22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir

“Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir

“Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.”

Bu günün prizmasından baxsaq, soyuq müharibə dövründə mənafelərin toqquşması epopeyası, bəlkə də, dramatik bir epizod kimi görünür. Əslində isə soyuq müharibə iki fövqəldövlətin dünya ağalığı uğrunda qorxunc və təhlükəli savaş hazırlığının məntiqi sonluğu, real mənzərəsi idi. Geostrateji maraqların toqquşduğu məkanda SSRİ Qərb üçün, demokratiya və azadlıq üçün şər imperiyası, qorxunc təhlükə mənbəyi kimi təqdim olunurdu.

Sovet imperiyasının süqutu transatlantik məkan qarşısında yeni vəzifələr qoyduğu kimi, postsovet məkanında da geosiyasi reallıqları dəyişdirdi, yeni yaranmış gənc, müstəqil dövlətləri gələcək inkişaf yolunu seçməyə, qlobal prioritetləri müəyyənləşdirməyə sövq etmişdir. İstiqlaliyyət yeni tarixi mərhələ açdı, müttəfiq respublikalar siyasi, iqtisadi və sosial struktura malik müstəqil dövlət qurmaq, daxili və xarici siyasət xəttini müəyyənləşdirmək imkanı qazanmışdılar. Təəssüf ki, 1991 – 1992-ci illərdə Azərbaycanın xarici siyasət xətti qeyri-sabit oldu, müxtəlif səhvlərə yol verildi, geosiyasi tərəfdaş axtarışı, dövlətin xarici siyasət fəaliyyətinin əsas istiqamətləri düzgün müəyyənləşdirilməl idi. Separatizm meyillərinin qarşısının alınmaması, torpaqlarımızın bir qisminin işğalı, siyasi, sosial, iqtisadi və hərbi böhranın dərinləşməsi, xaos və anarxiya mühiti dövlətçilik maraqlarına ağır zərbə vurdu, ölkənin demokratik, hüquqi, dünyəvi dövlətə transformasiyası, bazar iqtisadi münasibətlərinə keçidi real təhlükə ilə üzləşdi. Xalqımız üçün yeganə xilaskar, alternativsiz lider Heydər Əliyev idi. Xalq çevik təşkilatçı, zamanın nəbzini tutan müdrik rəhbər Heydər Əliyevə inanır və güvənirdi. Xalq ona  ləyaqətlə, sədaqətlə, vicdanla xidmətin parlaq nümunəsini yaratmış bu böyük dövlət xadiminə sonsuz ümidlə baxırdı. Xalq əsrlər boyu həsrətində olduğu müstəqilliyi qoruyub saxlamağa çalışır, xaos mühitindən sabitlik dövrünə, tənəzzül girdabından tərəqqi mərhələsinə keçmək üçün yollar axtarırdı. Böyük Öndər xalqın tükənməz məhəbbətini, etibarını və inamını ona fədakarlıqla xidmət etməklə qazanmışdı. Heydər Əliyev sovet dövlətinin rəhbərliyindən istefa verdikdən sonra da öz millətinin haqq səsini ucaltmaqdan çəkinməmişdi. 1990-cı ildə Qanlı Yanvar günlərində Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedən Ulu Öndər sovet imperiyasının rəhbərliyini Kremlin bir addımlığında kəskin ittiham etmişdi. Xalq bu böyük şəxsiyyətin xidmətlərini bilir, yüksək dəyərləndirir və ona ehtiram bəsləyirdi. Sonrakı hadisələr göstərdi ki, xalq tarixi inkişafın gedişinə önəmli təsir gücünə malik olan fenomen siyasi liderə – Heydər Əliyevə inamında yanılmamışdır. Heydər Əliyevin özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edəcəyinə xalqın inamı diqqətəlayiq müdriklik nümunəsi idi. “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda ulu öndər bəyan etdi ki, bu mürəkkəb və çətin şəraitdə əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbnova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın