Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir
Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi Şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Azərbaycanda ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, mühüm qlobal enerji və kommunikasiya layihələri reallaşdırılıb, sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib. Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi də dövlətimizin başçısının uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya prioritet vəzifə kimi qoyulub. Hazırda ölkəmizin əsas inkişaf prioritetlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, həyat şəraitinin yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin yeni sosial paket olaraq təqdim olunan sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Məhz bu uğurlu daxili siyasətin nəticəsində ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya, dünya arenasında sayılıb-seçilən mövqeyə sahibdir.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc