“Özəlləşdirmə çekləri sahiblərinə kompensasiya ödənməlidir” – ÇAĞIRIŞ
Dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti, mülkiyyətçisi isə Azərbaycan Respublikasının vətəndaşıdır.
Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsinin və tədavülünün asanlaşdırılması məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı normalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” (I Dövlət Proqramı) “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsində nəzərdə tutulur. Həmin 3-cü bölmədə deyilir ki, özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” yazılıb. Bu çeklərin hər birinin dəyəri eynidir. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb.
Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Çek sahiblərindən Mİlli Məclisin sədrinə vacib MÜRACİƏT
Konstitusiya Məhkəməsindən özəlləşdirmə çek sahiblərinə SON AÇIQLAMA
YAP-çı ziyalılardan prezidentə – MÜRACİƏT
Mövzu ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova Avrasiya.org-a açıqlamasında qeyd edib ki, çek sahiblərinin tez bir zamanda sevindirici xəbər alacağına ümid edir:
“Heydər Əliyevin “Özəlləşdirmə qanunu”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Həmçinin özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, bunun 65 faizini götürsək, 130 milyard manat vəsait edir. Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. Bu isə 81 min manat real əmək ekvivalenti edir. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır. Ulu Öndərin imzası ilə paylanmış çeklərin hansısa formada istifadəsinə imkan yaradılması arzuolunandır. Çünki bu çeklər vətəndaşların haqqıdır və bu haqq tezliklə bərpa olunmalıdır”.
Ağ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədliyə görə, dövlətimiz qiymətli kağız olan özəlləşdirmə çeklərinin tədavülünə şəriat yaratmaqla yanaşı, vətəndaşların haqqınnın bərpası istiqamətində addımlar atmalıdır:
“Bu gün əllərdə qalan müəyyən qədər özəlləşdirmə çekləri var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Özəlləşdirmə ilə bağlı qarşıdakı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə bilər. Vətəndaşlar müstəqil dövlətimizin mülkləri üzərində bir sahibkarlıq hüququ qazandıqlarını hesab edirdilər. Təəssüf ki, müəyyən müddətdən sonra özəlləşdirmə çekləri ilə bağlı xeyli sayda fırıldaqlar yaşandı. Bu tendensiya insanlara çox pis psixoloji təsir etdi. İnsanlar gəlir əldə edəcəyi hansısa mülkdə pay sahibi olacaqlarını düşünsələr də, əslində müəyyən şəxslər tərəfindən aldadıldılar. Mövcud vəziyyətdə əlində çekləri qalan şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlər görülməlidir. Çünki o vaxtı səbəbindən asılı olmayaraq, insanlar açıq şəkildə aldadıldı. Bu sui-istifadə halının altından çıxmaq vacibdir. Ona görə də çeklər ya yenidən tədavülə buraxılmalıdır, ya da vətəndaşlara sahib olduqları çekin sayı müqabilində kompensasiya ödənilməlidir. Ən başlıcası, prosesə mütəxəssislər cəlb edilməlidir. Çekin dəyəri müəyyənləşəndən sonra kompensasiya verilməli və ya vətəndaşların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalıdır”.