Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq
Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq
2023-cü ilin 2 mart tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə də gündəmə gətirilən məsələlərdən biri Fransanın neokolonializm siyasətidir. Prezident, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. II Dünya müharibəsindən sonra Qəmərdə müsəlmanların azadlıq mübarizəsi güclənir və hətta, onlar siyasi məsələrdə yardım etməsi üçün Tanzaniyada təşkilatlar da qururlar. Fransa təzyiq və təqibləri gücləndirir, onlarla insanı zindanlara atır, edam etdirir və ya öncül fikirlilər itkin düşürlər. Amma bununla heç nəyə nail olmayan Fransa 1974-cü ildə adaların gələcəyinə dair referendum keçirməyə razılıq verir. Ancaq Fransa Mayotu yeni də əlindən vermir, bu ada xaric qalan adaların əhalisinə müstəqillik verir. Fransa 1 yanvar 1976-cı ildə Mayot adası xaric, Qəmər Adaları dövlətinin müstəqilliyini qəbul edir.
BMT Baş Assambleyasının 1994-cü il 6 dekabr tarixli qətnaməsində Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini bir daha təsdiqləyib. Fransa hökumətini Qəmər arxipelaqının 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumu ərəfəsində Qəmər adalarının ərazi bütövlüyünə hörmət edəcəyinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Yeni Kaledoniya 2019-cu ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Mayot adası üzərində Qəmər Adaları İttifaqının mübahisəsiz suverenliyini bir daha təsdiq edib, 2009-cu ilin 29 martında keçirilən referendumu və Mayotun Fransanın 101-ci departamentinə çevrilmə prosesini qınayaraq etibarsız sayıb. Eyni zamanda, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Fransa hökumətini qanunsuz olan, Qəmər adalarının əhalisinin Mayot adasına girişini ciddi şəkildə məhdudlaşdıran, çox sayda insan itkisinə və itkin düşmələrə səbəb olan ölüm vizası da adlandırılan “Balladur Visa”sını ləğv etməyə çağırıb. Göründüyü kimi, bu gün beynəlxalq təşkilatların qətnamələrinə, çağırışlarına baxmayaraq neokolonializm siyasətini davam etdirir. Bu utancverici səhifənin tamamilə qapadılması üçün dünya birliyi səylərini gücləndirməlidir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc