21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır

Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır

Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur cənnət məkana çevrilir. Mart ayının 18-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının böyük rəmzi mənası var. Cənab Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident cənab İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı bildirilərək, belə bir əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan torpaqlarımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.

Şanlı Zəfərimizdən sonra Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü daha da yaxınlaşdırır. Erməni tapdağından 2020-ci il oktyabrın 3-də azad edilən Talış kəndində qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işləri göz önündədir. Kənddə fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə tanışlıq zamanı dövlətimizin başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Bu kəndə ümumilikdə 180-ə yaxın ailənin qayıtması nəzərdə tutulub.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın