər Zəngəzur dəhlizi və ya yolu çəkilsə, o yolda gömrük-sərhəd buraxılış məntəqələri düzəldəcəyik. O zaman da Azərbaycan Prezidenti cənab İlham Əliyev söyləmişdi ki, eyni şeylər Laçın yolunda da tətbiq edilməlidir. İndi Azərbaycan bu istiqamətdə hərəkətlər edir. Münxen Təhlükəsizlik Konfransında da bu məsələ qaldırııldı. Üstəlik 44 günlük müharibənin sonunda qəbul edilmiş üçtərəfli müqavilədə də buna bənzər müddəalar öz əksini tapmışdır.
Prezident cənab İlham Əliyev Almaniyanın Münhen şəhərində yerli televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizinin həm ABŞ, həm də Avropada məntiqli qəbul edildiyini bildirib. Dövlət başçısı dəhlizin hər iki tərəfində nəzarət-buraxılış məntəqələrinin olmasının Ermənistan və Azərbaycan arasındakı əlaqələrin normallaşmasında önəmli amil olduğunu vurğulayıb.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi: Rəşad İsmayılov