Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır
Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Sentyabrın 27-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə sövq etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da İkinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatması üçün çalışdı, yumruq kimi birləşdi. Dövlətimizin başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Vətən müharibəsində müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin şücaəti sayəsində hərb tariximizin qəhrəmanlıq salnaməsini yaratmağa müvəffəq oldu. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Həmin sənədə əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da haqq mübarizəsi hərbi və siyasi-diplomatik qələbəmizlə başa çatdı və ədalət bərpa olundu. Qazandığımız hərbi və siyasi-diplomatik qələbə Müzəffər Ali Baş Komandanın hərtərəfli siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdəti nəticəsində əldə olundu. İşğal altındakı torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradaraq ölkəmizin həm regionda, həm də dünya miqyasında mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov
Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib.
2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə olunduqdan sonra ölkəmiz ötən dövrdə bir sıra mühüm təşəbbüslərlə çıxış edib və mühüm nəticələr qazanılıb. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Bu məqsədlə Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülüb və 2020-ci il mayın 4-də həmin tədbir baş tutub. Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya keçirilib. “Bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir. Ölkəmiz pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”. Azərbaycan qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nə qarşı çıxış edir. Ölkəmiz ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir. Azərbaycanın sədrliyi dövründə tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edirlər. Azərbaycan üçün əlamətdar il olan 2020-ci ildə Hərəkatın gündəliyində dayanan vacib məsələlərdən biri uğurla həll edilib. Azərbaycan Ermənistanla 30 illik münaqişəyə son qoyub və hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bu münaqişənin həllində Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Belə ki, Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.“Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla davam edir. Əminik ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır”.
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov
İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü, Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi də rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdı. Şuşa Bəyannaməsi -Türkiyə və Azərbaycan qardaşlığının yeni tarixi mərhələsinin əsasını qoymuşdur. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırdı. Bəyyannamə sayəsində ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri beynəlxalq müstəvidə birgə əməkdaşlıq, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu sahələrində əlaqələri daha da genişləndirdi.Şuşa Bəyannaməsində nəzərdə tutulan hərbi əməkdaşlıq, bir sıra iqtisadi layihələr, təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bəyyananmə Türkiyə ilə Azərbaycan arasındakı tarixi münasibətlərə əsaslanır. Çünki, burada hər iki ölkənin liderlərinin, tarixi şəxsiyyətlərinin kəlamları öz əksini tapmışdır. Siyasi həmrəylik nümunəsi olan Şuşa Bəyannaməsi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən təqdir edilmiş və azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklik adlandırmaq olar.Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail oldu.Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi bir istiqamət kimi informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Eyni zamanda bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajıdır.
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov
Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb.
Ermənistanın 30 ilə yaxın bir dövrdə torpaqlarımızın 20 faizini işğal altında saxlaması faktına dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən ikili standartlarla yanaşılırdı, münaqişənin ədalətli həllinə ciddi maraq göstərilmirdi. Ən başlıcası isə bu təcavüzkarlığa qarşı ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gəlmirdi, bu təşkilatın bəzi həmsədrlərinin ermənilərin tərəfini saxlamaları, işğala göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da Ermənistanın cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhdid yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə imkan vermirdi. Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı və getdikcə səbr kasası daşırdı. Bax, belə bir şəraitdə yuxarıda vurğulandığı kimi, dövlətimizin başçısının qətiyyətli, cəsarətli qərarları bizi addım-addım böyük Qələbəyə yaxınlaşdırdı və nəhayət, Azərbaycan Ordusunun güc-qüdrəti ilə torpaqlarımız yağı tapdağından azad edildi. Silahlı Qüvvələrimiz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Ordumuza inamı bu tarixi Zəfəri reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.Dövlətimizin başçısının rəhbərliyi ilə hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı aparılan gərgin iş işlər planlı şəkildə, maksimal sürətlə həyata keçirilir. Bununla da, beynəlxalq aləm Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu, yaradıcı dövlət olduğunun bir daha şahidi olur. Belə bir vəziyyət Prezident İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına səfəri çərçivəsində sürətlə reallaşdırılan bərpa-quruculuq tədbirləri fonunda aydın nəzərə çarpır. Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda aparılan işlər-yarımstansiyanın fəaliyyətə başlaması, dövlətimizin başçısının su elektrik stansiyasının tikintisi ilə tanış olması, Laçında beynəlxalq hava limanının, iki tunelin tikilməsi və digər infrastruktur layihələrinin icrasına başlanılması, adları çəkilən rayonlarda aqrar sektorun inkişafı istiqamətində görülən işlər bunun bariz ifadəsidir.
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova
Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür.
Qafqazda ən güclü orduya malik olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər isə Silahlı Qüvvələrin gücünə güc qatır. Hazırda Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən silahlı qüvvələr kimi düşmənlərə gözdağı verir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib.
Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü bir daha dünyaya nümayiş etdirib. Müharibədən keçən üç il ərzində isə aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, silahlar və müasir texnika ilə ordumuzun təchiz olunması nəticəsində daha da böyük hərbi potensial formalaşıb.Bu gün Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan nümunəvi dövlət olaraq qəbul edilir. Vətən maharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir.Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Cənab Prezidentİlham Əliyevin həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Prezidentin söylədiyi kimi, görülən işlərə, aparılan islahatların real nəticəsinə əsasən deyə bilərik ki, hazırda Azərbaycan Silahlı Qüvvələri müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş ordumuzdan daha da güclüdür. Bu hərbi güc Qafqazın ən güclü Zəfər Ordusudur!
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov