Milli həmrəylik
Milli həmrəylik.
Artıq bir neçə ildir ki, başqa millətlər önündə sıxılmadan, alnı açıq, başı uca bayram keçiririk. Qazandığımız şanlı qələbə bizi 30 ildə itirdiyimiz, həsrətində olduğumuz doğma yurdlarımıza, torpaqlarımıza qovuşdurdu. Qələbəmiz isə milli birlik, özünə güvən, əzmkarlığımız, milli həmrəyliyimizin sayəsində mümkün oldu.
Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Liderinin bu mövqeyini görən hər bir Azərbaycan vətəndaşı siyasi əqidəsindən, statusundan, vəzifəsindən asılı olmayaraq milli həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında sıx birləşdi. Xalqı qalib ölkənin rəhbəri olaraq Novruz bayramı münasibətilə təbrik edən Prezident cənab İlham Əliyev şəhidlər canı, qanı bahasına azad olunmuş torpaqlarımızda aparılan abadlıq, quruculuq işləri nəticəsində gələcəkdə bu yerlərin daha da canlanacağını, əhalinin bu yerlərə qayıdışı nəticəsində burada yeni bir həyatın başlanacağını sevinclə qeyd etmişdir.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə də xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Bu dəyərlər üzərində müəyyənləşən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür. Prezident cənab İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün «Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir». Bu interqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli kimliyini qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu azərbaycançılıq fəlsəfəsi təmin edir: «Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər».
Sevindirici haldır ki, Novruz bayramı işğaldan azad olunan rayonlarda da qeyd olunur. Bu, Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Artıq Cənab Prezident həm Ümummilli Lider Heydər Əliyevin arzularını, həm də öz vədini reallığa çevirib. Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramının xalqımıza Qarabağda qeyd olunması nəsib olub. Artıq üç ildir ki, Prezident cənab İlham Əliyev Novruz bayramını işğaldan azad olunmuş rayonlarda edir.
Cənab Prezidentin Novruz bayramını doğma Qarabağ diyarında qeyd etməsi artıq ənənəyə çevrilib. Bu il isə dövlətimizin başçısı martın 18-də Tərtər rayonunun Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq.
Prezident cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətini hər bir vətənpərvər azərbaycanlı qürurla dinlədi.
Artıq üçüncü ildir ki, xalqımız Novruz bayramını doğma Qarabağda qeyd edir. Bu böyük xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq. Qəhrəman övladlarımızın canı-qanı bahasına və xalqımızın yumruq kimi birləşməsi sayəsində biz doğma torpaqlarımıza qayıtdıq. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
Lakin belə görünür ki, Ermənistan İkinci Qarabağ müharibəsindən ibrət dərsi almayıb. Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırırlar. Ermənistan rəhbərliyi və Ermənistanın arxasında dayanan bəzi ölkələr də bilməlidirlər ki, Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz və çirkin əməllərindən əl çəkməlidirlər.
Prezident cənab İlham Əliyev xalqa müraciətində bir daha bəyan etdi ki, əgər kimsə fikirləşirsə ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.
Bu gün bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır. Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb, gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.
Cənab Prezident birgəyaşayışın şərtini bir daha bəyan edərək bildirdi ki, Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə
Bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur cənnət məkana çevrilir. Mart ayının 18-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının böyük rəmzi mənası var. Möhtərəm Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da bütün sahələr və istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.
Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident cənab İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı bildirilərək, belə bir əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan torpaqlarımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Talış kəndi 2020-ci il oktyabrın 3-də
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Cıdır düzündə alovlandırıb. 2022-ci ildə Novruz tonqalı Suqovuşanda və bu dəfə – 2023-cü ildə Talışda qalanır. Strateji təyinatlı Suqovuşan və Talış istiqamətindəki Tərtər döyüşləri, o cümlədən hərbi dərsliklərdə öyrənilən Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll etməklə tarixi Zəfəri şəkilləndirib. Vətən müharibəsindən ötən iki il yarımlıq dövrdə Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Artıq Talış sakinlərinin doğma yurd yerlərinə qayıdışı başlayıb. Bu, Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycandır.
