22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi

2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi

2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi

2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarına o zamankı bütün cəbhəboyu istiqamətlərdə start verilib. Müharibə dövründə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqları hər gün kəndbəkənd, şəhərbəşəhər azad edib. Azərbaycanın əzəli torpaqlarını işğal edən və bu torpaqlarda yaşayan azərbaycanlıları ata-baba yurdlarından didərgin salan düşmən isə döyüş meydanında məhv edilib. Düşmənin sağ qalan silahlıları isə torpaqlarımızdan qovulub. Hər gün yeni-yeni qələbələrə imza atan Azərbaycan hərbçisi nəinki erməni işğalçılarını məhv edib və torpaqlarımızdan qovub, hətta düşməndən qənimət kimi ələ keçirdiyi hərbi texnikalardan və silah-sursatlardan elə ermənilərin özlərinə qarşı istifadə etməyə başlayıb. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət düşməni lərzəyə gətirib.

Azərbaycan Ordusunun 2020-ci ilin noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi düşmənin faktiki olaraq məğlubiyyətinə səbəb olub. Artıq həm şəxsi heyət, həm də hərbi texnika və silah-sursatının tükəndiyini görən Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətini anlayıb və atəşkəslə bağlı sənədi imzalamağa razılıq verib. Bununla da rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. 2020-ci ilin Noyabrın 10-da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da tam qələbə qazanıb.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi.

Prezident cənab İlham Əliyev nüfuzlu “Euronews” televiziya kanalına verdiyi müsahibə regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında fikirlərini ətraflı şəkildə ifadə edib. Belə ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Məhz bu gün sülhə əngəl olan məhz Ermənistandır. Baxmayaraq ki, işğalçı ölkə 10 noyabr 2020-ci ildə kapitulyasiyaya imza atıb, amma hələ də üçtərəfli bəyanatın müddəlarını tam yerinə yetirmir. Hazırda sülh sazişinin prinsiplərini müəyyən edən məhz Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir.

Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə proses davam edir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxlaq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. Avropa İttifaqının vasitəçiliyi ilə bağlı suala cavabından dövlətimizin başçısı bildirib: “Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki düşünürük ki, Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük”. Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də, rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Ədalətli mövqe

Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Çağdaş dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur.  Müasir dünya düzənində ölkəmizin ədalətli və sülhpərvər mövqeyi Azərbaycanın dünyaya ənənəvi humanizm prinsiplərini nümayiş etdirir. Müharibələr və siyasi konfliktlərlə zəngin olan müasir siyasi düzəndə Azərbaycanın belə mövqeyə sahib olması diqqəti çəkəndir. Dünyanın bir çox beynəlxalq təşkilatları ilə fəal əməkdaşlıq edən Azərbaycan fəallığı ilə seçilmiş, təşəbbüslər irəli sürmüşdür. Müstəqil siyasət yürüdən Azərbaycan mövqeyini açıq sərgiləyərək, verilən sözə sadiqlik nümayiş etdirərək böyük nüfuza sahibdir.

Prezident cənab İlham Əliyevin müsahibələrindən Ermənistan və onun havadarları nəticə çıxarmalı, ədalət və sülhün bərqərar olunmalıdır. Azərbaycanın yürütdüyü xarici siyasət beynəlxalq hüququn prinsiplərinə, haqq-ədalətə söykənir. Azərbaycan siyasi, iqtisadi gücə malik dövlətdir və beynəlxalq münasibətlərdə mühüm rola malikdir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Sülhün prinsipial şərtləri

Respublikamızın 44 günlük Vətən müharibəsindən sonra xarici siyasətində əsas məsələlərdən biri sülh və təhlükəsizliyin təmin diplomatiyasıdır. Ölkəmiz hər iki istiqamət üzrə vacib addımların atılmasını həyata keçirib. Azərbaycan dövləti tərəfindən təqdim edilmiş sülh gündəliyi müasir beynəlxalq münasibətlərin bütün prinsiplərinə və eləcə də dövlətlərarası əlaqələrin formalaşmasına xidmət edən elementlərdən ibarətdir.  Azərbaycan sülh gündəliyinin müvafiq mətnini son dəyişikliklərlə birgə Ermənistan tərəfinə təqdim edib. Məğlub olan Ermənistanın siyasi hakimiyyəti seçim etməlidir. Seçim sülhün dəstəklənməməsi və ya münasibətlərin hazırkı vəziyyətdə davam etdirilməsi olarsa, bu, özlüyündə region üçün arzuolunan nəticələr vəd etmir. İndiyə qədər isə iki ölkə arasında sülhün əldə olunmamasının əsas səbəbkarı Ermənistan və onun siyasi hakimiyyətidir. Keçirilmiş Moskva, Brüssel, Vaşinqton və digər görüşlərində sülhün əldə edilməsinə dair razılıqlar əldə olunsa da, Ermənistanın ikiüzlü və tərəddüdlü siyasəti son nəticənin hasil olmasına hər zaman maneə olub.

Ermənistandan fərqli olaraq, Azərbaycanın sülh istiqamətindəki prinsipial mövqeyində indiyədək heç bir dəyişiklik olmayıb. Şərtlər və prinsiplər Ermənistana, eləcə də bu prosesdə maraqlı olan tərəflərə aydın şəkildə bəyan edilib. Sərhədlərin tanınması, ərazi iddialarına son qoyulması, kommunikasiyaların açılması və Qarabağda yaşayan ermənilərin hüquqlarının Azərbaycanın daxili işi olmasının qəbul edilməsi bu prinsipial sülh siyasətinin əsasını təşkil edir. Təklif olunan sülh gündəliyi daha çox Ermənistana və erməni cəmiyyətinə lazımdır. Sosial-iqtisadi böhran yaşayan Ermənistanın əsas çıxış yolu qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Dünyaya və Avropaya nəqliyyat çıxışının məhz Azərbaycan və Türkiyə ərazisindən edilməsi də Ermənistan üçün iqtisadi cəhətdən sərfəlidir. Lakin Ermənistanın reallığa uyğun olmayan davranışları və əməli addımlar atmaması hər keçən gün erməni dövlətinin sarsılması və cəmiyyətinin daha da dərin xaosa qərq olması ilə nəticələnir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib

Enerji təhlükəsizliyinin və diplomatiyasının da Azərbaycan tərəfindən son illər ərzində təşviq edilən xarici siyasət istiqamətlərindən birinə çevrilmişdir. Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Azərbaycan rəsmi olaraq bir sıra Avropa ölkələrinin enerji tədarükçüsünə və təminatçısına çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra bir sıra dövlətlər alternativ və etibarlı enerji tərəfdaşı kimi Azərbaycana üz tutdular. Bu, heç də təsadüfi deyildi. Çünki Azərbaycanda zəngin karbohidrogen ehtiyatları var və ölkəmiz etibarlı tərəfdaş kimi bu seçimləri üzərinə yönəldib.

Bu gün Azərbaycan ənənəvi resursları ilə yanaşı, təbii və ekoloji cəhətdən təmiz olan enerjinin də Avropaya ötürülməsi layihəsini uğurla icra edir. Ölkəmizin bu istiqamətdəki perspektivləri enerji ixracatçısı olan bir sıra dövlətlər və şirkətlər tərəfindən yüksək qiymətləndirilib. Hazırda Azərbaycan qazının Avropada uğurlu şəkildə şaxələndirilməsi həyata keçirilir. Burada, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin enerji ehtiyatlarının Azərbaycan ərazisindən Avropaya ötürülməsi kimi titanik işin həyata keçirilməsi gündəmdə olan əsas enerji marşrutlarından biridir. Azərbaycan qaz, neft, günəş, külək və sudan əldə olunan enerjinin ixracı, dünya bazarına çıxarılması siyasətini fəal şəkildə inkişaf etdirir. Beləliklə həm sülh gündəliyi, həm də enerji təhlükəsizliyi məsələsi sintez halında Azərbaycanın milli maraqlarına və real xarici siyasət kursuna uyğun şəkildə uğurla icra edilir”.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın