22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır

Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır

Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir.

Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı ilə Azərbaycan Respublikasını, Azərbaycan xalqını bağlayan qırılmaz tellər var. Bizim bu dostluq, qardaşlıq əlaqələrimizin qədim tarixi var. Ulu babalarımız, keçmiş nəsillər əsrlərdən əsrlərə bu dostluğu yaradıblar, qoruyub saxlayıblar və bugünkü günə gətirib çıxarıblar. Bir kökdən olan xalqlarımız öz tarixi dostluğuna, ənənələrinə həmişə sadiq olmuş və bu ənənələr xalqlarımızın dilini, dinini, mənəviyyatını yaşatmışdır. Məhz bunlara görə, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan dostluq əlaqələri xüsusi xarakter daşıyır. Məhz buna görə də Azərbaycanın hər bir guşəsində Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına xüsusi hörmət və məhəbbət hissləri yaşayır.

Türkiyə xalqı keçdiyi bütün mərhələlərdə qəhrəmanlıq, rəşadət nümunələri göstəribdir, özünün mənliyini, dilini, tarixi ənənələrini qoruyubdur. Böyük məmnuniyyət hissi ilə qeyd etmək olar ki, Türkiyə Cümhuriyyəti, onun dövləti, hökuməti bu gün də həmin ənənələrin keşiyində durub, bunları inkişaf etdirir.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr son dövrdə daha yüksək səviyyəyə qalxmışdır. Bu gün dərin qürur hissi ilə söyləyə bilərik ki, tarixin bütün mərhələlərində Türkiyə Azərbaycana böyük diqqət göstərib, kömək edibdir. 1918-ci ildə Azərbaycanda ilk demokratik hökumət yarananda onu birinci tanıyan Türkiyə olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndə də dünya dövlətləri içərisində ilk dəfə olaraq Türkiyə Azərbaycanın müstəqilliyini tanımış, ona böyük dəstək vermiş, kömək etmiş, Azərbaycanın dünya miqyasında tanınması üçün öz xidmətlərini göstərmişdir.

1988-ci ildən başlayaraq Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. O zaman Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər İttifaqının tərkibində idi. Şübhəsiz ki, Türkiyə böyük bir dövlətin işinə müdaxilə edə bilməzdi. Buna baxmayaraq, siyasi xadimləri elm, mədəniyyət xadimləri Azərbaycanın bu vəziyyətinə biganə qalmamışlar, onun müdafiəsi üçün öz səslərini dünya miqyasında ucaltmışlar, Azərbaycana mənəvi yardım göstərmişlər.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi prosesində Türkiyə tam qətiyyətli mövqe nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın çətin günlərində Türkiyə daim yanımızda oldu. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

Azərbaycanla Türkiyə arasındakı dostluğun zaman keçdikcə daha da möhkəmlənməsi ölkələrimizin qarşılıqlı münasibətlərinin uğurlu şəkildə inkişaf etdiyini göstərir. Hazırda əməkdaşlıq əlaqələrinin hüquqi bazasını müxtəlif saziş və müqavilələr təşkil edir. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Cənubi Qafqazın gələcəyinə dair quruculuq prosesində Türkiyə və Azərbaycanın birgə mövqeyi bir daha ortaya qoyuldu. Ölkələrimiz dünya ölkələri arasında da önəmli yerə malikdir və əminliklə söyləmək olar ki, bu mövqe daha da güclənəcək. Bütün bu proseslərdə təbii ki, cənab Prezident İlham Əliyevin və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya baxışı və qətiyyəti çox vacib rol oynayır.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Keçmişdə Azərbaycanda çoxlu alman yaşamışdır. Xalqımızın həyatında onların rolu olubdur. Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır

Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX  əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld  (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld   (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni üslubda müxtəlif koloniyalar yaradıblar.
Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub. O, Azərbaycandakı alman icmasını təmsil edib. İndi də Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Xalqımızın həyatında onların mühüm rolu olubdur. Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır.

Keçən XX əsrdə də alman və Azərbaycan xalqları arasında iqtisadi və digər əlaqələr mövcud olubdur. Almaniyanın neft şirkətləri əsrin əvvəllərində Azərbaycanda neft hasilatında iştirak ediblər. İkinci dünya müharibəsindən sonra həm Şərqi, həm də Qərbi Almaniya ilə Azərbaycan arasında geniş iqtisadi, mədəni, elmi əlaqələr olubdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra birləşmiş Almaniya ilə ikitərəfli əlaqələr qurubdur. Biz bu əlaqələrin bütün sahələrdə inkişafına böyük diqqət yetirilmiş  və əməkdaşlığımızın genişləndirilməsi üçün öz tərəfimizdən lazımi səylər göstərilmişdir.

Bu gün də Almaniya ilə əməkdaşlığımız yüksək sürətdə davam edir. Sənayedə, kənd təsərrüfatında alman texnologiyalarından istifadə olunması, Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artıracaqdır. Müasir dünyanın qlobal çağırışlarına uyğun olaraq, yaşıl enerjinin istehsalı, onun Avropaya ixracı, rəqəmsallaşma, nəqliyyat-logistika məsələlərinin həlli məsələləri müzakirə predmeti olmuşdur. Mədəni əlaqələr inkişaf edəcək, kadr hazırlığına xüsusi diqqət yetiriləcəkdir. Azərbaycan-Almaniya arasındakı günü gündən inkişaf edən əlaqələr hər iki dövləti və xalqı bir-birinə daha da yaxınlaşdırır.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Bəşər tarixinin çox qədim ölkələrindən biri də Pakistan dövlətidir. Əsrlər boyu müxtəlif mədəniyyətlərin kəsişmə mərkəzində olan bu region islamaqədərki və İslam dövründəki sivilizasiyaları özündə birləşdirirdi. İslam dövründə isə çoxmədəniyyətliliyə söykənən yeni bir sistemin, yeni bir sivilizasiyanın meydana çıxdığının şahidi olduq.
Müasir Azərbaycan Respublikası ilə Pakistanı keçmişdən bu günə bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdir. Belə ki, Azərbaycan və Pakistan arasında öz bölgə və qlobal problemlərinin oxşarlığı ilə xarakterizə olunan münasibətlər mövcuddur.
Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini Türkiyə və Rumıniyadan sonra 12 dekabr 1991-ci ildə tanıyan ölkədir. Bu ölkələr arasında diplomatik əməkdaşlıq 9 iyun 1992-ci ildən başlamışdır. 1993-cü il martın 12-də Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ilin avqustunda isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi təsis edilmişdir. 9 aprel 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Pakistana rəsmi səfərə getmiş, bu görüşdə 9 sənəd imzalanmışdı. Azərbaycan və Pakistan dövlət rəsmiləri keçmiş Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişdilər.
Pakistan dövləti Müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və strateji maraqlarını müdafiə etmiş, Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamış, onu bir dövlət kimi tanımamışdır. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.

Tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək olub. Pakistan dövləti  hər zaman bizimlə səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verib, ədalətli mövqeyini beynəlxalq səviyyədə müdafiə edibdir. Bu, qardaş Pakistanın dövlət siyasətinin haqq və ədalətə söykəndiyinin təcəssümüdür.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi – bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır.” –

Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, vətən sərhəddən başlayır. Sərhəd hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biridir. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi – bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır. Hər bir ölkənin sərhədinin toxunulmazlığı həm ölkə üçün, həm də beynəlxalq hüquq normaları üçün əsas prinsiplərdən biridir

Bu gün Sərhəd Qoşunlarımız özünün həm döyüş qabiliyyətinə, həm hazırlığına, həm də maddi-texniki imkanlarına görə regionda ilk yerlərdə dayanır. Bir çox ölkələrin, başda Türkiyə olmaqla model olaraq öyrənib tətbiqinə hazırlaşdığı Azərbaycan Sərhəd Mühafizəsi (DSX) Sərhəd Qoşunları, Sahil Mühafizəsi, Çevik Qüvvələr və sərhəd nəzarətindən ibarətdir. Qoşunların istifadəsində ən müasir silah və döyüş texnikaları yer alır.Bu gün sərhədçilərimiz sutkanın 24 saatı, hər cür hava şəraitində quruda və dənizdə dövlət sərhədlərimizin fasiləsiz mühafizəsini təşkil edirlər.

Müstəqil Azərbaycan Respublikasının dövlət sərhədləri respublikamız dövlət müstəqilliyini əldə etdiyi, Azərbaycanın beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındığı və qəbul olunduğu andan müəyyən edilibdir. Bu, SSRİ dağılarkən Sovetlər İttifaqının tərkibində olan Azərbaycan Respublikasının sərhədləridir. O vaxt bizim xalqımız, dövlətimiz bu sərhədləri öz müstəqil dövlətinin sərhədləri kimi qəbul edib və beynəlxalq təşkilatlar da, dünya birliyi də bu sərhədləri tanıyıblar. Bu sərhədlər xalqımız və müstəqil dövlətimiz üçün müqəddəs amillərdir.      Azərbaycanın dövlət sərhədi  Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir. Buna görə də hər bir vətəndaş Azərbaycanın müstəqilliyi haqqında, öz müstəqil dövləti haqqında, müstəqil ölkəsi haqqında danışarkən sərhəd məfhumunu, sərhəd anlayışını  birinci sıralarda tutur.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Özbəkistanla Azərbaycanı çox şeylər bağlayır, tarixi köklərimiz birdir, dilimiz, musiqimiz, dinimiz, adətlərimiz, bütün ənənələrimiz də birdir. Biz eyni köklərə mənsubuq və onları, milli xüsusiyyətlərimizi, milli mənşəyimizi indi daha çox qiymətləndiririk. Bu, müstəqil, suveren dövlətlər kimi Özbəkistanın da, Azərbaycanın da yer üzündə möhkəm durması və mövcud olması üçün onların müstəqillik və suverenliyini heç kimin poza bilməməsi üçün zəruridir.”

Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.

Ölkələrimizin tarixində oxşar faciələr də var. Ötən əsrin əvvəllərində həm azərbaycanlılar, həm də özbəklər erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə “Daşnaksütyun” partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib.

Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda olduqca məşhurdur. Özbəkistanda yaşayan bir sıra azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə töhfələrini verməkdə davam edirlər. Təsadüfi deyil ki, 2022-ci ilin avqust 30-da mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayeva Azərbaycanın “Xalq artisti” fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə “Dostluq” ordeni verilib. Habelə Özbəkistan Prezidentinin müvafiq Sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın “Xalq artisti” fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə “Dostlik” ordeni təltif ediliblər.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın