XTQ-nin zabiti qazi Məmmədov Elvinin doğum günüdür-FOTO
44 günlük Vətən müharibəsi xalqımıza Qələbə sevincini yaşatmaqla bərabər, qəhrəman oğullarımızı da bizlərə tanıtdı. Minlərlə igid oğullarımız Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və qazi oldu. Sonda əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 30 illik həsrətimizə son qoyan igidlərimiz düşməni torpaqlarımızdan qovaraq ayağından, qolundan, əlindən, gözündən oldular. Vətən müharibəsində qazi olan Məmmədov Elvin Qadir oğluda onlardan biridir.
Qanunla.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək 5 gün yaralı halda Laçın koridorunda özünə tibbi yardım göstərərək həyatda qalan, XTQ-nin zabiti qazi Məmmədov Elvin Qadir oğlunun doğum günüdür.
Elvin Məmmədov Şuşa istiqamətində (Laçın koridoorunda) gedən döyüşlər zamanı çənəsindən güllə yarası almışdır. Buna baxmayaraq Elvin yenə də öz tabeçiliyində olan döyüşçüləri tək qoymayıb.Onlarla birlikdə düşmənə qarşı döyüşüb.
Xüsusi Təyinatlı Qüvvələrinin zabiti Elvin Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” , “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, ” Kəlbəcərin azad olunmasına görə”, Hərbi xidmətlərə görə medalı və Vətən müharibəsi iştirakçısı orden medalları ilə təltif olunmuşdur.
Qəhrəman qazimizin bu gün 34 yaşı tamam olur.
Qanunla.Az informasiya Agentliyinin kollektivi adından qazimizə can sağlığı və uzun ömür arzulayırıq!