22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Ulu Öndər Heydər Əliyev izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir.

Görkəmli dövlət хаdimi, siyаsi tаriхimizə qurucu və хilаskаr kimi dахil оlmuş ümummilli liderimiz Hеydər Əliyеv Аzərbаycаn хаlqının tаlеyində, оnun mənəvi, siyаsi və ictimаi həyаtındа misilsiz хidmətlər göstərən dаhi bir şəхsiyyətdir.

Dahi şəxsiyyət hələ 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra fəaliyyətini bütün varlığı ilə Azərbaycanın rifahı və gələcək inkişafı naminə daha intensiv şəkildə həyata keçirməyə başlayıb. Bu səbəbdəndir ki, onun hakimiyyəti dövründə Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Çünki ölkədə bütün sahələr diqqət mərkəzində saxlanılırdı. İstər mədəniyyət, istərsə də sənaye, kənd təsərrüfatı, şəhərsalmanın inkişafı bərabər şəkildə aparılırdı. Ümummilli liderimiz sovet dönəmində Azərbaycanın müstəqilliyini bərpa etmək üçün var gücü ilə çalışırdı.

Ulu öndər deyirdi: “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”.

Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Ümummilli lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. Ulu öndər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırıb və buna da nail olub. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Əsasını ulu öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi.

Heydər Əliyev sağlığında Azərbaycan xalqının ümummilli lideri hesab edilib və fiziki olaraq həyatdan köçdükdən sonra xalq ona olan sevgi və hörmətini hələ də saxlayır. O, hər bir azərbaycanlı üçün istedadlı ölkə başçısı, məqsədyönlü, hərtərəfli şəxsiyyət kimi qalıb. Onun ümummilli liderlik zirvəsini fəth etməyin kökündə ölkənin və xalqın ən ağır zamanlarda xilasedici missiyasını yerinə yetirərək, dövləti və milləti düzgün yola yönəltmək dayanır.

Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında gördüyü işlər çox böyükdür. Nə qədər nəsillər dəyişsə də, insanlar həmişə onun haqqında millətin atası, ümummilli lider, görkəmli şəxsiyyət, dahi azərbaycanlı kimi danışacaqlar.

Kəmalə Əliyeva – Zərdab rayon Qaravəlli kənd tam orta məktəbinin direktoru

 

 

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduqları xalqın, yaratdıqları dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan Respublikasının memarı, dahi rəhbər Heydər Əliyevin özünəməxsus yeri var.

Müasir müstəqil Azərbaycanın banisi Ümummilli lider Heydər Əliyev olub. Ümummilli lider zamana qalib gələn şəxsdir. Çünki adətən insanlar həyatını dəyişdikcə tədricən unudulurlar. Amma Ulu Öndər zamana qalib gələrək, əksinə, vaxt ötdükcə insanların yaddaşlarında daha möhkəm qalmağı bacarır. Onun adı gələndə gözümüzün qarşısında müdrik, zəngin təcrübəyə malik, dünya siyasətində seçilən şəxsiyyət canlanır. Ulu Öndər bütün dünyada tanınan şəxsiyyətlərdəndir. Ulu Öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub. Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq.

Hər bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. Ulu Öndər böyük məktəb, ensiklopediya idi. O, Azərbaycanla fəxr edirdi. Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi.  Dahi  şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqın məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir.

Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

Bu gün Ulu Öndərin məqsədyönlü siyasətini cənab Prezident İlham Əliyev layiqincə davam etdirir və müstəqil Azərbaycanın daha da güclənməsi istiqamətində mühüm işlər görür. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər qazanıb.

Ceyhun Ağayev – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 

Demokratik dəyərləri müdafiə edən ali qanunun müəllifi Ulu Öndər Heydər Əliyev.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın qəbul olunmuş ilk konstitusiyasıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də Ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

1993-cü ildən 1995-ci ilə kimi olan dövrdə ümummilli lider ölkədə siyasi sabitliyin bərpası, demokratik dövlət quruculuğu ilə bağlı şəraitin təmin edilməsi, xaosa son qoyulması və vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın bərpası ilə bağlı addımların atılması, xarici investorların Azərbaycana cəlb edilməsi, bütün bu kimi vəzifələrin öhdəsindən gələ bildi. Və təbii ki, dövlətin qarşısında duran bu əhəmiyyətli məsələləri həll etdikdən sonra heç şübhəsiz ki, siyasi sistemin ən mühüm elementi olan Konstitusiyanın qəbul edilməsi zərurəti ortaya çıxdı. Çünki bu dövlətin ana qanunudur. Bütün proseslər məhz onun əsasında tənzimlənməlidir. Bu reallıqdan çıxış edərək ümummilli lider Konstitusiya komissiyası yaratdı. Prosesi tam öz nəzarətində saxladı, ideyalarını verdi, istiqamətləri müəyyənləşdirdi. Nəticə etibarilə, 1995-ci ildə noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinə nail oldu. Bu sənəd müasir dövrümüzün ən təkmil Konstitusiyalarından biri sayılır.

Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

 

Müəllifi Ulu Öndər Heydər Əliyev olan “azərbaycançılıq” ideologiyası xalqın birliyini təmin edir.

Azərbaycançılıq ideologiyasısının parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədini hədəfləyən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması kimi bir çox müasirlərinin xəyalına belə gəlməyən tarixi addımlar Azərbaycanın gələcək nəsillərinin vətənpərvər insan kimi yetişməsi üçün əvəzolunmaz töhfələrdir.

Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. O, dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Əminliklə deyə bilərik ki, Ulu Öndərin bu münasibəti hər birimiz üçün böyük məktəbdir.

Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim strateji hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olub. Məhz ötən əsrin 70-80-cı illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin edib.

Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışıb.

Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olub. Ölkədə həyata keçirilmiş aqrar islahat, özəlləşdirmə prosesi hər bir vətəndaşın marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edib.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın