16.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir

2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir

2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir.

 

Azərbaycan Prezidenti cənab  İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdi ki regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Biz böyük qələbəmizi hələ 3 il əvvəl 44 günlük Vətən müharibəsində qazanmışdıq, lakin ölkə Prezidentinin də ifadə etdiyi kimi, “biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Bu mənada, məhz 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməklə əslində uzun illər davam edən ədalətsiz bir gedişata son qoymuş oldu. Bu müddət ərzində heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Ölkə başçısı bunu müraciətində xüsusi vurğulayaraq dedi ki, “dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Zəfər çaldığımız Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşərək həmrəy oldu. Həmvətənlərimiz beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmətlər göstərdilər. Milli həmrəyliyimizin təntənəsinə çevrilən o 44 gündə diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər.Postmüharibə, eləcə də suverenliyimizin təmin olunduğu dövrdə bu birliyin gücünü daim hiss etmişik. Azərbaycan məhz bu milli həmrəylikdən doğan güc-qüvvə sayəsində həm Ermənistanı, həm də işğalçını dəstəkləyən xarici gücləri darmadağın etdi, Şuşada, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağını əbədi dalğalandırdı.

Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. Artıq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. 2023-də Talış kəndinə, mayda Laçına, avqust ayında Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlərin baş tutmasına nail olan siyasi iradənin qətiyyəti ilə, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq. Prezidentin çıxışı ilə verdiyi bu müjdə əslində indidən 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir.

Toğrul Abulov– Zərdab Gənclər evi SXM-in metodisti.

 

 

 

 

Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi.

Son üç ildə Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərsə də, Ermənistan müxtəlif bəhanələrlə yayındı. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Ermənistanın havadarlarının dəstəyinə arxalanması diqqətdən kənarda qalmır. 44 günlük İkinci Qarabağ müharibəsindən nəticə çxarmayan Ermənistan hərbi təxribatlarını davam etdirdi. Azərbaycan dövləti, xalqı belə bir vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu önə çəkərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. 2023-cü ildə Azərbaycan iqtisadi uğurları ilə diqqətdə oldu. Ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının vacibliyi ilə bağlı çağırışı beynəlxalq dəstək qazandı. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın bu sahədə mövcud imkanları təhlil olundu, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün mühüm imkanların yarandığı qeyd edildi. Prezident İlham Əliyev sözügedən müraciətində diqqəti bu ilin dekabrında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə yönəldərək bildirdi ki, bu, ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. O da bildildi ki, 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi.  230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edildi. Bu hədəf də açıqlandı ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq. Dövlətimizin başçısının  müraciətində də bu hədəf əsas yer tutur. “Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər” söyləyən cənab İlham Əliyev belə bir hədəfi də diqqətə çatdırdı ki, 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək.

Zərdab Gənclər evi Dərnək rəhbəri-Sevil Məmmədzadə

 

 

 

Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz.

2023-cü il Azərbaycan tarixinə ərazi bötüvlüymüzün, suverenliymizin bərpa edildiyi, Qarabağ adlı yaramızın sağaldığı, müqəddəs torpaqlarımızda separatizmin kökünün kəsildiyi Zəfər ili kimi yazıldı. Ermənistan bəzi Qərb ölkələrinin, xüsusilə Fransasnın təlimat, təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozmaqda davam edir. Şübhəsiz, bütün bunlar təsadüfi deyil. Çünki Rusiyanı regiondan çıxarıb bu coğrafiyada möhkəmlənmək istəyən Qərb ölkələrinin əlində alətə çevrilən Ermənistan sülh danışıqları ilə bağlı müstəqil qərar verə bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən noyabrın 16-da parlamentdəki çıxışında “Ermənistan xaricdə işlənib hazırlanmış və nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün tramplin və plasdarm deyil” fikrini səsləndirir, digər yandan isə ABŞ və bəzi Avropa İttifaqı ölkələrindən dəstək istədiklərini də söyləməkdən çəkinmir. Bütün bunlar 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanata imza atan və Cənubi Qafqazda nəqliyyat və loqistika imkanlarının özü üçün alternativ mühüm əhəmiyyət daşıdığını dərk edən və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olan Rusiyanı narahat etməyə bilməz. Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək istəklərini görürürük. Ermənistan vətəndaşlarının taleyi Qərb üçün tam önəmsizdir. Onlar ermənilərin hisslərindən, ağrılarından və əzablarından yalnız öz məqsədləri üçün istifadə edirlər. Bütün bunlar bir daha göstərir ki, özünü sülh göyərçini kimi göstərməyə çalışan Ermənistanın siyasi rəhbərliyinin sülh prosesi ilə bağlı bəzi açıqlamaları manipulyasiyadan başqa bir şey deyil. Əslində uzun illər öz havadarlarının köməyi ilə apardığı işğalçı siyasəti ilə dalana dirənən, bütün regional layihələrdən məhrum olan Ermənistanın siyasi rəhbərliyi yaxşı anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamasa, Türkiyə Respublikası ilə münasibətləri normallaşdırmasa bu ölkənin çətin və ağrılı günləri bitməyəcək. Onları Qərb aktorlarının köməyi ilə həll etmək mümkün olmayacaq. Rusiyadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı respublikaya və ümumilikdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmırlar. Onların məqsədi tamamilə başqadır-Moskvanı və digər regional oyunçuları sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu mürəkkəb şəraitdən çıxış yolu açıq-aydındır- İrəvan, Bakı və Moskvanın ən yüksək səviyyədə üçtərəfli razılaşmaları yerinə yetirilməlidir. Bütün bunların fonunda bir daha əmin olmaq istərdik ki, rəsmi İrəvan müstəqil siyasət yeridərək bəzi Qərb ölkələrinin təhriki ilə sülh prosesini sabotaj etməkdən əl çəkəcək. Azərbaycanla sülh sazişini imzalamaqla münasibətləri tənzimləyəcək, bununla da regionda davamlı sülhün, təhlükəsizliyin, əməkdaşlığın, eləcə də iqtisadi, siyasi və mədəni əlaqələrin bərqərar olunmasına töhfə verəcəkdir.Dövlət başçısı qeyd edib ki, Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışıb müvafiq göstərişlər verib: “Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır.Hələ Ulu Öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir”.

Zərdab Gənclər evi Dərnək rəhbəri-Sevil Məmmədzadə

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın