22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Cəbrayıl rayonunun infrastrukturu

Cəbrayıl rayonunun infrastrukturu

Cəbrayıl rayonunun infrastrukturu.

Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin üçüncü ildönümünü yaşayır. Məhz bu müharibədə əldə etdiyi tarixi Qələbə ilə Müzəffər Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eyni zamanda, Vətən müharibəsinin öz təqvimində də dövlətimizin, xalqımızın tarixinə ən şərəfli günlər olaraq əbədi həkk olmuş tarixlər var. Belə günlərdən biri oktyabrın 4-ü tarixidir. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi. İşğaldan azad edilmiş torpaqlarımıza “Böyük Qayıdış” da Cəbrayıldan başlandı. Cəbrayılın erməni silahlı birləşmələrindən təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlətimizin nəzarəti qismən bərpa edildi.

Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv etdi, erməni təbliğatının illər boyunca dünyanı həqiqiliyinə inandırmaq istədiyi miflərin cəfəngiyyat olduğunu sübuta yetirdi. Bu gün artıq erməni ordusu deyilən bir qüvvə mövcud deyil. Vətən müharibəsinin gedişində şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi. Digər tərəfdən, bu tarixi Qələbə ermənilərin illər boyunca özlərinin, ordularının yenilməzliyi haqqında uydurduqları mifləri də bütünlüklə puça çıxardı, darmadağın etdi. Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyəti ilə keçirdiyi görüşdə vurğuladığı kimi, bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Həqiqətən də uzun illər ərzində, ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Onlar az qala bütün dünyanı inandırmışdılar ki, erməni ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Lakin Azərbaycan əsgəri bu mifi dağıtdı. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü. Prezidentimiz tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərin tez bir zamanda bərpa edilməsini qarşıya məqsəd qoymuşdur və bu gün həmin ərazilərdə görülən möhtəşəm işlər – müasir yolların çəkilməsi, körpülərin salınması, tunellərin qazılması, beynəlxalq əhəmiyyətli təyyarə meydanlarının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, yeni yaşayış, məktəb, səhiyyə binalarının tikilməsi, uşaq bağçalarının, mədəni-məişət obyektlərinin istifadəyə verilməsi, əhalinin, Laçına, Füzuliyə, Zəngilana köçürülməsi, yeni ağıllı kənd və şəhər layihələrinin reallaşdırılması ali məqsədlərin ardıcıl həyata keçirilməsinin ifadəsidir.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

İşğalın nəticələri.

Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu. Tarixi Zəfər qazandı. İşğaldan son­ra Şərqi Zəngəzurda böyük quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə əminliklə bildirir ki, tarixi Zəfərin davamı olan quruculuq işləri də uğurla başa çatdırılacaqdır.Cəbrayıl 1993-cü il avqustun 23-də işğal olunmuşdu, 1 şəhər, 4 qəsəbə, 92 kənd Ermə­nis­tan silahlı birləşmələrinin vandallığına məruz qalmışdı. Düşmən işğal müddətində şəhəri də, qəsəbələri də, kəndləri də dağıtmışdı…İşğal zamanı və işğaldan sonra ermənilər Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndin­dəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mər­mər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kən­din­dəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xuda­fərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edil­miş və ya dağıntıya məruz qalmışdı.

Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu 2016-cı ilin aprelində də Ermənistanın hücumunun qarşısını aldı, əks-hücumla 2000 hektar sahəni işğal­dan azad etdi. Bu sıradan Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu.İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyəti ilə bu sədləri də darmadağın etdi. Böyük Mərcanlı və Rüzgar kəndləri Vətən mühari­bə­sinin ilk günü azad edildi. Digər kəndlər müharibənin gedişi boyu mərhələlərlə azad olundu.Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərən­ca­mı ilə “Cəbrayı­lın işğaldan azad olunmasına görə” medalı təsis olub.Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu ərazidə belə bir təsisatın yaradılması azərbaycanın sərhədlərinin qətiyyətlə qorunacağın zəmanətidir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ra­yon­lara hər səfəri quruculuq işlərinin gedişinə, gedişin məsuliyyətinə hesablanır. Bu səfərlər təkcə quruculuqla məhdudlaşmır, həm də əhəmiyyətli siyasi çalarları ilə seçilir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. İndi Cəbrayıl Günü də sevgilərlə qeyd olu­na­caqdır. Bu sərəncam quruculuq işlərinin tərkib hissəsidir – cəbrayıllılar Cəbrayılın Cəbrayıl şəhəri günü”nün işığında qurulduğunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin Cəbrayıla ehtiramı, cəbrayıllı­la­ra sevgisi bilir…

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

Erməni vandalizmi.

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu  işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki  72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu. 27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət ölkəbaşçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasinda Cocuq Mərcanlı kəndi yenidən bərpa edildi, burada yaşayış və iş üçün hər cür şəait yaradıldı, insanlar öz döğma kəndlərinə qayıtmağa başladılar.

Nəhayət 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad edilməsi xəbərini biz düz 27 il gözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi.  Üç il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı.

Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova

 

 

Cəbrayıla 4-6 zolaqlı yol çəkilir.

Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq” düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Bu yerlərə həyat yenidən qayıdır. Şuşada, Ağdamda, digər azad edilən ərazilərdə böyük quruculuq işləri gedir, Zəngilanda “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir. Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi ilə rayonunn elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Yaxın vaxtlarda Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanacaq. Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq, infrastruktur qurulacaq. Küçələr, parklar, xiyabanlar salınacaq, qələbə abidələri ucaldılacaq. Rayon sakinləri, keçmiş məcburi köçkünlər tezliklə Cəbrayıla qayıdacaq, qurub-yaradacaqlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  bu günlərdə işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan  rayonlarına səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal idarəetmə mərkəzinin, Cahangirbəyli su elektrik stansiyasının açılışında iştirak etməsi, bir çox obyektlərdə görülən işlərlə təmin olması, verilən vədlərin, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini göstərir. Görülən işlər və nəzərdə tutulan tədbirlər, dövlət rəhbərinin müntəzəm olaraq işğaldan azad olunmuş ərazilərə səfər etməsi, yeni tapşırıqlar verməsi və işlərin gedişini daim nəzarətdə saxlaması dövlətə, torpağa, xalqa məhəbbətin, verilən vədə sədaqətin nümunəsi olmaqla bərabər, vətənin ucaldılması, xalqın bir mübariz yaradıcı, sülhsevər  kimi tanıdılmasıdır.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova

 

 

Cəbrayıl əməliyyatının əhəmiyyəti.

Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv etdi, erməni təbliğatının illər boyunca dünyanı həqiqiliyinə inandırmaq istədiyi miflərin cəfəngiyyat olduğunu sübuta yetirdi. Bu gün artıq erməni ordusu deyilən bir qüvvə mövcud deyil. Vətən müharibəsinin gedişində şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi. Digər tərəfdən, bu tarixi Qələbə ermənilərin illər boyunca özlərinin, ordularının yenilməzliyi haqqında uydurduqları mifləri də bütünlüklə puça çıxardı, darmadağın etdi. Prezident cənab İlham Əliyevin Cəbrayıl ictimaiyyəti ilə keçirdiyi görüşdə vurğuladığı kimi, bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Həqiqətən də uzun illər ərzində, ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Onlar az qala bütün dünyanı inandırmışdılar ki, erməni ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Lakin Azərbaycan əsgəri bu mifi dağıtdı. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü. Prezidentimiz tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərin tez bir zamanda bərpa edilməsini qarşıya məqsəd qoymuşdur və bu gün həmin ərazilərdə görülən möhtəşəm işlər – müasir yolların çəkilməsi, körpülərin salınması, tunellərin qazılması, beynəlxalq əhəmiyyətli təyyarə meydanlarının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, yeni yaşayış, məktəb, səhiyyə binalarının tikilməsi, uşaq bağçalarının, mədəni-məişət obyektlərinin istifadəyə verilməsi, əhalinin, Laçına, Füzuliyə, Zəngilana köçürülməsi, yeni ağıllı kənd və şəhər layihələrinin reallaşdırılması ali məqsədlərin ardıcıl həyata keçirilməsinin ifadəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  bu günlərdə işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan  rayonlarına səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal idarəetmə mərkəzinin, Cahangirbəyli su elektrik stansiyasının açılışında iştirak etməsi, bir çox obyektlərdə görülən işlərlə təmin olması, verilən vədlərin, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini göstərir. Görülən işlər və nəzərdə tutulan tədbirlər, dövlət rəhbərinin müntəzəm olaraq işğaldan azad olunmuş ərazilərə səfər etməsi, yeni tapşırıqlar verməsi və işlərin gedişini daim nəzarətdə saxlaması dövlətə, torpağa, xalqa məhəbbətin, verilən vədə sədaqətin nümunəsi olmaqla bərabər, vətənin ucaldılması, xalqın bir mübariz yaradıcı, sülhsevər  kimi tanıdılmasıdır.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın