Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə
Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə
Bu gün Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Bu çox sevindirici və qürurverici haldır. İki ölkə arasında dostluq əlaqələrinin kökü vardır. Bu kökü isə hələ sovet dönəmindən öncə tarixən burada yaşayan yəhudi qardaş və bacıları olub. O vaxtdan da bu günə qədər bizim münasibətlər yalnız inkişaf edib.
Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.
İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim Dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Onların iki ölkə arasında döstluq əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük əməkləri vardır.
Bu günlərdə qurulan yeni münasibətlərimiz də çox yaxşı inkişaf edir. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açılıb, hazırda mühüm layihələr həyata keçirilir, iqtisadi münasibətlər inkişafdadır və hərbi texnologiyalarla münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə, kənd təsərrüfatında İsrailin böyük bir təcrübəsi var və o layihələr indi Azərbaycanda, həm də Qarabağda həyata keçirilir.
Bu və digər məsələlər may ayının 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla Azərbaycan Prezidenti cənab İlham Əliyevin təkbətək və geniştərkibli görüşləri zamanı müzakirə edilib. Qeyd edilib ki, iki xalq arasında çox sıx əlaqələr vardır. Azərbaycanda yaşayan yəhudilər ölkəmiz haqqında çox müsbət fikirlər ifadə edirlər. Onlar Bakını əsl sevənlərdəndir. Həmçinin Azərbaycana və Bakıya yüzlərlə mahnılar bəstələyib, bizim mədəniyyətimizi, qonaqpərvərliyimizi çox bəyənirlər. Münasibətlərimiz strateji münasibətlərdir. Biz strateji müttəfiqik və bir-birimizə beynəlxalq arenada dəstəyik.
Xüsusi olaraq qeyd edilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.
Astanov İlyas
Saatlı rayonu Nabatkənd kənd tam orta məktəbin coğrafiya müəllimi