Bu, xəyanət deyil, bəs nədir?
Bu, xəyanət deyil, bəs nədir?
Azərbaycanın gündən-günə artan qüdrəti, beynəlxalq nüfuzu, praqmatik və müstəqil siyasəti, problemlərini təkbaşına və rasional qaydada həll etməsi bir sıra xarici anti-Azərbaycan dairələrdə, onların ölkəmizdəki əl altılarında, daha dəqiq desək, “beşinci kolon”da ciddi narahatlıq yaradır. Məhz elə buna görədir ki, onlar hər fürsət düşəndə ölkə daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət və hakimiyyət əleyhinə çağırışlar etməyə, “vətənpərvərlik” donuna bürünərək “timsah göz yaşı” axıtmaqla cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər. Biz bunu özünə real müxalifət deyən, əslində isə çoxdan tarixin zibilliyinə atılmış radikal, dağıdıcı antimilli ünsürlər, anti-Azərbaycan qüvvələrin nökərləri olan AXCP-nin sədri Əli Kərimlinin və onun ətrafının həm 44 günlük Vətən müharibəsi dönəmində, həm də bu günlərdə Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlıqla və misilsiz qəhrəmanlıqla həyata keçirdiyi parlaq qələbə hərbi əməliyyatından sonra xain əməllərində gördük.
Əvvəllər bu xəyanət simvolları özlərinin antimilli əməllərini nisbətən, necə deyərlər, kamuflyajlı formada davam etdirirdilərsə, bu dəfə artıq açıq şəkildə ermənilərə “vəkillik” etmələri, hətta utanıb-qızarmadan Azərbaycanı təcavüzdə suçlamaları ilə özlərinin əsl simasızlıqlarını ortaya qoydular. Təsəvvür edin ki, hər fürsətdə özlərini millətçi, demokrat, vətənpərvər adlandıran bu antimilli ünsürlər iddia edirlər ki, guya Azərbaycan Ermənistanın suveren ərazilərinə hərbi təcavüz edib. Təsəvvürə gətirmək belə çətindir ki, adını azərbaycanlı qoyasan, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olasan və belə bir sərsəm fikir səsləndirəsən. Bu, xəyanət deyil, bəs nədir? Yeri gəldi, gəlmədi xalq, millət, torpaq, Vətən deyib bağıran Əli Kərimli görün nə deyir: “Azərbaycan geri çəkilsin və Paşinyan da hakimiyyətdə qalsın”. Belə bir anormal, xəstə təfəkkürün məhsulu olan fikir səsləndirən Əli Kərimli əslində bu absurd sərsəmləmələri ilə özünün əsl simasızlığını ortaya qoyur.
Yaxud da ki, Müsavat başqanı Arif Hacılının dediklərinə fikir verin. “Azərbaycana strateji yüksəkliklər nə üçün lazımdır”. Bax, siz dövləti belə idarə etdiyiniz üçün 1992-1993-cü illərdə Azərbaycana bu gün də ağrısını çəkdiyimiz problemlər yaşatmısınız. Azərbaycan dövlətinə və xalqına elə zərbələr vurmusunuz ki, hələ də yeri göynəyir.
Cavid Nuriyev- Zərdab şəhər sakini, fəal gənc