21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi

Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi

Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı edib. Prezident 30 il ərzində Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə uğurlu əməkdaşlığını dilə gətirməklə həm də onu bəyan etmiş oldu ki, Azərbaycan daim irəli gedir, münasibətlər sistemini qoruyur, xalqının rifahını düşünür. “Cənab prezidentin bütün yüksək tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırması Ermənistanı da, onun havadarlarını da hər dəfə bir az daha zəiflədir, acizləşdirir. 30 ildir Azərbaycanın səsini eşitmək istəməyən dövlətlər bu gün artıq hesablaşmaq məcburiyyətindədir. Artıq o dövlətlər də dərk etməyə başlayıblar ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan özünün sülh təklifi və dəvəti ilə də nə qədər güclü olduğunu dünyaya göstərmiş olur. Düzdür, daxildən də çox çalışdılar ki, bu gücümüzü sarsıtsınlar. Amma xalq olaraq bir yumruq kimi cənab prezidentin yanında birləşməyimiz o xain qüvvələri də sıradan çıxartdı. Azərbaycan prezidenti xalqına, xalq da prezidentinə arxalandı, güvəndi. Bax budur Azərbaycanın dəmir yumruğu. İndi bu yumruğun qarşısında nəinki Ermənistan, ölkəmizə qarşı diş qıcayan digər güclər də zəifdir”. “Bu gün 8 beynəlxalq aeroportumuz fəaliyyət göstərir. Onlardan ikisi son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Laçından söz düşmüşkən, orada aparılan inşaat işləri olduqca ürəkaçandır. Müasir Laçın çox gözəl olacaq. Yurd həsrətində olan insanlar böyük sevinclə köçə hazırdır. 30 oldə Ermənistan tərəfindən xarabalığa çevrilən torpaqlarımızı yenidən qurmaq təbii ki, böyük vəsait tələb edir. İşğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq işləri Azərbaycanın müstəqil iqtisadi gücünü bir daha dünyaya göstərmiş olur. Bu isə cənab prezidentin də dediyi kimi, Azərbycanın uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir”. İlham Əliyevin masada Paşinyanı yerində oturtması məqamına da diqqəti cəlb etdi. Ermənistan baş naziri özünün sərsəm iddiası ilə dünya qarşısında özünü bir daha gülünc vəziyyətə saldı. “Paşinyan “dəhliz” sözünün üzərində dayanaraq Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarında olduğunu dedi. Azərbaycan prezidenti isə bu absurd çıxışın qarşısında ona yaxşı dərs verdi. Dedi ki, – “Azərbaycanın bu cür iddiaları yoxdur və “dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”. Bu sözlərdən sonra dili topuq çalan Paşinyan yəqin ki, həmin görüşdən sonra gedib bir az “dəhliz”lə bağlı bilgilər öyrənəcək. Və ümid edirəm anlayacaq ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Cənab prezident özü də bəyan etdi ki, – “Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir”. Artıq Paşinyanın bu görüşdən və əsasən də Prezident İlham Əliyevin açıq şəkildə izahından sonra atacağı növbəti addımlar onun öz erməni təfəkkürünə qalıb”.

Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın