22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır

Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır

Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır

BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistan diplomatiyasının isə tam iflasını göstərdi. Məlumdur ki, son zamanlar Ermənistan, а dünyadakı erməni diasporu və lobbisi, eləcə də bütün ermənipərəst dairələr bütün imkanlarını ölkəmizə qarşı yönəltmişdilər. Məqsəd o idi ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul olunsun. Amma bu cəhdlər nəticəsiz qaldı. Təhlükəsizlik Şurasının iclasında heç bir sənəd qəbul olunmadı. Sadəcə, çıxışlar oldu və bununla da şura işini bitmiş hesab etdi.

Bu toplantı Ermənistan üçün növbəti fiasko oldu. Ötən ilin dekabrında da Fransa və Ermənistanın Laçın yolu məsələsinin  BMT TŞ-da qaldırılması cəhdi olmuşdu. Həm o zaman, həm də indi bu cəhdlər nəticəsiz qaldı. Artıq Ermənistan və havadarları ikinci dəfə iflasa uğradılar.

Toplantıda hamı Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyətə nəzarət etməsi faktını –  reallıqları qəbul etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar yaradıb. Hər kəs bu reallığı qəbul edib. Qalib Azərbaycan müharibədən sonra beynəlxalq münasibətlər sistemində nüfuz və gücünü əhəmiyyətli dərəcədə artırıb. Ona görə də, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Çünki ermənilər Azərbaycana qarşı beynəlxalq platformalarda hansısa əsaslı sənədlər qəbul etdirmək iqtidarında deyil. Qeyri – ciddi təşkilatların qəbul etdiyi sənədlərin hüquqi qüvvəsi yoxdur və sadəcə reallıqdan uzaq kağız parçasıdır. Dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurası isə Azərbaycana qarşı əsassız sənəd qəbul edə bilməzdi. Çünki beynəlxalq hüquq məhz bizim tərəfimizdədir.

Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü də ölkəmizə məxsusdur. Amma bundan sonra Ermənistan necə sülhdan danışacaq bilinmir. Qarabağ ermənilərisə anlamalıdılar ki başqa yol yoxdur – onlar Azərbaycanın şərtləri əsasanda danışıqlara getməlıdır. Qarabağ ermənilərinin gələcəyi Azərbaycana reinteqrasiyadan asılıdır.

Beləliklə, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın diplomatik gücünü göstərdi. Beynəlxalq hüquq, haqq və ədalət Azərbaydanın tərəfindədir. Ən əsası Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Güclü Azərbaycanla heç kim diqtə ilə danışa bilməz!

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Dünyada formalaşmış ermənipərəst ünsürlər növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevin və xalqının dəmir iradəsini əyə bilmədi

BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qarabağda yaşayan erməni əhalisinin sanki aclıqdan ölmələri ilə bağlı məsələnin müzakirə olunması erməni şousunun kulminasiya nöqtəsi idi. Bu məsələ artıq dünya birliyinin nəzərində bitmişdir. Əlbəttə, cəhdlər davam etdirilsə də bu məsələni heç kim ciddi qəbul etməyəcəkdir. Eyni zamanda da bu hadisə BMT-nin son zamanlar azalan nüfuzuna kəskin zərbədir. Dünyanın yüzlərlə real problemlərlə, həqiqi aclıq faktları ilə, müharibələrlə üzləşdiyi bir vaxtda olmayan bir məsələni müzakirəyə çıxaran BMT Təhlükəsizlik Şurası ədalətin, hüququn deyil, hansısa ayrı-ayrı maraqların masasına çevrildiyini bir daha sübut etdi.

Bununla da ən yüksək pərdədən blokada oyununa reaksiya verildi. Dünyada formalaşmış ermənipərəst ünsürlər növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevin və xalqının dəmir iradəsini əyə bilmədi. Çünki Azərbaycanın mövqeyi haqlı və ədalətli mövqedir. Azərbaycan bir daha nümayiş etdirdi ki, milli maraqların müdafiəsi istiqamətində bir addım da olsun geri atmayacaqdır. Qarabağ Azərbaycanın dünya birliyi tərəfindən birmənalı olaraq tanınmış suveren ərazisidir. Orada yaşayan erməni millətindən olan əhali Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan öz vətəndaşları ilə olan münasibətlərini heç kimlə müzakirə etmək fikrində deyildir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının strukturu, orada təmsil olunan daimi üzvlərin sayı və verdiyi qərarların ədalətli olub-olmaması və nə qədər uğurla icra olunub-olunmaması müzakirə və mübahisə mövzusu olsa da faktiki o, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının əsas orqanıdır. 16 avqust 2023-cü il tarixdə  BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir. Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bilmişdir. Məsələni konkretləşdirsək deyə bilərik ki:

– Heç bir iştirakçı Azərbaycana qarşı ciddi nöqsanlar bildirmədi. Sadəcə, həmişə olduğu kimi formal çağırışlar oldu. Hətta Rusiya nümayəndəsinin məsələnin Azərbaycan hüquqları çərçivəsində həllinə dair fikirləri xüsusilə diqqət çəkdi;

– Çağırışların məqsədi – Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi və Laçın-Xankəndi, eləcə də Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yollarının humanitar məqsədlər üçün maneəsiz istifadəsi idi. Azərbaycan buna etiraz etmir və humanitar ehtiyacların təmin edilməsi üçün bütün zəruri addımları atmağa hazırdır;

– Heç bir iştirakçı ölkə “blokada” və “soyqırımı” ifadələrini işlətməyərək ermənilərin arzusunu növbəti dəfə ürəklərində qoydu;

– Heç bir dövlət Azərbaycanın Laçın yolundakı suveren hüquqlarını şübhə altına almadı və ala da bilməz;

– Heç bir ciddi qanun pozuntusundan, Qarabağda yaşayan erməni vətəndaşlara münasibətdə hüquq pozuntusundan söhbət belə açılmadı. Reallıq da ondan ibarətdir ki, Azərbaycan reinteqrasiya naminə divarlar, səddlər tikmir, əksinə yollar çəkir, maneələri aradan qaldırır;

– Heç bir qətnamə, qərar çıxarılmadı. Ümumiyyətlə, heç bir sənəd qəbul olunmadı. Tövsiyyə xarakterli fikirlər səsləndi. Heç bir səsvermə keçirilmədi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir.

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda da Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində də haqlı idi və həmin elə bu BMT Təhlükəsizlik Şurası heç vaxt icra etmədiyi, heç icra etmək üçün cəhd göstərmədiyi 4 Qətnamə qəbul etmişdir. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir.

Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı. Azərbaycan heç vaxt boş vədlər vermədiyini bir daha nümayiş etdirdi. Ağdam-Xankəndi yolunun alternativ yol kimi açıq olduğu və təmirdən sonra daha qısa, daha təhlükəsiz və daha istifadəyə yararlı bir yol olduğu sübuta yetirildi. Bununla da növbəti dəfə Azərbaycanın suveren ərazilərinin beynəlxalq arenaların müzakirə obyekti olmadığı dünyaya çatdırıldı. İndi Ermənistan baş nazirinin hökümətin iclasında bir daha “Dünyada elə bir ölkə, qurum yoxdur ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımasın. Dünya bizi eşitmək istəmir” ifadələrini səsləndirəcəyini sanki duyuram. Əslində isə dünya onları deyil, onların yalanlarını eşitmək istəmir. Azərbaycan və onun Müzəffər rəhbəri bir daha sözün bütün mənalarında dünyanın gözünü açdı. Yalanlar, yalandan yazıq kimi görünənlər, özlərinə yazıq imici yaradanlar artıq dünyada sayəmizdə qəbul olunmurlar.

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında əldə olunan növbəti qələbə həm də dünyanın heç də 1992-ci ildə Xocalı soyqırımı vaxtı olan dünya olmadığını nümayiş etdirdi. Azərbaycan müharibəni yalnız döyüş meydanında qazanmadı, o həm də informasiya müharibəsində qələbə əldə edərək reallıqları dünya ilə paylaşdı. Həqiqəti qəbul edənlər Azərbaycanla dost oldular. Azərbaycan cəmiyyəti, xüsusi ilə fəal gənclər öz sosial şəbəkə platformalarını yaradaraq, orada birləşərək dünyanı Azərbaycan həqiqətlərinə inandıra bildilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dörd dildə verdiyi müsahibələr isə Azərbaycan cəmiyyətinə mübarizənin yeni yolunu, istiqamətini göstərdi.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu

BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.” Dövlət başçısı İlham Əliyev  işğal dövründə belə bir çağırışı ən yüksək tribunalardan,  o cümlədən BMT Baş Assambleyasının iclaslarında, illik ümumi müzakirələrdə səsləndirdi. Dünyadan 27 il ədalət gözləyən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə həm BMT qətnamələrini təkbaşına icra edərək tarixi ədaləti bərpa etdi, həm də yaratdığı yeni reallıqlarla regionda və dünya siyasətində yenilikləri şərtləndirdi. Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Hadisələrin gedişinə diqqət yetirdikdə işğalçı Ermənistanın isə tamamilə fərqli bir yanaşma nümayiş etdirdiyini  görürük. Sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün cəhdlər göstərən işğalçı Ermənistan hər dəfə məğlubiyyətə uğrasa da yeni ssenarilər hazırlamaqda davam edir. Bu baxımdan bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti  və bu əsasda keçirilən müzakirələr də Ermənistanın  həmin ssenarilərinin tərkib hissəsidir. Ermənistan diplomatiyası tam iflası ilə diqətdədir. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının erməni yalanlarının ifadəsi olan  müraciətə uyğun olaraq dərhal müzakirələr keçirməsi dünyada hələ də nəinki mövcud olan, daha da dərinləşən etimadsızlıq mühitinə diqqəti yönəltdi. Qurumun qəbul edəcəyi qərarın səbirsizliklə gözlənilməsi sözsüz ki, ədalət və beynəlxalq hüquq prinsiplərinə hazırkı dövrdə necə yanaşıldığını müəyyənləşdirmək məqsədi daşıdı. Aparılan müzakirələr bir daha təsdiqlədi ki, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da artıb, mövqeyi möhkəmlənib. Ermənistanın belə əsassız müraciətlərinə müzakirələrin keçirilməsi ilə dərhal münasibətin bildirilməsi dünyanın ikili standartlara əsaslanan siyasətindən hələ də yaxa qurtara bilmədiyini də nümayiş etdirdi.

Ötən il dekabrın 20-də də Ermənistan oxşar məsələ ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdir. Təhlükəsizlik Şurası ermənilərin təklifini müzakirə etsə də irəli sürdüyü iddiaların əsassız olduğu öz təsdiqini tapmışdır: “Görünür, işğalçı dövlət bundan nəticə çıxarmadı, ən əsası dərs almadı. Yenidən BMT Təhlükəsizlik Şurasına müraciət etməklə “humanitar vəziyyət”, “blokada” şousundan öz çirkin məqsədləri üçün bəhrələnmək cəhdini aydın şəkildə nümayiş etdirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin  sözügedən müzakirələrlə bağlı bəyanatında qeyd edildiyi kimi, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. O da bildirildi ki, Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.”

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Dünya güclərinin 27 ildə edə bilmədiklərini Azərbaycan 44 gündə təkbaşına edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail oldu

Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti ilə bağlı keçirilən müzakirələr daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın artan nüfuzunun, möhkəmlənən mövqeyinin təqdimatı oldu. İşğalçı Ermənistan belə bir müzakirəyə nail olaraq BMT Təhlükəsizlik Şurasından hansi qərarın qəbulunu gözləyirdi? Azərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icrasını gözlədi. Həmin sənədlərdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdır. Azərbaycan dövləti daim ən yüksək tribunalardan bu çağırışı etdi ki, BMT qətnamələri bəzi dövlətlər üçün 1-2 saat ərzində  içra edilir, amma Azərbaycana gəldikdə isə 27 il gözlədik. Dünyanın ikili standartlara əsaslanan siyasəti ilə hər zaman üz-üzə qalan ölkəmiz belə yanaşmalarla ruhdan düşmədi, əksinə tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti ilə təbliğatını daha da gücləndirdi, diplomatik qələbəmiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə də öz sözünü dedi. Reallıq budur ki, dünya güclərinin 27 ildə edə bilmədiklərini Azərbaycan 44 gündə təkbaşına edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail oldu. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu. Azərbaycan şanlı Zəfəri ilə bir daha dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və onların icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Ermənistanın yalanlarına əsaslanan müraciətinə BMT Təhlükəsizlik Şurasının dərhal münasibət bildirərək belə bir müzakirəni təşkil etməsi təbii ki, özlüyündə müxtəlif sualların yaranmasına səbəb olur.  Amma Azərbaycan üçün real olan budur ki, yenə də bütün cəhdlərə baxmayaraq diplomatik uğuru ilə diqqətdə oldu. Bu, Fransa və Ermənistanın  artıq ikinci  iflasıdır. Ötən ilin dekabrında da məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılması cəhdi olmuşdur. Hər iki hal Ermənistan diplomatiyasının məğlubiyyətidir.

Ermənistan belə müzakirələrin aparılmasına cəhdlər etməklə bundan sonra sülhdən necə danışa biləcək? Son üç ilə yaxın dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır: “Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar diqqəti məhz bu məsələnin həllinə yönəldib səylərini artırsalar daha yaxşı olar. Dünyada sülhün və təhlükəsizliyin təminatında mühüm rola malik olan BMT erməni yalanlarını, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyan təbliğatını özündə əks etdirən müraciətə dərhal münasibət bildirməklə ədalət sınağını yaşadı. Qəbul edəcəyi qərar onun nüfuzunun, ən əsası 27 ildən sonra postmünaqişə dövrünün reallıqları fonunda ədalət meyarını hansı şəkildə qoruduğunun təqdimatı olacaqdı. Müzakirələrdə hər bir dövlətin Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etməsi, Ağdam yolunun açılmasını vacib sayması, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını qəbul etməsi  diplomatiyamızın  gücünü,  eyni zamanda, BMT Təhlükəsizlik Şurasının ədalət sınağından uğurla çıxmasını nümayiş etdirdi. Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır.”

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın