21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bütün bərpa və quruculuq işləri plan üzrə gedir

Bütün bərpa və quruculuq işləri plan üzrə gedir

Bütün bərpa və quruculuq işləri plan üzrə gedir

30 ildən sonra düşmən tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən tikinti-quruculuq işləri Böyük qayıdış planının icrasını reallaşdırdı. Zəngilanın Ağalı kəndinin sakinlərinin həsrətli günləri vüsala yetişdi. Bununa yanaşı, ölkə iqtisadiyyatı dayanıqlı inkişafını təmin etdi. Qarabağ və Şərqi Zəngəzurda həyat artıq bərpa edilib. Birinci layihə icra edilmiş və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu bir daha xalqımızın böyüklüyünü göstərir. Şuşa, eyni zamanda Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir.

Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb oldu. Ümumiyyətlə, ölkə başçımız İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmağı şərtləndirən əsas amil güclü iqtisadiyyatın olmasıdır. Azərbaycan artıq iqtisadi müstəqilliyini çoxdan təmin edib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliyə Rüstəmova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın