İnam heç vaxt qırılmamalıdır
İnam heç vaxt qırılmamalıdır.
Biz müstəqil dövlət, iradəli xalq olaraq bütün dünyaya göstərdik ki, inamla yaşamaq lazımdır. Bilirdik ki, torpaqlarımız öz sahiblərinə geri qayıdacaq. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Biz daim örnək dövlət, örnək xalq olmağa çalışmışıq. Həm ədalətimizlə, həm birliyimiz, həm qüvvəmizlə, ordumuzla, gücümüzlə. Amma, əlbəttə ki, bunlardan da ötə inamımız idi, ümidimiz idi. İman və ümid olan yerdə zəfər qaçınılmazdır.
Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. Səbirlə, inamla addımlayasan. Bizim zəfərimizin təməli inamımız idi. Bütün bunlar üçün dövlət siyasəti olmalıdır. Çünki heç nə hazır şəkildə əldə olunmur. Xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək əsas hədəfimizdir. Biz bu hədəf uğuruna addımlamışıq daim. Bu amal üçün yaşmışıq. Qoy işğaldan əziyyət çəkən digər xalqlar da görsün, onlara örnək olsun ki, ədalət bərpa olunmadan heç zaman son gəlməz. Çünki sonda hər zaman həqiqət qalib gəlir. Hər zaman zəfər ədalətin olur. Bəli, biz xoşbəxt xalqıq, xoşbəxt millətik, bizim bitməyən, tükənməyən, qığılcımdan alovlanan inamımız var. Bu o inamdır ki, bizi daim irəli apardı. Daim zirvəyə qaldırdı və o zirvədə saxladı. Bəlkə də, bir xalq üçün birlik, bərabərlik, mübarizlik və inam, ümid qədər dəyərli heç nə yoxdur.
Əfqan Nağıyev – Zərdab şəhər 4 nömrəli ümumi orta məktəbin direktor müavini
44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi.
İkinci Qarabağ müharibəsi, vətən müharibəsi, 44 günlük müharibə hətta “Dəmir Yumruq”əməliyyatı da adlanan bu müharibə atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüş olmuşdur. 2020-ci il 27 sentyabr tarixində Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq artilleriyalardan da istifadə etməklə Azərbaycan Respublikasının yaşayış məntəqələri daxil olmaqla sərhədlərini atəşə tutmuşdur. Azərbaycan Prezidentinin 28 sentyabr sərəncamı ilə ölkədə hərbi vəzyətə elan edilmişdir qismən səfərbərlik başlanılmışdır.
Elə ilk gündən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın bir neçə rayonu və strateji əhəmiyyətli əraziləri işğaldan azad edilmişdir. Rəşadətli ordumuz bir an bele geri çəkilməmiş, irəli inamla addımlayaraq hər gün yeni kənd, qəsəbə və şəhərləri düşmən tapdağından azad etmişdir. Onlar geri çəkilə də bilməzdilər, onların qanında mübariz qanı axırdı, onların qanında 1990-cı ilin 20 yanvarında tankların qabağına əli yalın çıxıb vətəni müdafiə edən qeyrətli oğulların qızların qanı axırdı.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atılmadı, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur
Bu qanlı döyüşlərdə vətənimiz 3200-dən çox şəhid vermişdi, vətən müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir. Şəhidlərimizin ruhu qarşısında hər zaman hörmətlə baş əyirik
Abuşova Şəbnəm – Zərdab peşə liseyinin Azərbaycan dili müəllimi