Dövlətimizin başçısı Tərtər rayonunun Talış kəndində olarkən İkinci Qarabağ müharibəsi dövründə bu istiqamətdə hərbi əməliyyatın böyük strateji əhəmiyyətini vurğulayıb: “Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik. İkinci Qarabağ müharibəsi dövründə o hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi. Çünki biz öz azadlıq savaşımızı müxtəlif istiqamətlərdə aparırdıq, o cümlədən bu istiqamətdə. Ona görə bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi”.
2020-ci il Vətən müharibəsində ən ağır döyüşlər məhz Suqovuşan və Talış istiqamətində baş verib. Müharibədən əvvəl azərbaycanlıların yaşadığı Tapqaraqoyunlu, Qaşaltı, hətta Naftalan yaşayış məntəqələri daim ermənilərin Talış kəndi istiqamətindən artilleriya zərbələrinə məruz qalırdı. Bu baxımdan müharibənin elə ilk illərində Azərbaycan Ordusu 2016-ci ilin aprel döyüşlərinin davamı olaraq Talış istiqamətində mühüm məntəqələri azad etdi. Talış ümumiyyətlə Ermənistan ordusunun həmin istiqamətdəki qüvvələrinin əsas dayaq məntəqələrindən biri idi. Bu ərazi Suqovuşan, Ağdərə və Sərsəng su anbarına çıxış üçün vacib hesab edilirdi. Döyüşlərin başladığı ilk günlərdə Murov zirvəsinin, ardınca Talış və Suqovuşan yaşayış məntəqələrinin azad olunması, ordumuzun Suqovuşan qəsəbəsi və Ağdərə şəhərinə hərbi əməliyyatlarının istiqamətini genişləndirdi. Çünki müharibənin getdiyi şimal cəbhəsində qüvvələrimizin əsas problemi bu yüksəkliklərlə bağlı idi. Talış və Suqovuşan istiqamətində bu yüksəkliklər ermənilərin nəzarətində idi. Talışın azad olunması ilə azərbaycanlıların yaşadığı Qaşaltı, Tapqaraqoyunlu və Naftalan bölgələri atəş zərbələrindən xilas oldu. Bundan sonra Azərbaycan Ordusu Suqovuşan istiqamətinə çıxış əldə etdi. Onun geri qaytarılması və ərazidəki su anbarı Tərtər və digər yaxın rayonların su təminatı üçün böyük strateji əhəmiyyət daşıyırdı.
Azərbaycan Prezidenti Talış kəndindəki çıxışında Ermənistana qarşı dəqiq tələblər irəli sürdü. Bu qarşı tərəf üçün öz mövqelərində, siyasi addımlarında dəyişikliklər etmək üçün konkret istiqamət olacaq. Ermənistanın bundan sonra başqa variantlar axtarmasına imkan verilməyəcək. İnanıram ki, Ermənistan öhdəliklərini anlayaraq prosesin gecikməsinin qarşısını alacaq addımlar atacaq.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq.
Şanlı Zəfərimizdən sonra Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü daha da yaxınlaşdırır. Erməni tapdağından 2020-ci il oktyabrın 3-də azad edilən Talış kəndində qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işləri göz önündədir. Kənddə fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə tanışlıq zamanı dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Bu kəndə ümumilikdə 180-ə yaxın ailənin qayıtması nəzərdə tutulub.
Dövlətimizin başçısı 2021-ci ildə Novruz tonqalını işğaldan azad edilmiş Şuşada, ötən il Suqovuşan qəsəbəsində, bu il isə Talış kəndində alovlandırdı. Bu, xalqımız üçün böyük xoşbəxtlikdir. Xalqımız bu sevincli anları 30 illik işğal dövründə səbirsizliklə gözlədi və bu unudulmaz anları yaşayacağına əmin idi.
Prezident cənab İlham Əliyevin Talış kəndinə səfəri zamanı xalqa müraciəti Ermənistana və ona havadarlıq edən ölkələrə mesajlarla zəngindir. Bu günümüzün əsas çağırışı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Onlar yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Əgər sülh müqaviləsi Ermənistana lazım deyilsə, bizə də lazım deyil.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
Qələbəmizin şüarı.
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür.
Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu Öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı. İctimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Ulu Öndər xalqda milli heysiyyəti gücləndirdi, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. Xalqımız keçmişin ağır buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı.
Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına da müstəsna diqqət yetirdi. Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil edən bu dəyərləri xüsusi qiymətləndirdi, daim diqqət mərkəzində saxladı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Torpaqlarımız işğaldan azad olundu vaxtdan cənab Prezident hər il Novruz Bayramını həmin ərazilərdə qeyd edir. Cənab Prezident bu il Novruz Bayramını Talış kəndində qeyd edərkən xalqa müraciətində onu da vurğuladı ki, yeni reallıqları hər kəs qəbul etməlidir. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır.
Bu gün Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaqla qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik:
“Qarabağ Azərbaycandır!”
Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov
Ermənistan rəhbərliyi çirkin əməllərdən çəkinməlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Talış kəndində yerli əhali ilə görüşü, orada Ermənistana yönələn səsləndirdiyi konkret fikirlər əslində Azərbaycan xalqının gözlədiyi və istədiyi mövqe idi. Azərbaycan xalqı öz dövlətinin arxasında və Prezidentin yanında olduğuna görə, bu məsələlərin də tez zamanda həllini tapacağına inanır. Prezidentin Talış kəndində səsləndirdiyi fikirlərdə əsas xətt Ermənistanın qısa zamanda konstruktiv mövqe nümayiş etdirməyə çağırış idi. Həmçinin Ermənistana növbəti dəfə xəbərdarlıq idi ki, əgər qonşu ölkə öz hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmasa və təxribatları davam etdirərsə, eləcə də üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməsə, Azərbaycan növbəti dəfə Ermənistana olduqca ağır zərbə vura bilər. Ermənistanın hərbi-siyasi rəhbərliyi və ona dəstək verən, arxasında dayanan dövlətlər anlamalıdırlar ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi dəqiqdir və heç bir halda güzəştə getmək niyyətində deyil.
Azərbaycan Prezidenti Talış kəndindəki müraciətində növbəti dəfə Ermənistanın məğlub ölkə olduğunu xatırladaraq, onun üzərinə düşən öhdəliyi icra etməyə çağırdı: bu, Ermənistan üçün sonuncu xəbərdarlıqdır. Bundan sonraki dövrdə Azərbaycan Qarabağdaki erməni silahlı birləşmələrin tərksilah edilməsi, onların təminat-təchizat yollarının bağlanılması, yəni Laçın yoluna nəzarəti öz üzərinə götürməsi üçün lazimi tədbirləri görəcək. Bu məsələdə bəzi ölkələrin Ermənistanın mövqeyindən çıxış etməsinə baxmayaraq, Azərbaycan növbəti dəfə siyasi iradə nümayiş etdirərək dövlətimizin müstəqilliyinə və ərazi bütövlüyünə yönələn fəaliyyətlərin qarşısını qətiyyətlə alacaq.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Ermənistan ordusunda 11 min fərari olmuşdur.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi. Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq. Bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini, vəhdətini, qüdrətini gördü. Bir daha düşmən və onun havadarları anladı ki, bu dövlətin və millətin iradəsini qırmaq mümkün deyil. Azərbaycanlılar üçün Vətən, torpaq anlaşıyı ən müqəddəs məfhumdur, bu yolda canını fəda etməyə hazır olan milyonlarla qeyrətli oğul və qızlarımız var. Bu sevinci və xoşbəxtliyi bizlərə yaşadan, qürurumuzu özümüzə qaytaran, qisasımızı alan torpaqlarımızı qanı və canı ilə azad edən şəhidlərimizi hər zaman ehtiramla və minnətdarlıqla anmalıyıq, yad etməliyik. Bir sözlə, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ali Baş Komandanın müəllifi olduğu “Dəmir Yumruq” ifadəsi xalqımızın birliyini və gücünü nümayiş etdirərək milli həmrəylik simvoluna çevrildi. Azərbaycan gəncləri dəmir yumruq kimi birlik göstərərək on minlərlə insanın orduya könüllü yazıldığı anlarda, Ermənistan ordusunda on bir mindən çox fərarinin olması bir daha göstərir ki, təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.
Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva