21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

TƏBİB-ə və həkimə təşəkkür olundu – Məktub

TƏBİB-ə və həkimə təşəkkür olundu – Məktub

14 saylı KYS – təcili tibbi yardımda çalışan təcili yardım həkimi Fətullayeva Pərvanə xanıma təşəkkür məktubu ünvanlanıb.

Mrb.az məktubu olduğu kimi təqdim edir:

“Mən Qurbanov İbrahim Qurban oğlu bir neçə gün öncə anidən səhhətimdə yaranan problemlə bağlı 14 saylı KYS – təcili tibbi yardıma müraciət etdim. Tibbi yardım stansiyasında çalışan təcili yardım həkimi Fətullayeva Pərvanə xanımın müayinəsi və müdaxiləsi nəticəsində qısa zaman ərzində sağlamlığıma qovuşdum. Baxmayaraq ki, səhhətimlə bağlı anidən həyati təhlükə yaranmış və bir anlıq ürəyim dayanmışdı. Pərvanə həkimin diqqət və müalicəsi sayəsində artıq sağlamlığımı bərpa etmişəm.

Müqəddəs həkim adı daşımaq çox adama nəsib olur, lakin həkim yalnız xəstələrin deyil, xalqın məhəbbətini də qazanaraq ehtiram sahibi olur. Pərvanə Fətullayeva kimi dəyərli həkimlərimizin qədrini bilməli, onlara layiqli dəyərini verməliyik.

Sağlamlığıma qovuşmaq üçün mənə göstərilən keyfiyyətli tibbi xidmətə, həkimimin həssaslığına və xəstələrə doğru münasibətinə görə təcili yardım həkimi Pərvanə Fətullayeva başda olmaqla, 14 saylı KYS heyətinə öz təşəkkürümü bildirirəm.
Sağlamlıq naminə gücünüz-qüvvəniz həmişə yetərli olsun!

Bir vətəndaş olaraq çox şadam ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) savadlı həkim kadrlarının formalaşması və əhaliyə yüksək xidmət göstərməsi üçün ciddi addımlar atmaqda davam edir. Fəaliyyətinizdə uğurlar arzulayıram”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın