22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir

Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir

Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmişdir. Novruzun milli taleyimizdəki yerini, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Ancaq mənfur erməni işğalçıları öz xəstə ruhlarına uyğun olaraq ötən 30 il ərzində bütün işğal olunmuş ərazilərimizdə olduğu kimi qədim Şuşa şəhərində də erməniləşdirmə, tarixi-mədəni təmizləmə siyasəti yürütməyə çalışırdılar. Ancaq 2020-ci ilin 8 noyabrındakı möhtəşəm qələbə ilə Azərbaycan xalqının tarixinə son üç əsrdə ilk dəfə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə tarixi Zəfər gününü həkk edən şanlı Azərbaycan Ordusu və Azərbaycan dövləti düşmənə öz yerini bir daha göstərdi. Artıq alqımız üçüncü ildir ki, Novruzu daha fərqli qeyd edir. Heç olmadığı kimi fərqli. Nəhayət, 30 ildən sonra Azərbaycan xalqının Novruz hədiyyəsi doğma Qarabağımızdır. Bu hədiyyəni, bu sonsuz sevinci isə Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident cənab İlham Əliyevin rəhbəri olduğu Azərbaycanın zəfər çalan yenilməz ordusu, dünya siyasi masasında öz arqumentləri ilə bütün oyunçulara haqq mövqeyimizi qəbul etdirməyi bacaran üstün Azərbaycan diplomatiyası və cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşən mətin və həmrəy Azərbaycan xalqının özüdür.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın