Dağıdıcı proseslərin qarşısını alan təşəbbüs
Dağıdıcı proseslərin qarşısını alan təşəbbüs
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən və düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın müdrik oğlu Ulu öndər Heydər Əliyevə üz tutdular. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş və 91 nəfər Azərbaycan ziyalısının imzası ilə göndərilən həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ulu öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi.
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümünü qeyd etdiyimiz bir zamanda Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyasıdır, III minilliyin partiyasıdır!” ifadəsini qürurla və fəxarətlə səsləndiririk. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Azərbaycan Ordusunun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal
Prezident İlham Əliyev: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.”
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 31 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Azərbaycan Ordusunun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Bununla da tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü və BMT-nin kağız üzərində qalan qətnamələri icra olundu. Bütün dünya Azərbaycanda dövlət-xalq-ordu-iqtidar birliyinin ən əzəmətli və sarsılmaz nümunəsini gördü. Qarabağımızın ürəyi, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad olunması ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Azərbaycanın gücünün, qüdrətinin, eləcə də haqqın və ədalətin təntənəsi idi. Bu günlərdə tarixi qələbəmizin birinci ildönümünü böyük sevinc hissi ilə qeyd etdik. Bu xoşbəxtliyimiz və qürurumuz əbədi və davamlı olsun! Bizlərə bu qüruru yaşadan Ümummilli Lider Heydər Əliyev siyasi irsinin varisi və layiqli davamçısı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı, xalqımıza xoş, firavan günlər arzu edirik.
Bizim artıq güclü dövlətimiz var – müstəqil Azərbaycan dövləti. Bu gün Ulu Öndər Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Bu gün bütün guşələri nura çevrilən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində Ümummilli Liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc
Təsis konfransı
Bu gün zəngin və çoxəsrlik tarixə malik olan Azərbaycan xalqının və Müasir Azərbaycan dövlətinin ictimai-siyasi həyatında aparıcı və əhəmiyyətli rol oynayan, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 31 il ötür. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə aparıcı siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola nəzərə salanda və bugünkü möhtəşəm gücünü görəndə partiyamızın gələcəyinə xalqın inam və etibarı sonsuz dərəcədə artır. Hər hansı bir partiyanın və ya təşkilatın keçdiyi yola nəzər salarkən, ilk növbədə onun hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyəti göz önünə gəlir. Yeni Azərbaycan Partiyası tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, Azərbaycan ziyalılarının təşəbbüsü ilə tarixi zərurətdən yarandı. Partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş Respublikalardan biri kimi Azərbaycanda da, müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başladı. 1990-cı ilin əvvəlində bir sıra təşkilatlar və siyasi partiyalar yarandı ki, həmin partiyalar da ölkəni düşdüyü ağır iqtisadi, siyasi və mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr Respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi.
Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda, qəlbi daim xalqla döyünən, xalqın gələcək taleyini düşünən 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu müraciətdə, Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu. Həyatın mənasını xalqına xidmətdə görən, dahi şəxsiyyət, böyük dövlət xadimi və geniş siyasi təcrübəyə malik olan Ulu Öndər Heydər Əliyev xalqın tələbini əks etdirən müraciəti səmimi qəbul etsə də, onun Naxçıvandan Bakıya gəlməsinə o zamanki hakimiyyətin maneələr yaratması səbəbindən, partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş ziyalılarının təmsil olunduğu konfrans, məhz 1992-ci il noyabrın 21-də Ulu Öndərin sədrliyi ilə Naxçıvanda keçirildi və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, Müstəqil Azərbaycanda öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın gələcək həyatında mühüm rola malik olan Yeni Azərbaycan Partiyası yarandı.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
Cəmiyyətin aparıcı qüvvəsi
Ötən 31 il sübut etdi ki, Yeni Azərbaycan Partiyası regionun ən qüdrətli siyasi təşkilatı, tarixi zərurətin ən dolğun və alternativsiz siyasi təşkilatıdır. Yeni Azərbaycan Partiyası bu illər ərzində xalqın böyük nüfuzunu, inamını qazanıb, ölkə vətəndaşlarının etibar etdiyi partiyaya çevrilib. “Dünənin, bugünün, gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyası müstəqil ölkəmizin dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyub. Yeni Azərbaycan Partiyasının yarandığı 21 noyabr 1992-ci il günü ən əlamətdar, unudulmaz təqvimlərindən biri kimi ictimai-siyasi tariximizə əbədi həkk olunub. O dövrdə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü. Müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanda anarxiya, hərc-mərclik tüğyan edirdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu həmin vaxtlar ümid yalnız dövlətin milli maraqlarını, xalqın ali mənafeyini rəhbər tutan müdrik dövlət xadimi Ulu öndər Heydər Əliyevə idi.
Separatizm meyillərinin gücləndiyi, iqtisadi, sosial vəziyyətin gərginləşdiyi, siyasi çəkişmələrin dözülməz hala gəlməsi vəziyyəti günü-gündən daha da ağırlaşdırırdı. Azərbaycan xalqının gələcəyindən narahat olan bir qrup vətənpərvər ziyalımız 1992-ci ilin oktyabrında dahi rəhbərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif edir. Çox keçmir Ulu öndər Heydər Əliyev cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verir. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında Ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı, güvəndiyi bir siyasi təşkilat yaranır. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə müstəqilliyinə ilk addımlarını atan Azərbaycanın tarixində parlaq gələcəyin əsası qoyulur. Yarandığı ilk gündən ölkə həyatında baş verən bütün proseslər partiyanın diqqət mərkəzində oldu. Xalqını, millətini və bütövlükdə, Vətənimizi bəlalardan qurtaran, ölkəmizin sürətlə inkişafı üçün hər cür şəraitləri yaradan, Vətənini, dövlətini böyük məhəbbətlə sevən Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı,Yeni Azərbaycan Partiyasına böyük nüfuz qazandırdı. Xalqın sevə-sevə üz tutduğu partiya Ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin ən güclü siyasi təşkilata Sədr seçilməsi partiyanın həyatında böyük tarixi hadisə oldu. Prezident seçkilərində cənab İlham Əliyevin hakim partiyanın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı. Ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar dahi rəhbər Ulu öndər Heydər Əliyevin miras qoyduğu partiyanın siyasi sistemdə, beynəlxalq partiyalararası münasibətlərdə mövqeyini daha da möhkəmləndirdi. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Ulu Öndərin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi partiya böyük gücə çevrilib. Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən partiya Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisəsi – 44 günlük Vətən müharibəsində üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi. Qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini “Dəmir yumruq” əməliyyatı ilə darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq siyasi partiyaların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət ətrafında sıx birləşməsi, vətənpərvər oğullarımızın torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın qəhrəmanlığının ifadəsi oldu. Bütün bunlar sübut edir ki, müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyası ötən dövrdə Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru