2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi
2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi
2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi Ermənsitanın işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi. İşğal altında olan rayonlarımız kəndbəkənd alınırdı.Bu qalibiyyətdə bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara sevinirdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyinin anlayan Ermənistan dövləti noyabr ayının 10-da üçtərəfli bəyanata imza atmaqla təslim oldu. Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlandı. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Artıq Ermənistan anladı ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib
İki ildən çoxdur ki, Azərbaycann Avropanın əsas qaz tədarükçüsüdür.Hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Hal- hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlanılmışdır. Ötən il daha çox ölkə Azərbaycan qazını almağa başladı. Bu, cari ildə də davam edəcək.
“Cənub qaz dəhlizi” layihəsi müvəffəqiyyətlə icra olunur və artıq Azərbaycan Avropanın əhəmiyyətli qaz tədarükçüsünə çevrilib. Azərbaycan qazına tələbat artır, eyni zamanda ölkəmizdə mavi yanacağın hasilatı çoxalır. “Şahdəniz”in ehtiyatları bəllidir. Bu günlərdə isə ən azı 300 milyard kubmetr ehtiyatı olan “Abşeron” yatağından qaz hasil edilib. Bütün bunlar ixrac infrastrukturunun genişləndirilməsi zərurətini ortaya çıxarır. Enerji sektorundakı prioritetlərdən biri də “yaşıl enerji”nin inkişafı məsələsidir. Bu sahədə də böyük potensialımız var. Beynəlxalq Maliyyə Korporasiyasının apardığı hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial mövcuddur. Bərpaolunan enerji sahəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanan sazişə əsasən, ölkəmizdən Avropaya Qara dənizin dibi ilə “yaşıl enerji” xətti inşa ediləcək. Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmləndiyini və ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələlərində rolunun önəminin bundan sonra daha da artacağını söyləməyə əsas verir.
Zahidə Mustafayeva- Zərdab rayon Çallı kənd körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi
İkinci Qarabağ müharibəsindən qalib çıxmağımız tarixə qızıl hərflərlə həkk oldu. Bu müharibə də Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi.. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.
Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirdi.
44 günlük Vətən Müharibəsində düşməni sarsıdıcı zərbələri ilə darmadağın edən qalib Silahlı Qüvvələrimiz müstəqil dövlətimizin ən böyük dayağı, təhlükəsizliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün ən sədaqətli təminatçısıdır.
Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri
Rusiya ilə münasibətlərimiz tarazlaşdırılıb
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir.
Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. İki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşması görülən işlərin məntiqi olaraq vurğulanmalıdır.
Azərbaycan və Rusiyanın münasibətləri ən yüksək səviyyəyə – müttəfiqlərin qarşılıqlı fəaliyyəti səviyyəsinə çıxıb.Hal-hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb.
Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri
Önəmli görüşlər
Tarixi Zəfərimizin yaratdığı reallıqların qəbulu istiqamətində atılan addımlar Azərbaycanın qalib ölkə kimi möhkəmlənən mövqeyinə işıq salır. Belə ki, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini qeyd edən dünya gücləri bunun üçün dəstəklərini göstərməyə hazır olduqlarını bildirirlər. Moskva və Soçi görüşlərinin ardınca reallaşan Brüssel görüşü sülh gündəliyinin formalaşması ilə yadda qaldı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüsel görüşlərinin davamlılığı qurumun vasitəçilik səylərini artırmaq istəyini nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca üçüncü üçtərəfli görüşü baş tutdu. Hər bir görüş qarşıya qoyulan məqsədə nail olmaqda öz sözünü deyir. Bu baxımdan digər görüşlər kimi üçüncü Brüssel görüşü də müzakirə olunan məsələlərin əhatəliliyi və yekun nəticə baxımından diqqətçəkəndir. Müzakirələrdə əsas məqamlardan biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu. Artıq dünya gücləri postmünaqişə dövrünün reallıqarını qəbul edir, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması fonunda regionda yeni reallıqların həyata keçirilməsində maraqlıdırlar
Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti bəyannaməsi, eyni zamanda, son vaxtlar Avropa İttifaqı ilə Azərbaycan arasında yaranan qarşılıqlı anlaşma və müsbət əməkdaşlıq, son Brüssel görüşləri bir daha göstərdi ki, Avropa ilə Azərbaycan arasındakı yaxınlaşmalar dinamik inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşü, NATO səviyyəsində görüşlər açıq göstərdi ki, həmin nüfuzlu təşkilatlarda Azərbaycanın yürütdüyü müstəqil siyasət bəyənilir və yüksək qiymətləndirilir. Bunu keçirilən görüşlərdə ifadə olunan fikirlər və qəbul edilən bəyanatlar da bir daha təsdiqləyir.
Brüssel görüşləri Azərbaycanın qələbəsi kimi dəyərləndirib. Müzakirə olunan bütün məsələlərdə Azərbaycanın mövqeyi dəstəklənir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərini artıran Avropa İttifaqının vasitəçiliyi ədaləti və beynəlxalq hüququ özündə ehtiva edir.
Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri